• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tovuzda futbolun sevilməsində 90-cı illərin “Turan”ının böyük rolu var” – LAYİHƏ

Layihə

16-10-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Paytaxtdan bölgəyə köç edən, adını da dəyişən “Şamaxı” hazırda çempionatın aşkar autsayderidi. Bununla belə, komandanın bütünlüklə yerli futbolçulardan qurulması da diqqətçəkən məqamdı. Son illərdə Azərbaycanda oxşar nümunə olmayıb. Məlum məsələdi ki, hazırkı şərtlər altında legioner olmadan yüksək yerlər uğrunda mübarizə aparmaq çətindi. “Şamaxı”nın əsas məqsədi mükafat qazanmaq yox, yerli futbolçulara oynamaq üçün şərait yaratmaqdı. Həmin futbolçulardan biri də Amil Yunanovdu. Mövsümə pis başlamayan hücumçu ilk üç turda iki dəfə fərqlənməyə macal tapmışdı. Amma 5-ci turda “Turan Tovuz”la keçirilən görüşün 19-cu dəqiqəsində Yunanov zədələndi və Türkiyədə cərrah bıçağının altına uzanmalı oldu. Hazırda istedadlı hücumçu zədəsini sağaltmaqla məşğuldu. Biz isə layihəmizin mövzusuna uyğun olaraq, onunla söhbətə keçmişə səyahət etməklə başladıq.

- Amil, futbola gəlişin necə baş verdi? Kimsə sənin istedadını hiss etdi, yoxsa özün yaşıl meydanlara can atdın?
- Mən Tovuzda böyümüşəm, ailəmiz-evimiz Tovuzdadı. Elə 5-6 yaşımda küçələrdə futbol oynayırdım. Məktəbdən gələn kimi çantamı bir tərəfə atır, futbol oynamağa qaçırdım. Enerjim də tükənmək bilmirdi. 9-10 yaşlarımda məhləmizin komandasının heyətində bir turnirə qatılmışdım. Məhlələrarası futbol turniri keçirilirdi. Atam da oyunuma baxdı və xalamın oğlundan xahiş etdi ki, məni futbol məşqlərinə aparsın. Həmin vaxt “Turan” futbol klubunun nəzdində uşaq komandaları fəaliyyət göstərirdi, məşqlər keçirdilər. Mən də Həsən Əhmədovun rəhbərliyi altında məşqlərə başladım. Komanda yoldaşlarım məndən 2-3 yaş böyüklər idi. 4 ildən artıq onun rəhbərliyi altında məşq etdim. Həqiqətən də çox yaxşı məşqlər keçirdik. Həsən müəllim həm bir məşqçi, həm də insan kimi mükəmməl biridi. Mənim də futbolçu kimi yetişməyimdə onun böyük əməyi oldu.

“Tovuzda futbolun sevilməsində 90-cı illərin “Turan”ının böyük rolu var”


- Tovuzun futbol bölgəsi olduğu hamıya məlumdu. Səncə, tovuzluların futbola belə bağlı olması, onu sevməsi nə ilə əlaqədardı?
- Bizim tərəfin adamları futbolu inanılmaz dərəcədə çox sevirlər. Düzgün qeyd etdiz, Tovuz əsl futbol bölgəsidi. Onlar futbolu sevməklə, onunla maraqlanmaqla bərabər, bu oyunun incəliklərini də bilirlər. Tovuzluların futbolu sevməsində 90-cı illərin əvvəllərindəki “Turan”ın varlığının böyük rolu var. Bilirsiz ki, “Turan” Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda olub. O sevgi həmin vaxtdan yaranıb. Siz də bilirsiz ki, o dövrlər Azərbaycanda 2-3 güclü komanda olubsa, onun da bir “Turan” olub. Həmin sevgi indiyə qədər də qorunub. Digər klublarda da Tovuz futbolunun yetirmələri oynayır, istedadlı futbolçularımız çoxdu. Vurğun Hüseynovun, Elvin Məmmədovun, Cavid Tağıyevin, Rəhman Hacıyevin adını çəkə bilərəm. Adını çəkmədiklərim məndən inciməsinlər. Bir müddət “Turan” premyer-liqadan uzaq qaldı. 9 illik fasilədən sonra Tovuz yenidən elitaya qayıdıb. Rayonun əhalisi də həmin sevgini yenidən nümayiş etdirir.

- Qəbələ Futbol Akademiyasına gedişin necə baş tutdu? Ordakı günlərini necə xatırlayırsan?
- Əvvəlcə “Neftçi”nin U-15 komandasına getmişdim. İslam Kərimovla Vaqif Paşayevin rəhbərliyi altında bir müddət məşq etdim. Bir ildən sonra yenidən Tovuza qayıtdım. Bir qədər inamsız idim, hətta futboldan uzaqlaşmaq istəyirdim. Artıq 11-ci sinifdə oxuyurdum. İstəyirdim ki, təhsilə diqqətimi artırım, universitetə hazırlaşım. Ürəyimin yarısı da futbolda qalmaq istəyirdi. Tovuz futbolunda da vəziyyət yaxşı deyildi, orda oynamaq istəmirdim. İlk məşqçim Həsən Əhmədov mənə bu məqamda da kömək etdi. Həmin vaxt mənə zəng vurdu ki, Qəbələyə uşaqlar aparır, orda seçimlər olacaq. Mənə də getməyi təklif etdi. Getdim, gördüm ki, türkiyəli məşqçilər var, əla şərait qurulub. Futbol oynamaq üçün hər şey var. Halim Fıçıcı və Əli Yavaş da oyunuma baxdı, məni bəyəndilər. Özümə də maraqlı oldu. Bir il akademiyanın komandasında, sonra da əvəzedici heyətdə oynadım. Hər iki komandada çempionatın bombardiri oldum. Mənim üçün unudulmaz günlər idi. “Qəbələ”nin karyeramda xüsusi yeri var.



- Futbolla məşğul olmaq təhsilə hansı əngəlləri törədir? Təhsil və futbolun ikisində də eyni zamanda uğur qazanmaq mümkündümü?
- Futbolla təhsili eyni yerdə aparmaq bir az çətindi. Müəyyən bir vaxta qədər bunu paralel edə bilirsən. Sonra isə mümkün olmadı. Mən özüm 7-ci sinfə qədər yaxşı oxuyurdum. Sonra da yarışlarla, oyunlarla bağlı alınmadı. Turnirlərə gedirsən, məşqdən yorğun gəlirsən, ona görə də beynində heç nə qalmır. Çox nadir insanlar olur ki, futbolla təhsili bərabər yürüdə bilir. Bunu bacaran insanlar mənim üçün çox güclü, xarakterli insanlardı. Təəssüf ki, mənim vaxtım olmadı, tam qüvvəmlə oxuya bilmədim. Bununla belə, çalışdım ki, təhsildən tam uzaq düşməyim, İdman Akademiyasını bitirmişəm.

- Formasını geydiyin “Şamaxı” bütünlüklə yerli futbolçulardan qurulub. Bu məqamın hansı müsbət və mənfi tərəfləri var? Hazırkı şəraitdə legioner olmadan uğur qazanmaq mümkündümü?
- “Şamaxı” Azərbaycan futbolu üçün vacib komandadı. Bizim futbolumuza xeyir verəcək futbolçular burda yetişir. Ola bilsin ki, indi nəticələrimiz yaxşı deyil. Amma unutmayaq ki, burda ilk dəfə premyer-liqa həyəcanı yaşayan futbolçular çıxış edir. Komandamızda legioner yoxdu. Çöldə qalmış legionerləri gətirmək əvəzinə elə yerlilərə şans vermək lazımdı. Açıq deyək, bura gələn legionerlərin heç də hamısı yerlilərdən üstün deyil. Belələri ilə oynamaqdan, onlara üçqat maaş verməkdənsə, yerlilərə inanmaq lazımdı. Buraxdığımız qollar da təcrübəsizlikdəndi, oyunun sonlarında qapımıza qol vurulur. Bir qədər təcrübəmiz olsaydı, indi 10-12 xalımız vardı. Sonuncu yerdə olmağa layiq deyilik. Məşqçilərimiz də gənclərdi. Bir az vaxta ehtiyacımız var. Onlar da istəyirlər ki, futbolumuza kömək etsinlər, futbolçu yetişdirsinlər. Buna da nail olacağıq.

- Azərbaycanda uşaq futbolunun problemlərini necə görürsən? İlk növbədə nələri həll etməliyik?
- Bizim uşaq futbolunun problemi çoxdu. Stadiondan tutmuş qidalanmaya qədər vacib məqamlardı. Uşaq vaxtından bunlara diqqət etməliyik. Uşaqlarlar ağır məşqlər edirlər, sonra da hər öz evində nə tapırsa, onu yeyir. Qidalanma vacib amildi. Stadionların örtükləri də keyfiyyətsizdi. Sanki betonun üstündə oynayırsan. Bir var süni örtük, bir də var vaxtı keçmiş süni örtük. Bunları həll etmədən uşaq futbolundan nə danışa bilərik?! Hətta topu, inventarı çatışmayan komandalar var. Qəbələdə mən bu fərqlilikləri görmüşəm. Düzdü, indi orda da vəziyyət əvvəlki kimi deyil, amma yenə də çalışırlar ki, Azərbaycan futbolu üçün nəsə etsinlər. Bu məqamları həll edə bilsək, bizdə də Avropa səviyyəsində futbolçular yetişəcək.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-06-2022, 16:0

Amil Yunanovun “Turan Tovuz”dan imtinasının səbəbi – ÖZÜ AÇIQLADI

Ölkə futbolu / Manşet

29-05-2022, 17:0

"Böyük ehtimalla növbəti mövsümdən “Turan Tovuz”da oynayacam" - AÇIQLAMALAR

Layihə

18-09-2022, 23:0

“Futbola gəlişimin səbəbkarı dayımdı” – LAYİHƏ

Premyer-liqa / Manşet

6-09-2022, 19:0

“Şamaxı”nın futbolçusu ilə bağlı Türkiyəyə müraciət olundu

Layihə / Manşet

24-07-2022, 22:0

“Azərbaycanlı futbolçulara güvənmək, onlara şans vermək lazımdı” - LAYİHƏ

Premyer-liqa

3-09-2022, 21:0

"Turan Tovuz" "Şamaxı"ya belə qalib gəldi - VİDEO

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
  • 21-04-2026, 23:0
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • 21-04-2026, 23:0
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • 21-04-2026, 22:0
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • 21-04-2026, 22:0
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • 21-04-2026, 21:0
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
Daha çox
Oxunub: 597
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 267
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə