• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MY növbəti dəfə biabır oldu

Dünya futbolu

6-11-2023, 23:0

Oktyabrın son və noyabrın ilk günü Liqa kubokunda 1/8 final mərhələsinin oyunları keçirildi.
“Football-plus.az” xəbər verir ki, aşağı dəstə komandalarından qurulan iki cütlə bağlı ötən sayımızda yazmışdıq. Çərşənbə günü elitanın iddialı klubları da yaşıl meydana çıxdı “Mançester Yunayted”in böhranı get-gedə dərinləşir. Ten Haqın rəhbərlik etdiyi komanda premyer-liqadakı “Mançester Siti” darmadağınının (0:3) ardından Liqa kubokunda da eyni aqibətlə üzləşdi. Bu dəfə “qırmızı şeytanlar”ın “qatili” “Nyukasl” oldu. Oyunun əvvəlində təşəbbüsü ələ keçirmək uğrunda adi mübarizə getdi. Ancaq 28-ci dəqiqədə “sağsağanlar”ın gözəl hücumunu Almiron qolla tamamladı. Yeri gəlmişkən, o, artıq 5-ci dəqiqədə zədələnən Targettin yerinə meydana çıxmışdı. 8 dəqiqə sonra Holl qonaqların 2-ci qolunu vurdu. Bundan sonra “Nyukasl” daha inamla oyunun axarına nəzarət etməyə başladı. MY fasilədən sonra da vəziyyəti dəyişə bilmədi, əksinə, “sağsağanlar”ın nadir əks-hücumları daha təhlükəli alınırdı. Belə hücumların birində Uillok 3-cü qolu da vurdu. “Yunayted”in isə təsəlli qolunu vurmağa da gücü çatmadı. Topa nəzarət meydan sahiblərində olsa da, təhlükəli vəziyyətlər yox idi. Beləliklə, “Nyukasl” “Mançester Siti”nin ardından Mançesterin daha bir təmsilçisini sıradan çıxardı.

London derbisinin gərgin mübarizə şəraitində keçəcəyi gözlənilirdi. “Arsenal”la dueldə “Vest Hem”i autsayder saymağa dəyməzdi. Təbii ki, “çəkicdöyənlər” evdə oynadığına və rəqibin “ağır” təqviminə görə. Ancaq “Arsenal”ın böyükhesablı məğlubiyyətdən yalnız uzatma dəqiqələrində vurulan qolla qurtulacağını da kimsə proqnozlaşdırmırdı. Artetanın heyətlə bağlı eksperimenti özünü doğrultmadı. İlk yarının üçdəbiri arxada qalarkən Uayt adi bir vəziyyətdə topu öz qapısına göndərdi. Ardından “Arsenal” rəqibi sıxdı, bir neçə təhlükəli vəziyyət yaratdı, ancaq hesabı bərabərləşdirə bilmədi. Komandalar paltardəyişmə otağından yaşıl meydana qayıdandan az sonra fərq artdı. Agerdin meydanın dərinliyindən verdiyi ötürmədən sonra reyd edən, “yolüstü” Zinçenko ilə Remsdeyli də işsiz qoyan Kudus “topçular”ın 1/4 final xəyallarını azaltdı. Arteta vəziyyətdən çıxış yolunu bir neçə əsas oyunçunu meydana buraxmaqda gördü. Amma onlardan biri – Tomiyasu meydana çıxandan az sonra Bouenin zərbəsinin qarşısını ala bilmədi, əksinə, Remsdeyli də çaşdırdı. “Topçular”ın çalışdırıcısı bundan sonra “bütün kartları işə salsa” da, artıq gec idi. Qapanan və hesabı qorumaq üçün oynayan “Vest Hem” yalnız uzatma dəqiqələrində qapısında qol gördü. Edeqorun qolu yüngül təsəllidən başqa bir şey deyildi. “Arsenal” çətin təqvim fonunda turnirlərin birindən azad oldusa, “Vest Hem” Liqa kubokunu qazanmağı özü üçün hədəf kimi müəyyənləşdirə bilər. Turnirdə qalan top-komandaların sayı o qədər də çox deyil.

Yalnız oktyabrın 28-də premyer-liqanın cari mövsümündə ilk qələbəsini qazanan “Bornmut” aşkar favorit sayılan “Liverpul”a qarşı baxımlı və inadkar oyun göstərdi. İntriqanı sona qədər qoruduqlarına görə meydan sahiblərinə təşəkkür düşür. Onlar oyuna daha yaxşı başladı, təhlükəli vəziyyət də yaratdı. Ancaq hesabı mersisaydlılar, daha dəqiqi, Qakpo açdı. 2-ci hissəyə energili çıxan “Bornmut” 64-cü dəqiqədə Kelleherin də səhvindən yararlanmaqla bərabərlik qolunu vurdu. “Qırmızı-qaralar” nəhəng rəqiblə layiqincə mübarizə aparırdı və daha yaxşı nəticəyə ümid edə bilərdi. Sadəcə, nə edəsən ki, həmin rəqibin heyətində yüksək səviyyəli forvard var. Sonradan meydana çıxan Nunyes gözəl qolla “qırmızılar”ı növbəti mərhələyə daşıdı. “Liverpul” heç də ən yaxşı oyununu göstərməsə də, “qənaət” rejimi ilə lazımi nəticəyə nail oldu.

“Çelsi”, “Everton” və “Fulhem” də inamlı qələbə qazandı. Liqa kubokunda mübarizəni davam etdirən 8 komandadan üçü – “Çelsi”, “Liverpul” və “Midlsbro” əvvəllər bu titulu qazanıb. “Everton”, “Nyukasl” və “Vest Hem” isə iki dəfə finalda uduzub. Artıq 1/4 final cütləri də bəllidi: “Nyukasl” – “Çelsi”, “Everton” – “Fulhem”, “Midlsbro” – “Portveyl”, “Liverpul” – “Vest Hem”. Bu mərhələnin oyunları dekabrın ortalarında keçiriləcək.

1/8 final
Mançester Yunayted – Nyukasl 0:3
Almiron, 28. Holl, 36. Uillok, 60.
MY: Onana, Dalot (Van-Bissaka, 46), Maquayr, Lindelöf, Regilon, Kazemiro (Amrabat, 46), Mejbri (Fernandeş, 65), Maunt, Antoni, Marsyal (Heylunn, 64), Qarnaço (Reşford, 65).
Nyukasl: Dubravka, Livramento, Kraft, Dammett, Targett (Almiron, 5), Holl (Bern, 74), Lonqstaff, Uillok (Gimaraynş, 64), Riçi (Trippyer, 74), Joelinton, Qordon (Uilson, 64).
Vest Hem – Arsenal 3:1
Uayt, 16-öz qapısına. Kudus, 50. Bouen, 60 – Edeqor, 90+6.
Vest Hem: Fabyanski, Soufal, Mavropanos, Agerd, Emerson, Alvares, Souçek, Kudus (Kerer, 89), Paketa, Benrahma (Uord-Prouz, 81), Bouen.
Arsenal: Remsdeyl, Uayt, Kivyor, Qabriel, Zinçenko (Tomiyasu, 57), Jorjinyo (Rays, 57), Haverts, Vieyra, Nelson (Saka, 66), Trossar (Martinelli, 66), Nketia (Edeqor, 80).
Bornmut – Liverpul 1:2
Klyuvert, 64 – Qakpo, 31. Nunyes, 70.
Liverpul: Kelleher, Qomes, Matip, Kuansa, Simikas, Endo (Aleksander-Arnold, 61), Elliott (Nunyes, 60), Cons (Makallister, 61), Soboslai (Qravenberx, 76), Qakpo (Jota, 82), Salah.
Çelsi – Blekbern (D-2) 2:0
Badyaşil, 30. Sterlinq, 59.
Çelsi: Sançes, Ceyms (Hüsto, 61), Disasi, Badyaşil (Koluill, 61), Kukurelya, Uqoçukvu, Qallaher, Fernandes (Matos, 87), Palmer (Madueke, 87), Cekson (Kaysedo, 76), Sterlinq.
Everton – Bernli 3:0
Tarkovski, 13. Onana, 53. Yanq, 90+3.
İpsviç (D-3) – Fulhem 1:3
Baqqott, 79 – Uilson, 9. Muniz, 52. Kerni, 77.
Bu mərhələnin ilk iki oyunu oktyabrın 31-də keçirilib: Ekseter (D-3) – Midlsbro (D-2) 2:3, Mensfild (D-4) – Portveyl (D-3) 0:1.

Oyundan sonra
Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi: “Bu, hər kəsin “Yunayted”dən gözlədiyi standartlardan aşağı səviyyəli oyundu – yetərincə yaxşı futbol oynamırıq. Hazırda pis vəziyyətdəyik. Buna görə məsuliyyəti öz üzərimə götürürəm. Belə durumu çağırış kimi qəbul edirəm. Döyüşçüyəm və bu mübarizədə iştirak edirəm. Əmin olmalıyam ki, oyunçularım da mənlə bərabər bu döyüşdədilər, birlikdə yaxşı nəticələrə nail olmaq üçün çalışırıq. Vəziyyəti düzəldə biləcəyəmmi? Anlayıram ki, nəticə olmayanda buna şübhə ilə yanaşmaq məntiqlidi. Ancaq bu işi bacaracağıma əminəm. Bütün indiyəqədərki klublarımda bacarmışam, elə ötən mövsüm “Yunayted”də də. Azarkeşlərə müraciət etmək istəyirəm. Bizi dəstəklədiyinizə görə sağ olun. Belə çətin məqamlarda hələ də bizi dəstəkləyirsiz. Baxmayaraq ki, hazırda yaxşı nəticələr göstərmədiyimizə görə bunu haqq etmirik. Biz çalışırıq. Ancaq çalışmaq azdı. Hər şeyi daha yaxşı etməli və standartlarımızı yüksəltməliyik”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Çox məyusam. Aydın məsələdi ki, kubokda mübarizəni dayandırdığımıza görə məsuliyyəti mən daşıyıram. Tam başqa futbol oynamaq istəyirdik. Bu oyunu 48 saat müzakirə etmişdik. Ancaq planlaşdırdıqlarımızı meydanda həyata keçirə bilmədik”.
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “1/4 finala vəsiqə qazanandan sonra bu turnirdə qələbə haqda düşünməliyikmi? Güman edirəm ki, bəli. Avrokuboklarda çıxış etmədiyimizə görə bu turnirə daha böyük önəm verməliyik. Premyer-liqa və ölkə kuboku ilə yanaşı, Liqa kubokuna da imkan kimi yanaşmaq lazımdı. Əlbəttə, bu turniri qazana biləcəyimiz haqda düşünməliyik”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Bu, yaxşı, ən yaxşı kubok oyunudu. Ən əsas məqam budu ki, qələbə qazandıq, növbəti mərhələyə adladıq. Bu gün yaxşı imkanlarımız oldu. Hər şeyi özünüz də gördüz. İlk yarıda daha çox qol vura bilərdik, ancaq bacarmadıq. İkinci hissə də aydındı. Külək yenə oyunun axarını dəyişdi. Gözəl ikinci qolu vurandan sonra inadla mübarizə apardıq. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Ancaq mən komandamın bunu daha çox istədiyini gördüm, buna görə sevinirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Dünya futbolu

1-03-2023, 19:0

“Mançester Yunayted” altı ildən sonra titul qazandı - REPORTAJ

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

Mançester klubları kubokun finalında ilk dəfə qarşılaşacaq - ŞƏRH

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

26-02-2023, 22:0

MY 6 il sonra ilk titulunu qazandı

Dünya futbolu / Manşet

28-01-2023, 17:0

“Nyukasl” bir il ərzində inanılmazı bacarıb: Qeyri-adi yüksəliş yolu

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə