Premyer-liqada zəruri təxirəsalma

21.10.2023 22:07 246
Dünya futbolu
Şotlandiya çempionatının yüksək liqasında növbəti tura təyin olunan matçların hamısı baş tutmayacaq.

"Football-plus.az" xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.

Yerli futbol qurumu “Babet” fırtınasına görə premyer-liqada zəruri təxirəsalma ilə bağlı qərar verib. Belə ki, 9-cu turun “Ross Kaunti” – “Sent Mirren”, “Sent Conston” – “Motervell” və “Aberdin” - “Dandi” oyunları təxirə salınıb.

Qərar matçların iştirakçılarının təhlükəsizliyi nəzərə alınaraq verilib.