• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qleyzerlər və MY: ayrılıq olacaqmı? - YAZI

Dünya futbolu

5-07-2023, 13:0

2021-ci il mayın 2-də “Mançester Yunayted” azarkeşləri “Liverpul”la çempionat oyununun axarını pozdular. Onlar Qleyzerlərin darıxdırıcı idarəçiliyindən bezərək “Old Trafford”u ələ keçirdilər və komandaların meydana çıxmasına imkan vermədilər.

İngiltərə premyer-liqasının tarixində ilk dəfə oyun fanatların başıpozluqluğu üzündən ləğv olundu. “Qırmızı şeytanlar”ın azarkeşləri amerikalı sahiblərə etiraz edirdilər. MY onların vaxtında hətta İngiltərədə belə top-klubların siyahısından çıxıb – mankunianlar son 10 ildə yalnız 5 dəfə finişə ilk “4-lük”də çatıblar və bir dəfə də çempion olmayıblar. Həmin gün aksiyadan sonra MY-nin əfsanəvi veteranı Qari Nevill yerə-göyə sığmırdı:

“Bu gün biz qəzəbin necə ifadə olunduğunu gördük. Qleyzerlər deyirdi ki, azarkeşlərin etimadını qaytarmaq istəyirlər, ancaq bu yoxdu. Azarkeşlərlə heç bir ünsiyyət yoxdu, onlar klubun sahiblərindən heç bir söz eşitməyiblər. Fanatlar dinc etiraz aksiyası təşkil edib – bu, hər adamın hüququdu”.


Məhz bu yay “qırmızı şeytanlar”, nəhayət, azarkeşlərin nifrət etdiyi bosslardan qurtula bilər – amerikalılar özləri də nəzarətdən çıxan oyuncaqdan bezib. Qleyzerlər klubu satmağa hazırdı, ancaq pul qazanmağa da ümid edirlər. Onlar 2005-də MY-ni 790 milyon funta alıbsa, indi danışıqlarda start nöqtəsi kimi 6 milyard götürülüb.

Klubun yeni sahibi ya şeyx Cassim olacaq, ya da biznesmen Cim Retkliff. Hər ikisi inanılmaz xərclərə hazırdı: Qleyzerlərin tələb etdiyi pulu ödəməyə, klubun borclarını ödəmək üçün daha 1 milyard ayırmağa, yeniyetmə Kriştiano Ronaldonun İngiltərəyə qədəm qoyduğu gündən bəri heç dəyişməyən məşq bazasını və “Old Trafford”u yenidən qurmağa. Ancaq amerikalılarla danışıqlar uzanır ki, bu da həm komandaya təsir göstərir, həm də fanatları və baş məşqçini qəzəbləndirir.

Danışıqlar nə vaxtdan davam edir?

Qleyzerlər ötən ilin noyabrında MY-ni satmağa hazır olduğunu elan etdi: alıcılar sırasında ingiltərəli milyarder Cim Retkliffin, şeyx Cassimin, Səudiyyə Ərəbistanından olan bir şirkətin, “Apple” korporasiyasının və başqa namizədlərin adı çəkilidi. Ancaq naz-qəmzəli amerakılar dərhal əksər potensial alıcıların marağını yox etdi:

“Klubun qiyməti yüksəkdi, böyük borcu var, stadionun və bazanın yenidənqurmasına pul qoymaq zəruridi”.


Səbirli Cassim Qleyzerlərə artıq 5 təklif göndərib. “The Guardian”a inansaq, qətərli danışıqların uzanmasından çox məyusdu və alveri davam etdirmək istəmir. Bankir nə qədər qiyməti aşağı salmaq istəsə də, inadkar amerikalılar axır ki çoxdan gözlədikləri 6 milyard dollar tıklifini aldılar. Elə britaniyalı da göstərilən məbləği təklif etdi.

Bununla belə, Qleyzerlər sövdələşməyə hələ də “hə” demir. Belədə Cassim va-bank gedib: lazımi pulu təklif edib və cavab üçün son müddət kimi iyunun 9-nu müəyyənləşdirib. Qətərli anlayır ki, sövdələşməni yubatmaq olmaz. Yay “transfer pəncərəsi” artıq çoxdan möhtəşəm keçidlərlə göz qamaşdırır, bitməyən sövdləşmə halında isə mankunianlar yeni transferlər üçün hansı büdcə ayıracağını müəyyənləşdirə bilməz.

Danışıqlar artıq 8 aydı davam edir, premyer-liqada yeni mövsümün startına isə cəmi 7 həftə qalır. “Reuters”in yaydığı informasiyaya görə, Qleyzerlər, ümumiyyətlə, sövdələşməni bitirməyə tələsmirlər. Daha çox pul qazanmaq niyyəti ilə Cassim və Retkliff arasında bazarlığı davam etdirirlər. Şeyxin təklifini daha çox bəyənən amerikalılar üstəlik britaniyalı biznesmenə də təzyiq göstərirlər. “Times” iyunun ortasında xəbər yaydı ki, prosesin başa çatması üçün hələ üç ay da tələb olunur. Hadisələrin axarı onu göstərir ki, klub 2023/24 mövsümünə də köhnə sahiblərlə başlayacaq, yenilər isə transferlərə pul xərcləmək imkanı tapmayacaqlar.

MY Qleyzerlərə görə transfer kampaniyasını boşa verir

Premyer-liqanın top-klubları böyük entuziazmla “transfer bazarı”na girişib və artıq bir neçə qaynar sövdələşməni sənədləşdiriblər. MS “Çelsi”dən Mateo Kovaçiçi götürüb, londonlular özləri Kristofer Nkunkuya imza atdırıb, Kay Havertsi “Arsenal”a göndərib, “Liverpul” Aleksis Makallisterlə güclənib. Hətta “Tottenhem” də, demək olar ki, 100 milyon avro xərcləyib – “mahmızlar” Pedro Porro ilə Deyan Kuluşevskinin tamhüquqlu transferini həyata keçirib, həmçinin “Empoli”dən qapıçı Qulyelmo Vikarionu “qamarlayıb”.

“Qırmızı şeytanlar” 2022/23 mövsümündə əldə olunan tərəqqinin və Çempionlar Liqasına dönüşün fonunda “transfer pəncərəsi”ni böyük entuziazmla gözləyirdilər. Ancaq hələ ki mankunianların bank hesabında yeganə maliyyə hərəkətlənməsi 20 yaşlı Zidan İkbalın “Utrext”ə 1 milyon avroya satılması zamanı baş verib. Ambisiyalı planlardan danışan MY-nin çalışdırıcısı hələ ki heç kimi almayıb. Əvəzində belə görünür ki, iki potensial debütantı əldən veriblər – Kim Min Çje, çox güman, “Bavariya”nın yolunu tutacaq, Yurrien Timber “Arsenal”a keçidin biraddımlığındadı. “Old Trafford” yeni bossu gözləməkdəykən başqa transfer hədəfləri də əldən çıxır: Deklan Rays “Arsenal”la “Mançester Siti” arasında seçim edir, Moyzes Kaysedo artıq “Çelsi” ilə müqaviləni razılaşdırıb.

“Mirror”un informasiyasına görə, Erik ten Haq başverənlərə görə dəliyə dönüb. Qleyzerlər klub satılana qədər kimisə almaq fikrindən uzaqdılar ki, yersiz xərcdən, yeni sahibə maraqlı olmayacaq futbolçuları almaq riskindən qaçsınlar. Hərçənd niderlandlı mütəxəssis hələ yazda deyirdi ki, titul uğrunda mübarizə aparmaq üçün MY-yə top səviyyəli yenilər lazımdı:

“Bizə daha artığı lazımdı. İndi biz çempionluq uğrunda mübarizədən uzağıq, ona görə ki, işimiz çoxdu. Tərəqqiyə nail olduq, ancaq ən yüksək yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, bizə yeni və yaxşı oyunçular lazımdı. Səbrim o qədər də geniş deyil, bu da mənim səhvlərimdən biridi”.


“Qırmızı şeytanlar” mövsümlərarası dövrün əsas hədəflərini əldən verur. Hərçənd elə həmin Cassimin çox ambisiyalı planları var idi. İnsayder Fabritsio Romano xəbər verir ki, şeyxin əsas hədəfi Kilian Mbappedi. Ancaq Qleyzerlərin astagəlliyi üzündən MY nəinki fransalı ulduzdan, daha aşağı səviyyəli futbolçuların da xidmətindən məhrum ola bilər.

Azarkeşlər nə deyir?

MY fanatları amerikalıları klubu daha tez satmağa sövq etmək üçün üzərində “Glazersout” yazılan ənənəvi plakatlarla müntəzəm etiraz aksiyalarına çıxırlar. Komandanın yeni formasının təqdimat günündə - iyunun 27-də fan-şopun önünə toplaşan azarkeşlər dükanın çalışmasına imkan verməyib. 1958 birliyinin təmsilçiləri səhər saat 9.45-də fan-şopun önünə toplaşıb, 10.00-da isə ora bağlanıb.

Ancaq azarkeşlərin narazılığı, etiraz aksiyaları Qleyzerlərin heç tükünə də təsir etmir. Amerikalılar artıq çoxdan təhqirlərə və klubu tərk etmək çağırışlarına öyrəşib. Ümumiyyətlə, “Old Trafford” klubun sahiblərinə nifrətin qalasına çevrilib. Amerikalılar MY-ni ələ keçirdiyi ilk gündən fanatları qıcıqlandırıblar – onlardan ən radikal olanlar 2005-də hətta alternativ “Yunayted of Mançester” klubunu da yaradıblar. Bu müddətdə sahiblərin davranışı qətiyyən dəyişməyib – onlar əvvəlki xəsisliyi qoruyurlar və sanki “qırmızı şeytanlar”ın tərəqqisində maraqlı deyillər. Qleyzerlərin praktiki cəhətdən istənilən hərəkəti MY fanatlarını özündən çıxarır. Düzdü, amerikalılar yüzminlərlə fanatın çoxdankı arzusunu gerçəkləşdirməyə - klubu satmağa çox yaxındı. Amma bu proses bir qədər də uzansa, 2023/24 mövsümü də boşa verilsə, onların qəzəbinin hansı səviyyəyə qalxacağını təsəvvür etmək belə çətindi.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-08-2022, 14:0

Redkliff MY-də pay sahibi olmaq istəyir

Dünya futbolu

15-10-2022, 11:0

Qleyzerlər ailəsi "Mançester Yunayted"ə qiymət qoydu

Dünya futbolu

7-09-2022, 13:0

Qleyzerlər ailəsi “Mançester Yunayted”i satmağa hazırdı

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə