"Neftçi" ilə matçda meydana çıxmayacaq

5.11.2023 11:55 183
Premyer-liqa
"Sumqayıt" ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı futbolçu cəzalı duruma düşüb.

Söhbət Kamran Əliyevdən gedir. O, premyer-liqanın 12-ci turunun "Araz-Naxçıvan"la görüşündə sarı vərəqə ilə cəzalandırılıb. Bu isə onun mövsümdəki dördüncü sarı vərəqəsi olub.

Qeyd edək ki, "Sumqayıt" qarşıdakı turda "Neftçi" ilə qarşılaşacaq.