• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu gün istədiyimi görmədim, sanki 3 xala oynamadıq" - Şahin Diniyev

Premyer-liqa / Manşet

28-10-2023, 19:0

"Səbail" Misli premyer-liqasının 11-ci turunda səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun oldu. Azarkeşlər çox qol gördü. Birinci hissə bizim, ikinci hissə "Zirə"nin üstünlüyü var idi. "Zirə" çox yaxşı təşkilatlanmış komandadı, müdafiədə boşluqlar vermir. İlk yarıda bu boşluqları tapa bildik. Daha bir neçə qol epizodumuz oldu, sadəcə bir az məsuliyyətli yanaşmadıq. İkinci yarıda komanda psixoloji baxımdan oturdu və hesabı saxlamağa çalışdı. Futbol da belə şeyləri sevmir. Bəlkə də, 11 oyunda mənim ən xoşuma gəlməyən bugünkü ikinci 45 dəqiqə idi. Futbolçulardan geridə qalmış 10 oyunda niyə xoşum gəlir? Rəqibin kimliyindən asılı olmayaraq 3 xal üçün oynayırıq. Futbolçuların gözləri yanır. Amma bu gün ikinci yarıda onu görmədim. Komanda oturdu və buna görə mütləq cəzalandırılmalıydıq ki, o da oldu. "Zirə"yə uğurlar arzulayıram, Rəşad Sadıqov intizamlı komanda qurub. "Zirə" nə etmək istədiyini bilən komandadı. Bəlkə də, səfərdə liderdən bir xal almaq sevindirici hal ola bilərdi. Amma mən hər dəfə nəticədən çox, oyunun keyfiyyətinə fikir verən məşqçilərdənəm. O sarıdan ikinci yarı məni çox məyus etdi. İrəli baxmalı, gələcək oyunlara hazırlaşmalıyıq.

- Aleksandr Ramalinqom fərdi oyuna üstünlük verirdi, əlverişli epizodda olan komanda yoldaşına ötürmə vermirdi...
- Razıyam. Paltardəyişmə otağında da ona dedim. Keyfiyyətli futbolçudu, bu gün sanki bir az özünü daha hazırlıqlı hesab edirdi. Çox bacarıqlı hücumçudu. Azərbaycan çempionatında görün nə qədər yaxşı müdafiəçilər var. Bir epizodda sadəlikdən mürəkkəbliyə keçdi. Məncə, gələn oyunlarda belə səhvlər olmayacaq. "Zirə" geridə qalan 11 oyunda heç vaxt iki qol buraxmamışdı. Belə komandaya iki qol vurmaq... İkinci yarı rəqib bizdən daha yaxşı oynadı. Məncə, nəticə oyuna görə oldu.

- Qışa qədər "Səbail" çempionatı ikinci-üçüncü bitirsə, yeni transferlər olacaq?
- Şans olacaqsa, hərəkət edəcəyik.

- Pedro Nunonu niyə əvəzlədiz?
- Pedro topla oynamağı sevən, yaradıc biridi. İkinci hissədə yaradıcılıqda sıfıra düşdük. Bizdə top yox idi. O, qaçmağa başladı və yoruldu. Dəyişdik ki, ortanı bağlayaq. Əfsus ki, topsuz işlədiyi üçün yoruldu.

- Digər klubların məşqçiləri gəncdi. Rəqabət hiss edirsiz? Vaxtı ilə rəhbərliyiniz altında oynayıblar.
- Hər birini çox istəyirəm. Böyük hörmətim var, öz işlərini mükəmməl görürlər. Azərbaycan çempionatında tarazlıq yaranmasında onların rolu böyükdür. Komandalarımız taktiki cəhətdən savadlı oynayır. Məşqçi, oyun və maliyyə bir-birilə bağlıdı.

- Sizdə əminlik var ki, "Səbail"in sponsoru sona qədər öhdəliklərini yerinə yetirəcək?
- Bu ilin mayında "Şamaxı" ilə matçımız var idi. Klubun taleyi nazik ipdən asılı idi, yəni son oyundan. Bu klub yox ola bilərdi. Heç kim sənə zəmanət verə bilməz ki, zaman xeyrinə işləyəcək. Yanvarda biləcəksən ki, sən nəyə qadirsən. Əvvəldən iki Ramalinqom gətirib, ilk turda "Sumqayıt"a 1:4 uduzsaydım, heç kim məni başa düşməyəcəkdi. Baxışım budu, bəlkə səhvdi. Mələk deyiləm, günahlarım da var. Amma istəyirəm axşam yatanda rahat olum, bilim ki, heç kimin haqqına girməmişəm. Büdcə var, o demək deyil ki, nə istəyirsən, et. Mən "Səbail"də, futbolumuzda özümdən sonra iz buraxmaq istəyirəm.

- Keçən il demişdiz ki, "Səbail" premyer-liqada qalacaq və qaldı. Bu mövsüm nədi istək?
- İstəklə reallıq üst-üstə düşməlidir. Hərdən düşmür. Deyirlər üçdə gedirsən, niyə ikini istəmirsən? Axı reallıqlar var. Demişdim ki, iddialı "Səbail" olacaq, oldu. Hər oyunda qol vururuq. Futbol oynayırıq. Bu gün niyə narazı idim? Dedim arxada oturmayın, qorxaq oynamayın, 0:5, 0:8 uduzun, mən qəbul edəcəm. Qəbələdə pis oynadıq, amma istək var idi. Qol vurduq. Bu gün istədiyimi görmədim, üç xala oynamadıq sanki. Qorxamayaq, futbol oynayaq, camaat gəlir futbola baxmağa. Sən bir saat yerdə uzan qal, o biri hara gəldi vuracaq. Kimə ləzzət verəcək? istəyim yaxşı futboldu.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

30-09-2023, 22:0

"Uşaqların əziyyətinə heyfim gəlir" - Şahin Diniyev

Premyer-liqa / Manşet

21-10-2023, 18:0

"İkinci dövrədə daha fərqli "Kəpəz" olacağıq" - Azər Məmmədov

Premyer-liqa / Manşet

19-08-2023, 23:0

"Heç-heçə layiqli nəticə idi" - Şahin Diniyev

Premyer-liqa / Manşet

26-08-2023, 19:0

"Bu oyun Şəhriyar Rəhimovun ruhu üçün idi" - Şahin Diniyev

Premyer-liqa / Manşet

8-04-2023, 20:0

"Sevinirəm ki, "Sabah" kimi rəqibi udmuşuq" - Şahin Diniyev

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 692
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 225
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə