• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” məğlub olsa da, ümid verdi - REPORTAJ

Manşet / Reportaj

16-07-2023, 18:0

Dünən “PARİ Premyer” kubokunda “Neftçi” son oyununu keçirdi.

Flaqman Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gəldi. Bu qarşılaşma Adrian Mutunun “ağ-qaralar”ın baş məşqçisi kimi ilk oyunu idi. Rumıniyalı mütəxəssisin mövcüd heyətlə necə “11-lik” quracağı maraq, komandanın oyun tərzi sual doğururdu. “Neftçi” “Fənərbaxça” ilə görüşə aşağıdakı heyətlə meydana çıxdı:

İvan Brkiç, Azər Əliyev, Azər Salahlı, Höccət Haqverdi, Ömər Buludov, Eddi İsrafilov, Emin Mahmudov, Kilan Lebon, Filip Ozobiç, Kenni Sayef, Mateus Saldanya.

Adrian Mutunun meydana buraxdığı “11-lik”dən hiss olunurdu ki, komanda 4-lü müdafiə sistemi ilə oynayacaq. Əslində bu, doğru seçim idi. Çünki “ağ-qaralar” Samir Abasovun rəhbərliyinin son ilindən indiyə kimi 4-5-1 sxemindən istifadə edirdi. 5-li müdafiə sisteminə keçid hazırda “Neftçi”nin işinə yaramazdı. Bunu “PARİ Premyer” kubokundakı ilk 2 görüşdə gördük. İqor Getman 5-4-1 sxemindən istifadə etdi. Nəticə etibarı ilə komanda qapısından 7 qol buraxdı.

“Neftçi” məğlub olsa da, ümid verdi - REPORTAJ


Bu barədə çox düşünməyə gərək yox idi. Mutu ilk oyununda “Neftçi”yə doğma olan sistemdən istifadə etdi. “Ağ-qaralar” matça pis başlamadı. Düzdü, rəqib Türkiyənin ən güclü komandalarından olsa da, flaqman bundan çəkinməyərək hücum futbolu sərgiləməyə çalışırdı. “Ağ-qaralar” ilk 10 dəqiqədə demək olar ki, “sarı-lacivərtlilər”dən üstün oyun göstərdi. Flaqmanın cinahları çox fəal idi. Lebon və Sayef fərdi oyunu ilə istanbullulara çətin anlar yaşadırdı. Sadəcə, kapitan Eminin mərkəzdən asmaları və ara ötürmələri alınmırdı. Yeni transfer Ozobiç isə o qədər də diqqət çəkmirdi. İlk 2 görüşdə 7 qol buraxan müdafiə xətti isə etibarlı oynayırdı. Hətta qarşılaşmanın şərhçiləri bu məqamı xüsusi vurğuladılar. Salahlı və Haqverdi dueti müdafiənin mərkəzini yaxşı qoruyur, Eddi isə dayaq yarımmüdafiəçisi olsa da, arxa xəttə tez-tez kömək edirdi.

Görüşdə ilk təhlükəli epizodu “Neftçi” yaratdı. Flaqmanın üzvləri mərkəzdən ötürmələrlə müdafiəni yarmağa çalışırdı. Yekunda Ozobiçin “açar pas”ını qəbul edən Saldanyanın zərbəsi müdafiəçidən geri döndü. Hücumun davamında Lebon topu qapının üstündən vurdu.

Yavaş-yavaş özünə gəlməyə başlayan türklər “Neftçi”nin sağ cinahında boşluğun olduğunu hiss edərək hücumları burdan təşkil etməyə başladılar. Düzdü, Ömər Kenti yaxşı bağlayırdı. Lakin azərbaycanlı futbolçu ara-sıra səhvlər edirdi. Matçın 24-cü dəqiqəsində bu cinahdan ötürülən topa Ceko başla zərbə endirsə də, top qapının üstündən keçdi.

Matçın 35 dəqiqəsinə kimi hər iki komandanın ifasında açıq futbol izlədik. Hətta deyə bilərik ki, Azər Əliyevlə Kilan Lebon “Fənərbaxça”nın sol cinahındakı müdafiəçilərin başına oyun açırdı. Diqqətimizi çəkən əsas məqamlardan biri “ağ-qaralar”ın futbolçularının qısa ötürmələrdən çox yaxşı istifadə etməsi idi. Mutunun cəmi 1 məşqdə bunu oyunçulara aşılaması çox yaxşı situasiya idi. Qarşılaşmanın 36-cı dəqiqəsində Bakı klubu qola yaxın oldu. Yenə “Neftçi” qısa ötürmələrlə hücum quraraq müdafiəni yardı. Lebonun “pas”ından sonra Ömərin zərbəsinin qarşısını Altay ala bildi. 40-cı dəqiqədə isə türklər qol vurmağa yaxın oldu. Mərt Hakan 3 futbolçunu geridə qoyandan sonra qapıya zərbə endirdi. Brkiçin toxunuşu qolun qarşısını aldı. İlk hissədə son hücumu da “Neftçi” qurdu. Lebon sol cinahda reyd edərək qapıya zərbə endirsə də, müdafiəçilər hücumun qarşısını ala bildilər.

Fasilədən sonra isə “Fənərbaxça” oyunda nəzarəti ələ almağa başladı. “Neftçi”nin futbolçularında yorğunluq hiss olunurdu. Görünür, Sankt-Peterburqdakı təlim-məşq toplanışının ilk günlərində İqor Getmanla Vadar Nuriyev komandanı fiziki olaraq çox yükləyib ki, görüşün 60-cı dəqiqəsində futbolçularda dartılmalar hiss olunurdu. Hətta Lebon epizodların birində zədələndiyi üçün meydanı tərk etdi.

Yorğunluğun artması, meydana girən yeni futbolçuların faydalı olmaması, “Fənərbaxça”nın hücumlarının sayının çoxalması öz sözünü dedi. Matçın 72-ci dəqiqəsində istanbullular görüşdə hesabı açdılar. Ceko baş zərbəsi ilə Brkiçi məyus etdi.

Qoldan 2 dəqiqə sonra “Neftçi” bərabərliyi təmin edə bilərdi. Sağ cinahdan irəliləyən Sayefin kəsmə zərbəsinin qarşısını Altay çətinliklə aldı.



İkinci hissədə sevindirici məqamlardan biri Filip Ozobiçin özünə gəlməsi idi. Millimizin üzvünün açar və ara ötürmələri çox ideal idi. Onun pleymeyker kimi oynaması cinahlardakı futbolçuların da rahat olmasına şərait yaradırdı.

Görüşün sonlarına doğru “Neftçi” üstünlük göstərməyə çalışsa da, matçda başqa qol vurulmadı. Beləliklə, flaqman “PARİ PREMYER” kubokunun bütün görüşlərində məğlub olaraq sonuncu oldu.

İlk iki görüşü nəzərə almasaq, flaqman bu qarşılaşmada yaxşı təsir bağışladı. Komandaya cəmi 1 gün məşq keçən Adrian Mutunun fəlsəfəsi oyunçulara aydın oldu. Məğlub olmasına baxmayaraq, “Neftçi” ümid verdi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual

1-07-2023, 19:0

"Neftçi"nin "Zenit"ə qarşı start heyəti

Ölkə futbolu

28-06-2023, 21:0

“Neftçi” Sankt-Peterburqa 23 futbolçu ilə gedir

Ölkə futbolu / Manşet

27-06-2023, 13:0

"Neftçi"yə Rusiyadakı turnirdə bu şəxslər rəhbərlik edəcək

Premyer-liqa / Manşet

27-02-2023, 21:0

Azərbaycan derbisində bərabərlik - YENİLƏNİB

Premyer-liqa

8-04-2023, 18:0

"Sumqayıt" - "Neftçi": start heyətlər

Premyer-liqa

22-04-2023, 17:0

Premyer-liqa: "Səbail" və "Neftçi"nin heyətləri

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə