“…O, həm "Kəpəz"i qara zolaqdan çıxaracaq, həm də elitada saxlayacaq”

14.11.2023 14:54 420
Aktual / Premyer-liqa
Dünən "Kəpəz"də yeni təyinat gerçəkləşdi. Artıq "sarı-göylər"i Adil Şükürov çalışdıracaq.

Bəs yeni baş məşqçiylə bağlı gəncəli azarkeşlərin gözləntiləri necədi? "Xəmsə" azarkeş qrupunun rəhbəri Müşfiq Məmmədov "Football-plus.az" saytına bunları dedi:

"Yeni baş məşqçi ilə bağlı gözləntimiz odu ki, bacardığını komandamız üçün etsin. İnanmaq istəyirik o, həm "Kəpəz"i qara zolaqdan çıxaracaq, həm də elitada saxlayacaq. Biz həmişəki kimi hər oyunda dəstək göstərməyə davam edəcəyik".


ABDULLA İSMAYILOĞLU