• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Alman maşını” “Qarabağ”ı əzdi - REPORTAJ

Reportaj / Avropa Liqası

28-10-2023, 11:0

Çempionatlar və komandalar arasındakı səviyyəni unudub, həm “Bayer”in, həm də “Qarabağ”ın startda qələbələri sıralamasına görə bu matçı “zirvə oyunu” adlandıranlar var idi.

Meydan sahibi klub isə azarkeşlərin stadiona gəlməyəcəyini düşünüb, biletin qiymətini salmışdı. Satış 10 avrodan başlayırdı. Stadiona az tamaşaçının gəlməsi gözlənilirdi. Lakin belə olmadı. Protokoldan da gördüyünüz kimi, 30210 yerlik “Bay Arena”, demək olar, tam dolmuşdu. Stadionda möhtəşəm atmosfer var idi. Azarkeşlərin çılğınlığından, ab-havadan, səs-küydən belə, oyunun “Qarabağ” üçün çətin keçəcəyi hiss olunurdu.

Oyun meydan sahiblərinin hücumları ilə başladı. Onlar ilk dəqiqələrdən topa total nəzarət edirdi. “Qırmızı-qaralar” ilk təhlükəli hücumda hesabı açmağı bacardı. Virts müdafiənin səhvindən istifadə edərək artıq 4-cü dəqiqədə hesabı açdı.
İlk 10 dəqiqə almanların üstünlüyü şəraitində keçdi. Yalnız ondan sonra “Qarabağ” özünə gələ bildi. “Köhlən atlar” əlinə düşən ilk fürsətdən yararlandı. 14-cü dəqiqədə Caka müdafiədə səhvə yol verdi. Ondan topu “oğurlayan” Juninyo yerdə qaldı. Belədə hakim tərəddüd etmədən “nöqtə”ni göstərdi. Topun arxasına keçən Toralın dəqiq zərbəsindən sonra hesab bərabərləşdi – 1:1.

Stadionda olan azərbaycanlı azarkeşlər və jurnalistlər “köhlən atlar”ın nəsə edəcəyinə ümidlənmişdi. Lakin bu qol, sadəcə, “arı yuvasına çöp uzatmaq” idi. “Qırmızı-qaralar” ardıcıl iki hücumda qola çox yaxın oldu. Əvvəlcə Bonifas boş qapını dəqiq nişan ala, dDaha sonra Virtsin əla ötürməsini Adli dəyərləndirə bilmədi. Onun zərbəsi tirdən qayıtdı. Ağdamlılar isə ancaq müdafiə olunur, hücum cəhdlərimiz boşa çıxırdı. 29-cu dəqiqədə “Bayer-04” növbəti dəfə hesabda irəli çıxdı. Virtsin ideal ötürməsini Qrimaldo dəqiq zərbə ilə tamamladı.
Almanlar ikinci qoldan sonra da sakitləşmədi. “Maşın işə düşmüşdü”. 35-ci dəqiqədə Bonifas möhtəşəm zərbə ilə hesabı 3:1 etdi. Fasiləyə kimi “qırmızı-qaralar” yenə qollar vura bilərdi. Lakin meydan sahiblərinin oyunçularının qeyri-dəqiqliyi və ağdamlıların müdafiə xətti buna imkan vermədi.

Qurban Qurbanov ikinci hissəyə dəyişikliklə başladı - Silva Benzya ilə əvəzləndi. Belə olan təqdirdə Toral müdafiənin sağına keçdi. Leandro vinger, əlcəzairli futbolçu isə pleymeyker kimi çıxış etməyə başladı. Mütəxəssis mərkəzdə topa nəzarəti ələ alaraq hücumları cinaha çəkməyə çalışırdı. Lakin bu cəhd heç bir fayda vermədi. Dayaq yarımmüdafiəsindən dəqiq ötürmə verməli olan Romao hücum xəttini topla təmin edə bilmirdi. Hətta braziliyalı kobud səhvləri ilə yadda qaldı.

İkinci hissəyə də almanlar istəkli başladı. Onlar “Qarabağ”a rəhm etmək istəmirdi. 54-cü dəqiqədə Qrimaldo əla kəsmə zərbə ilə dublunu rəsmiləşdirdi. Düşünmək olardı ki, bu, görüşdə sonuncu qoldu. Lakin 2 dəqiqə sonra almanlar yenə fərqləndi. Bonifasın zərbəsini Lunyov qaytarsa da, Tapsoba özünə yetirərək topu qapıdan keçirdi. Rusiyalı qapıçı ən azı son iki qolda kobud səhvə yol verdi.

Bu, rəqibi “topla döymək” idi. “Qarabağ” normal hücum qura bilmirdi. Komandalar arasında səviyyə, futbolçular arasında keyfiyyət fərqi açıq-aşkar hiss olunurdu. Bəzi məqamlarda ağdamlılar 3-4 ötürmədən sonra topu itirirdi. Qəribə bir şey də yox idi. Bundesliqanın lideri son illərdə Azərbaycanın ən yaxşısı olan “Qarabağ”a sürətin, tempin, pressinqin, bir sözlə, əsl futbolun nə olduğunu göstərirdi.

Bəli, 57-ci dəqiqədən sonra leverkuzenlilər bir qədər sakitləşdi. Oyun 5:1 hesabı ilə almanların xeyrinə başa çatdı. Ümid edirik ki, heç olmasa Bakıdakı görüşdə “Qarabağ” bu komandaya layiqincə müqavimət göstərə bilər. 1-ci yer onsuz da xəyal idi, heç olmasa, 2-ci yeri əldən verməyək!


Reaksiyalar
Florian Virts: “İnsan həmişə xəyal qurmağı sevir. Qələbə hər zaman xoşdu. Yaxşı oyunla qalib gəlmək gələcəyə daha böyük inam verir. Həm iki turnirdə işlərimiz yolunda gedir. Ancaq mümkün titullar barədə danışmaq üçün tezdi. Hələ mövsümün əvvəlindəyik. Qələbələr qazandıqca hədəfə doğru işimizi asanlaşdıracağıq”.

Robert Endrix: "Əyləncəli oldu. Sadə və anlaşılan şəkildə oynadığımız zaman şanslarımız olurdu. 5:1 hesabı qulağa yaxşı gəlir. Düzdü, istədiyimiz 3 xalı qazandıq, amma daha bir-iki qol vura bilərdik. Təhlükəli olan da budu. Güclü tərəfimizi bilirik. Onu da bilirik ki, bunlar təsadüfi deyil. Məşqçi heyətinin və komandanın birgə əməyi sayəsində bu yerə gəlmişik".

Gözdən qaçmadı
* Oyundan öncə bəzi azərbaycanlı azarkeşlər stadiona girməkdə çətinlik çəkirdi. Onlar doğru sektora bilet almamışdı. “BayArena”nın əməkdaşları nəzakətlə bizimkilərə hansı sektorda əyləşməli olduğunu izah edirdi.
* Oyunu yetərincə çox azərbaycanlı izləyirdi. Stadionun müxtəlif yerlərində ölkəmizin bayrağını görmək olardı. “Qarabağ” üçün ayrılmış sector, demək olar ki, dolu idi. Görüşü həmin tribunadan 1000-dən çox azərbaycanlı izləyirdi.
* Matçı seyr edənlər arasında gənclər və idman naziri Fərid Qarayev, müavini Mariana Vasilyeva, idman şöbəsinin müdiri Elnur Məmmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, “Hünər Group”un rəhbəri Ehtimad Quliyev də var idi.
* Toralın penaltini dəqiq yerinə yetirməsi “Bayer-04” azarkeşlərini əsəbləşdirdi. Onlar azərbaycanlı futbolçunun sevincinə mane olmaq üçün stadiona yad əşyalar atdılar.
* Həmin an azərbaycanlı azarkeşlər çox sevincliydi. Fanatlarımız qol vurulandan sonra pirotexniki vasitələrdən yararlanmaqla “BayArena”nı tüstüyə qərq etdi.
* “Bayer-04”ün futbolçuları Torala qarşı aqressiv idi. Milli üzvü iki dəfə onlarla problem yaşadı. İlk hissədə Toral Bonifası yerə sərdikdən sonra əlini uzatsa da, forvard azərbaycanlıya məhəl qoymadı. İkinci yarıda isə Endrix eyni hərəkəti təkrarladı. Bu dəfə Toral əsəbləşdi. Lakin meydanın kənarında məşq edən Riçard Almeyda komanda yoldaşını sakitləşdirdi.
* Nəriman Axundzadə ilə Redon Cica meydana çıxan zaman Qurban Qurbanovun azərbaycanlı futbolçuya xüsusi tapşırıqlar verməsi gözdən qaçmadı.
* Matç bitən kimi sabiq komanda yoldaşları Lunyovla görüşərək qucaqlaşdılar. Rusiyalı qolkiperlə, demək olar ki, “Bayer-04”ün bütün oyunçuları səmimi söhbət etdi.
* Məğlubiyyətə baxmayaraq, azərbaycanlı azarkeşlər “Qarabağ”ı tribunaya dəvət edərək alqışladılar.
* Oyundan sonra Elvin Cəfərquliyevlə Juninyo Köln hava limanında dopinq-testdən keçdi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Reportaj

27-07-2023, 13:0

Şahruddin yenə “Qarabağ”ı “dəfn etdi” - REPORTAJ

Reportaj / Avropa Liqası

26-08-2023, 16:0

“Qarabağ” səfərdə möhtəşəm qələbə qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

22-10-2023, 11:0

İşıqlı Tovuzda məhsuldar gecə - REPORTAJ

Manşet / Yazarlar / Avrokuboklar

11-08-2023, 00:0

"Qarabağ" həyəcanlandırdı, "Sabah" sevindirdi, "Neftçi"nin işi Allaha qalıb

Reportaj / Avropa Liqası

23-09-2023, 12:0

“Qarabağ” “Molde” mifini dağıtdı - REPORTAJ

Çempionlar Liqası

13-07-2023, 16:0

“İlk 20 dəqiqədən sonra qonaqların özünəinamı isti havanın da təsiri ilə buxarlandı”

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə