Daha 4 il Madriddə işləyəcək

10.11.2023 14:32 185
Dünya futbolu
Dieqo Simeone “Atletiko”nu daha 4 il çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik baş məşqçi ilə müqaviləni yeniləyib.

İspaniya klubunun saytının məlumatına görə, yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 53 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin vaxtı 2024-cü ilin yayına qədər idi. Simeone 2011-ci ilin dekabrından madridlilərin baş məşqçisidi.

Komanda indiyədək onun başçılığı altında 642 oyun keçirib, 380 dəfə qələbə qazanıb, 145 dəfə heç-heçə edib və 117 oyunda məğlub olub. “Atletiko” hazırda La Liqada 25 xalla 4-cü yerdədi.