Avqustun 3-də Cənubi Kiprdə keçiriləcək qarşılaşmaya 5 gün qalıb. Bunu nəzərə alıb təmsilçimizin səfər planını öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Football-plus.az"a bunları dedi:
"Oyundan 1 gün əvvəl çarter reysi ilə Cənubi Kiprə yollanacağıq. Orda "Hilton Hotel"də məskunlaşacağıq. Matç bitdikdən dərhal sonra Qəbələyə geri dönəcəyik".
Qeyd edək ki, "Qəbələ" "Omoniya" ilə ilk sınaqda 2:3 hesabı ilə məğlub olub.
KƏNAN BAHADIR




