• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Abbas Ağazadə: “Futbol məni ailədən uzaq salıb” - LAYİHƏ

Layihə / Manşet

5-11-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Qərb bölgəsi, o cümlədən də Tovuz Azərbaycan futbolunda xüsusi yer tutur. Bu rayon daim istedadlı yetirmələri ilə fərqlənib, Tovuzda yetişən futbolçular müxtəlif klublarımızın şərəfini qoruyub. Onlardan da biri Abbas Ağazadədi. 24 yaşlı futbolçu hazırda “Şamaxı”nın heyətində çıxış edir. O “Şamaxın”ın ki, yarandığı gündən strategiyası yerli futbolçulara üstünlük vermək üzərində qurulub. Bir çox azərbaycanlı futbolçu “Şamaxı”nın heyətində elita həyəcanını hiss edib, premyer-liqada çıxış etməyin nə olduğunu öyrəniblər. Ötən mövsüm heç də pis çıxış etməyən “Şamaxı” sonda elitadakı yerini qoruya bilmədi və hazırda 1-ci liqanın iştirakçıları arasındadı. Məqsəd yenidən premyer-liqaya qayıtmaqdı.

- Abbas, futbola gəlişin necə oldu? İlk müəllimini və klubunu necə xatırlayırsan?
- Mənim futbola gəlişimin maraqlı tarixçəsi var. Yəqin ki, Vurğun Hüseynovu siz də tanıyırsız. Vurğun Hüseynov qapıbir qonşumuz olub. Sağ olsun, məhz onun məsləhəti ilə futbolla məşğul olmağa başladım. Futbola ilk addımlarımı da doğma rayonumuzda, təxminən 10 yaşımda atmağa başlamışam. Rəhmətlik Hikmət müəllim və Tural müəllim həmin o addımlarımı atmağa başlayanda mənə müəllimlik ediblər. Yusif müəllim də həmin vaxt Tovuzda uşaqlara futbolun sirlərini öyrədirdi. Onlardan öyrəndiklərim də bu gün mənə kömək edir. Hər bir tovuzlu uşaq kimi mən də arzulamışam ki, böyüyəndə “Turan Tovuz”un formasını geyim, bu arzuma da çatmışam.

Abbas Ağazadə: “Futbol məni ailədən uzaq salıb”


- Karyeranın sonrakı axarı necə oldu? “Şamaxı”ya gəlişin necə alındı?
- Ötən il “Turan Tovuz”un heyətində premyer-liqada çıxış edirdim. Sonradan tale elə gətirdi ki, komandayla yollarımız ayrıldı. Bir çox klublardan təklif almışdım. Amma bu təkliflərin arasında ən idealı “Şamaxı”dan gəlmişdi. Mən də bu təklifi dəyərləndirdim. Komandada hər cür şərait var. Ötən il də premyer-liqada oynayıb, buna görə də “Şamaxı” səviyyəli komandadı. Fikirləşdim ki, bu komandayla birlikdə mən də inkişaf edə, “artıra” bilərəm. Burda oynamaq şansım da daha çox olacaqdı. Seçimimi “Şamaxı”dan yana etmişəm. Buna görə də heç peşman deyiləm. İnanıram ki, bu seçimim həm mənə, həm də “Şamaxı”ya faydalı olacaq.

- “Şamaxı” 1-ci liqada çıxış edir. Liqanın səviyyəsi səni qane edirmi? Qarşınızda hansı hədəflər dayanır?
- Burda çıxış etdiyimə görə demirəm, səmimi sözümdü. “Şamaxı”nın səviyyəsi həqiqətən də yüksəkdi. Şəraitimiz elita klublarında olduğu kimidi. Həm məşq etmək, həm də oynamaq üçün bütün imkanlar var. Heyətimiz də pis deyil. Demək olar ki, 1-ci liqada ən yaxşı heyət bizdədi. Liqanın oyunları da öz axarı ilə davam edir. Düzdü, hələ ki tam istədiyimi mövqedə deyilik. Amma özümə də, komanda yoldaşlarıma da inanıram. Məşqçilər korpusu da qarşıya qoyulan məqsədə çatmaq üçün bizə normal hazırlıq keçir. Əminəm ki, tezliklə istəyimizə nail olacağıq, layiq olduğumuz pilləyə yüksələcəyik.



- Özünü premyer-liqada oynamağa hazır sayırsanmı? Səncə, elita ilə 1-ci liqa arasında səviyyə fərqi böyükdümü?
- Əlbəttə, özümü premyer-liqada oynamağa hazır sayıram. Bəlkə fikrim bir az təvazökarlıqdan uzaq görünəcək. Amma mən premyer-liqada oynamağa layiqəm. Ötən mövsüm “Turan Tovuz”un heyətində elitada çıxış etmişəm. “Sabah”la da premyer-liqada oynamışam. Amma həm həyatda hər şey həmişə istədiyimiz kimi olmur, həm də futbolun öz qanunları var. Bəzən heç də layiq olduğunu asanlıqla ala bilmirsən. Burda bəxt amili də rol oynayır. Ötən futbol mövsümü mənim üçün normal başlamışdı. Lakin ilk 11 turun oyunlarından sonra çempionat qarşılaşmalarında meydana çıxmadım. Düzdü, oyun təcrübəmi itirməmək üçün meydana çıxırdım, amma əvəzedici komandanın heyətində divizion qarşılaşmalarında iştirak edirdim. Bəlli məsələdi ki, bu iki çempionat arasında səviyyə fərqi var. Bu gün də özümü elitada oynamağa hazır sayıram. Səviyyə fərqi olsa da, mənim üçün premyer-liqada oynamaq elə də çətin olmaz. Çempionat özü də o qədər də çətin deyil.

- Futbolla məşğul olarkən hansı çətinliklərlə qarşılaşmısan? Futbol uğrunda nələrisə qurban vermisənmi, nədənsə imtina etmisənmi?
- Mən uşaq vaxtından evdən uzaq düşmüşəm. Futbol məni ailədən uzaq salıb. Mənim üçün də ən böyük çətinlik bu olub. Digər çətinliklər isə zədələrlə bağlıdı. Ağrı zədələr məni həm geri salıb, həm də böyük çətinlik yaradıb. Başqa elə bir çətinlik olmayıb. Uşaq vaxtından “Qəbələ” Futbol Akademiyasında olmuşam. İndi də “Şamaxı”dayam. Bu baxımdan ailədən uzaq olmağımı çətinlik kimi qeyd edə bilərəm. Bir məqamı da qeyd edim. Məsələnin psixoloji tərəfi də var. Məğlub olanda üzərində təzyiq hiss edirsən, bu da psixoloji çətinlik yaradır. Xüsusən də rayon komandalarında bununla daha çox üzləşirsən. “Turan Tovuz”da oynayarkən uduzanda psixoloji baxımdan gərginlik yaşayırsan. Tovuzda məğlubiyyəti asanlıqla qəbul etmirlər.

- Son sualım təhsillə bağlıdı. Futbol təhsil almağa mane olurmu?
- Xeyr, futbol təhsil almağa mane olmur. Heç bir problem yaranmır. Düzdü, mən ali təhsil almamışam, amma ali təhsil alanlar da var. Sadəcə, bu işdə komanda kömək göstərməlidi. Çünki həm oxumaq, həm də futbol oynamaq bəzən çətinliklər yaradır. Azərbaycanda bu daha çətindi. Rayon komandasında oynayırsansa, hər gün Bakıya gəlib-getməyin çətinlik yarada bilər. Mənim fikrimcə, futbolla təhsili bir arada yürütmək bu baxımdan çətindi.

İLKİN SULTANLI




Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

6-07-2023, 13:0

Vüqar Əsgərli “Şamaxı”nı gücləndirir - AÇIQLAMA

Ölkə futbolu / Manşet

1-07-2023, 12:0

"Şamaxı" ikinci transferini gerçəkləşdirdi

Layihə

18-09-2022, 23:0

“Futbola gəlişimin səbəbkarı dayımdı” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

Layihə

16-10-2022, 23:0

“Tovuzda futbolun sevilməsində 90-cı illərin “Turan”ının böyük rolu var” – LAYİHƏ

Aktual / 1-ci liqa

15-07-2023, 18:0

Vüqar Əsgərli "Şamaxı"nın yeni transferlərini açıqladı - ÖZƏL

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 431
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 189
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə