“Mançester Yunayted”in aparıcı oyunçularından Lük Şou ilə bağlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu hələ bir neçə həftə də yaşıl meydanlardan uzaq olacaq. Sonuncu dəfə MY-nin oyununda avqustun 19-da görünən müdafiəçi o vaxtdan əzələ ağrılarından əziyyət çəkir. Baş məşqçi Erik ten Haq onun hələ də müalicə aldığını deyib. Niderlandlı mütəxəssis Şounun noyabrın ortalarına qədər müalicəsini davam etdirəcəyini bildirib.