• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MY Qleyzerlərdən yaxa qurtarmağa yaxındı

Dünya futbolu

3-11-2023, 20:0

“Mançester Siti”nin satışı ilə bağlı tarixçə sona çatmağa yaxındı.

“Football-plus.az” xəbər verir ki, insayder Fabritsio Romano bugünlərdə klubu almağa əsas iddialılardan şeyx Cassimin bu alverdən uzaqlaşdığını bildirib. Tələm-tələsik MY-dən qurtulmağa çalışan Qleyzer ailəsi qətərli bankirin 7 milyard dollarlıq təkliflindən imtina edib. Nəticədə bu məşhur və populyar klubu almağa yeganə iddiaçı kimi Cim Retkliff qalıb. Amerikadan olan rəhbərliyin əleyhinə indiyə qədər çoxlu aksiya təşkil edən azarkeşlər indi çox ümidlidi ki, ingiltərələri biznesmenin şərtləri Qleyzerləri razı salacaq. Bu ehtimal yetərincə yüksəkdi.

Əsas favorit deyildi
Ötən ilin noyabrında azarkeşlərin təzyiqi qarşısında təslim olan Qleyzerlər klubu satmağa hazır olduğunu elan etdi. Lap əvvəldən müştəri qismində şeyx Cassim ilə Cim Retkliff önə çıxdı. Qətərlilər bütün bu özünəməxsus yarış boyunca favorit sayılırdı, hətta Mbappeni “Old Trafford”a gətirəcəklərini vəd edirdilər. Ancaq sonradan sövdələşmə ləngidi. Qleyzer ailəsi şeyxlə qiymətlə bağlı razılığa gələ bilmədi, Retkliffin təklifi isə MY-nin minoritar səhmdarlarını qane etmədi. Nəinki klubun fanatları, “qırmızı şeytanlar”ın əfsanəsi Qari Nevill də çaşıb qaldı: “Qleyzerlərin heç nə satmadığı və ya heç nə etmədiyi ilə bağlı söhbətlərə inanmıram. Onlar nəsə etməlidi. Onların pulu qurtarıb, maliyyə durumu baxımından isə çarəsizdilər. Onlara investisiya lazımdı. Bundan başqa, kluba da daxildən neqativ təsir göstərirlər. Onlar üçün futbol, sadəcə, oyundu, düşünürlər ki, oyuncaqları var! Dünyanın ən nəhəng klublarından birinin sahibləri axmaq oyun oynayırlar”.

Bu ilin sentyabrında “Mançester Yunayted”in satışı ilə bağlı söhbət dayandı – bu xəbərin fonunda klub 500 milyon dollar ucuzlaşdı. Bunun ardından Qleyzerlər ən əsas aktivlərinə görə minumum 10 milyard qazanmaq fikrinə düşdü. Şeyx Cassim sonuncu təklifini irəli sürdü. 7 milyardlıq təklifə də “yox” cavabı alandan sonra yarışdan çıxdı. Belədə Retkliff əsas namizəd oldu.

Tədricən “həzm”
Sahibkar hələ sentyabrda klubu almaqla bağlı təklifini dəyişdi ki, sövdələşmə birdəfəlik pozulmasın. İngiltərəli əvvəlcə səhmlərin 69 faizini almağa, Amerikadan olan ailəyə isə minoritar paket saxlamağa çalışırdı, ancaq Qlyzerlər bu varianta heç baxmaq istəmədi. Nəhayət, oktyabrda bu iş ölü nöqtədən tərpəndi: belə bir informasiya peyda oldu ki, Retkliffin sahibi olduğu “Ineos” neft-kimya şirkəti minoritar səhm paketinə yiyələnmək, 2026-cı ilə qədər isə klubu tam almaq istəyir. İngiltərəli jurnalistlərə inansaq, Retkliff klub səhmlərinin 25 faizini 1,4 milyard funta alacaq. Biznesmenin bu təklifi Qleyzerləri MY-ni satmağa inandırdı.

“Çelsi”nin sahibi ola bilərdi
Retkliff Mançester ətrafında dünyaya gəlib və uşaqlıqdan “qırmızı şeytanlar”a azarkeşlik edib. Ancaq Londona köçəndən sonra “Çelsi”ni almağa çalışıb, sadəcə, danışıqlar uğursuzluqla nəticələnib. Görüşlərin birində fanatlar ondan soruşub ki, niyə Mançester klubunu almaqla bağlı təklif irəli sürmür? Retkliff isə belə cavab verib: “Həyatım boyunca “Mançester Yunayted”ə azarkeşlik edirəm... Ancaq “Yunayted” Qleyzerlərə məxsusdu. Mən Coel və Avram ilə görüşmüşəm, ancaq onlar klubu satmaq istəmir. Əlimi yanıma salıb otura və ümid edə bilmərəm ki, nə vaxtsa “Mançester Yunayted”i almaq mümkün olacaq”.

Belə şans yaranan kimi biznesmen dərhal səhnəyə çıxdı və sevimli klubu almaq üçün əlindən gələni etdi.

Azarkeşlər nə gözləsin?
Hazırda “qırmızı şeytanlar”ın ev arenası 74310 azarkeş qəbul edir. Retkliff stadionu 90 min yerliyə qədər genişləndirmək niyyətindədi. Yeri gəlmişkən, “Old Trafford”un yenidən qurulması haqda söhbətlər çoxdan gəzir, ancaq Qleyzerlərin belə layihə üçün pulu yoxdu. “Ineos” şirkəti isə bunun üçün əlavə vəsait ayıracaq.

“The Athletic”ə inansaq, Retkliff uzun müddətə “Mançester Yunayted”in himayədarı olmaq və bu yolda ortaya mütərəqqi baxış qoymaq fikrindədi. İngiltərəli hakimiyyəti ələ keçirən kimi 100 gün ərzində bütün strukturu yoxlayacaq. Eyni mənzərəni Todd Boeli “Çelsi”yə gələndə də görmüşük. Retkliff “Mançester Yunayted”in idman biznesinə tam nəzarət edəcək. O, yeni baş məşqçini, idman direktorunu və başqa vəzifə sahiblərini seçə biləcək. Çox güman, klubda əməlli-başlı “təmizlik” prosesi həyata keçiriləcək.

Ancaq baş məşqçis Erik ten Haqın narahat olmasına dəyməz: onun kreslosu hələ ki silkələnmir. ESPN xəbər verir ki, Retkliff niderlandlı mütəxəssisin işindən həddən ziyadə razıdı.

Baş direktor Riçard Arnoldla idman direktoru Con Mertonun problemləri başlaya bilər. Hələ 2019-cu ildə Cim onların işindən narazı idi: “Bu iki şəxs Fred kimi oyunçuların transferinə artıq pul ödəməklə mənasız xərclər edirlər. “Lill” və “Sauthempton” kimi gənc istedadları tapmağa çalışmırlar. “Yunayted” gənc oyunçulara pul qoymağı dayandırıb. Klubun kursunu dəyişiblər”.

Retkliff MY-ni Qleyzerlərdən tam azad edəcək. Belə görünür ki, indi fanatların ən böyük arzusu budu. Onların nifrət tarixçəsinin təməli 2005-ə gedib çıxır. Məhz onda Malkolm Qleyzer MY-ni tam ələ keçirərək bu qurumu açıq tipli səhmdar cəmiyyətdən özəl şirkətə çevirdi. Elə onda ilk etiraz dalğası başladı. Sonradan idarəçiliklə bağlı qəribə qərarlar, transfer bazarında iflas, Superliqanın yaradılması əhvalatı da baş verdi.

İlk illərdə Qleyzerləri fanatların qəzəbindən dahi Aleks Ferqyuson qurtarırdı. Komanda onun rəhbərliyi altında 2007, 2008, 2009, 2011 və 2013-cü illərdə çempion oldu, 2008-də Çempionlar Liqasını qazandı, 2009-da və 2011-də bu turnirin finalında oynadı. Bu titullar yığını olmasaydı, Amerikadan olan ailə Mançesteri daha erkən tərk edə bilərdi. Amma indi dəyişiklik dalğası heç vaxt olmadığı qədər yaxındı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

31-01-2023, 11:0

Retkliff bu klubu almağa yaxındı

Dünya futbolu

15-10-2023, 20:0

“Mançester Yunayted”i almaq niyyətindən daşındı

Dünya futbolu

7-04-2023, 22:0

“Mançester Yunayted”in satışı final mərhələsində - TƏHLİL

Dünya futbolu

15-10-2022, 11:0

Qleyzerlər ailəsi "Mançester Yunayted"ə qiymət qoydu

Dünya futbolu

19-04-2023, 20:0

Qleyzerlər ailəsi fikrini niyə dəyişdi?

Dünya futbolu

5-07-2023, 13:0

Qleyzerlər və MY: ayrılıq olacaqmı? - YAZI

Aktual
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Son xəbərlər
  • Bu gün, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Bu gün, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Bu gün, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Bu gün, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Bu gün, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Bu gün, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Bu gün, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 490
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 256
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 201
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 196
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə