• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Laporta rüşvət verməkdə suçlanır

Dünya futbolu

27-10-2023, 16:0

“Barselona”nın adı ətrafında aylardı davam edən qalmaqal yenidən sürət yığır.

Oktyabrın 18-də klub prezidenti Xuan Laporta yeni ittihamla üzləşib.

Belə ki, “Marca” onun “Neqreyra işi” ilə bağlı rüşvət verməkdə ittiham olunduğunu xəbər verir. İşə baxan hakim Laportaya ittiham irəli sürməyə razılaşıb. Onun fikrincə, İspaniya Futbol Federasiyasının texniki hakimlər komitəsinin sabiq vitse-prezidentinə 2008-10-cu illər aralığında edilən ödənişlər qüvvədən düşməyib, çünki rüşvətin davam etdirilməsi əməliyyatının tərkib hissəsidi.

Beləliklə, hakim Antikorrupsiya Prokurorluğunun Laportanın adını bu işdən çıxarmaqla bağlı meyarları ilə razılaşmayıb. Bir daha xatırladaq ki, söhbət “Barselona”nın 2001-18-ci illər aralığında Xose Mariya Enrikes Neqreyraya və onun oğluna ödədiyi 7,3 milyon ətrafında yaranan qalmaqaldan gedir.
Məhkəmənin müstəntiqi yazılı qaydada xatırladır ki, tədqiq olunan faktlar rüşvətin davam etdirilməsiylə bağlı cinayətin tərkib hissəsi ola bilər. Bu üzdən Cinayət Məcəlləsinə uyğun olaraq, işin qüvvədən düşməsinin şərti kimi sonuncu cinayətdən 10 il keçməməsi göstərilir. Yəni “Barsa” sonuncu dəfə Neqreyraya və oğluna 2018-ci ilin iyulunda pul ödəyib ki, həmin vaxtdan da 10 il ötməyib.

Təbii ki, “Barselona”nın prezidenti onu nələrin gözlədiyinin fərqindədi. Klub prezidenti rüşvət ittihamı ilə üzləşəndən dərhal sonra futbol ictimaiyyətinə müraciət etməyi lazım bilib:

“Neqreyranın şirkətinin hazırladığı hesabatlar faydalı idi. Bəlkə də kiminsə ağlında başqa fikirlər dolaşır. Ancaq biz sübut etdik ki, sənədləşdirilən hesabatlar məsləhət xarakteri daşıyır. Bir hüquqşünas kimi mənə aydındı ki, “Barselona” bu işə görə bəraət alacaq. Baxaq görək iş məhkəməyə gedib çıxacaqmı... Biz indi məhkəməyəqədərki mərhələdəyik. Mən hüquqşünasam və görürəm ki, bu iş öz-özünə uğurla bitə bilməz, qazanmaq üçün çalışmalıyıq. Klubun hüquq xidməti bu məsələ üzərində yaxşı çalışır. Neqreyra işi “sosioloji madridizm”in bir hissəsidi. “Barselona”da vəziyyəti qeyri-sabit etmək üçün məqsədyönlü kampaniya gedir. Fevraldan bəri presedenti olmayan kampaniya. Çox güclü olan “sosioloji madridizm” mövcuddu. Söhbət Florentino Peresdən getmit. Madrid klubunda siyasi media ilə əhatə olunan hakimiyyət var. Biz bunu bir norma kimi qəbul etməliyik. Onlar panikaya düşüblər ki, “Barsa” uğurlarını təkrarlayacaq, adamlar kluba heyranlıq duyur və onu sevirlər. Onlar statuslarını qorumaq üçün bununla mübarizə aparmağa məcburdular”.


Ümumiyyətlə, İspaniya futbolu ilə bu və ya başqa şəkildə bağlı olanlar “Barsa”nın lehinə və əleyhinə çıxış etməkdədi. Məşqçi karyerasına məhz “Barselona”da – Laportanın dövründə başlayan, kataloniyalılara iki dəfə Çempionlar Liqasını qazandıran “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da “blauqrana” ətrafındakı duruma münasibət bildirib:

“Həmin komandanın nə dərəcədə güclü olduğunu anlamırsız. Hədsiz yaxşı oynayırdıq. Məhkəmənin yekun qərarı olandan sonra fikrimi deyəcəm. Nə qədər ki, əksi sübut olunmayıb, “Barsa” da günahsızdı, Laporta da”.


“Barsa”nın çalışdırıcısı Xavi Ernandes də Laportanın “sosioloji madiridizm” ilə bağlı açıqlamasını dəstəkləyib:

“Futbol haqda danışırıq, ancaq qəzetlərin arxivinə baxırıq: vilyarato (İspaniya Futbol Federasiyasının sabiq prezidenti Anxel Mariya Vilya ilə bağlı iş – red.), dopinq… Prezidenti yüzdəyüz dəstəkləyirəm, klubda qeyri-sabitlik olması üçün belə vəziyyət yaradırlar. İdman ətrafında yaşananlarla bağlı hədsiz çox söz-söhbət var. Mənim vaxtımda dopinq və vilyarata haqda danışırdılar. Bu əhvalatları Madrid qəzetləri düzüb-qoşub. “Real”ın uğurlarımızı qəbul edib-etmədiyini bilmirəm. Bu sual onlara ünvanlanmalıdı. Prezidentlə tam razıyam. Laportaya yönələn ittiham “sosioloji madridizm”in nəticəsidi. Laporta sakit və rahatdı. O, cəsurdu və açıq danışır. Prezident layihəmizin lideridi və mən də onunlayam”.


Bu arada Laporta Kataloniya klubunda 2026-cı ildə keçiriləcək növbəti prezident seçkisində də namizəd olmaq istədiyini deyib:

“Qanuna görə yenidən namizədliyimi irəli sürə bilərəm. Hələ ki susuram, amma belə edəcəm. Mən bu Direktorlar Şurası ilə qalmaq istəyirəm, çünki adamlar can qoyur, çalışırlar və bu layihəyə sadiqlilər. Sonrasına baxarıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-03-2023, 20:0

Laporta: “Barselona”nın maraqlarına zərbə vurmaq üçün kampaniya aparılır”

Dünya futbolu

28-03-2023, 20:0

UEFA “Barselona”ya hansı cəzanı kəsə bilər?

Dünya futbolu

5-07-2023, 21:0

“Barselona” ÇL-də oynayacaq?

Dünya futbolu

5-05-2023, 18:0

“Barselona” Avropanı Asiyaya dəyişəcək?

Dünya futbolu

19-02-2023, 12:0

Kataloniya prokurorluğu “Barselona”nı araşdırır – QALMAQAL

Dünya futbolu

17-04-2023, 20:0

“Barselona”dan nə yeni xəbər var?

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 409
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 195
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə