• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyevin gözlənilməz cəsarəti - REPLİKA

Manşet / Yazarlar

20-10-2023, 13:0

Bu mövsüm Azərbaycan futbolunda iki məşqçi daha çox diqqət mərkəzindədi.

Bunlar Şahin Diniyevlə Azər Bağırovdu. Hər biri yaxşı komanda formalaşdıra bilib, 9 turdan sonra premyer-liqada 3-4-cü pillələrdə qərarlaşıblar. Bu səbəbdən də bir çox media qurumları bu mütəxəssislərlə tez-tez əlaqə yaradaraq açıqlama və ya müsahibə alır. Onlardan belə komanda formalaşdıra bilməklərinin səbəblərini soruşurlar. Ötən sayımızda biz də Şahin Diniyevə yer verdik. Həmkarım Kənan Bahadır mütəxəssislə əlaqə saxlayaraq ölkə futbolundakı gündəmi müzakirə edib. “Səbail”in çalışdırıcısının müsahibənin sonuncu sualına verdiyi cavab diqqətimi çəkdi.

- Çoxu deyir ki, yığmanı yerli mütəxəssis çalışdırmalıdı. Ən təcrübəlilər siyahısında Əsgər Abdullayevlə yanaşı, sizin də adınız çəkilir. Bu haqda nə düşünürsüz?
- Səmimi deyəcəm, mən “Səbail”də xoşbəxtəm. Burda hər şey yaxşıdı və hədəflərimiz var. Uğura çatmaq üçün çalışırıq. Baş məşqçi dəyişikliyinə gəlincə, əsas məsələnin bu olduğunu düşünmürəm. Müstəqillik dövrünə nəzər salsaq, görərik ki, hər çətin dönəmdə baş məşqçi dəyişib. Amma yenə də xüsusi inkişaf nəzərə çarpmır. 30 ildi eyni tendensiya davam edir. Bəlkə sürücünü yox, avtomobili dəyişək? Reallıq budu ki, böyük çatışmazlıqlara köklənmədikcə fövqəladə nəsə gözləmək absurddu.


Maraqlı fikirdi. Amma heç də anlaşılan deyil. Şahin Diniyevin fikirləri ikibaşlıdı. Təcrübəli mütəxəssis nə demək istəyir? Bu fikirlər mənə tanışdı. AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə Bakıda keçirilən oyundan sonra Canni de Byazi aşağı-yuxarı belə cümlə işlətmişdi:

“Qrupumuz barədə nə düşünürsüz? Uğur qazanmaq üçün yaxşı maşın olmalıdı. Biz bunun üzərində çalışırıq. Burdakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiniz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil. Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, bura ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim".


De Byazi bu fikirləri səsləndirəndə açıq-aşkar futbolçuların keyfiyyətinə söz vurmuşdu. Ola bilər ki, Şahin Diniyev də onunla həmfikir olsun. Yəni düşünür ki, Azərbaycan millisinin heyətində çıxış edən futbolçuların keyfiyyət göstəriciləri aşağıdı. Sürücü Canni de Byazidisə, avtomobil də oyunçular olmalıdı. Amma gəlin daha dərindən düşünək. Bu gün millinin heyətində çıxış edən əsas futbolçulardan biri Coşqun Diniyevdi - Şahin bəyin oğlu. “Səbail”dən yığmaya Yusif Nəbiyev də çağırılıb. İnanmıram ki, “dənizçilər”in çalışdırıcısı həm oğlunun, həm də futbolçusunun oyun keyfiyyətlərindən narazı olsun. Kim öz ayranına turş deyər ki?! Deməli, Şahin Diniyev avtomobil deyəndə futbolçuları yox, federasiyanı nəzərdə tutur.

Deyəsən, zaman keçdikcə insanların fikirləri də dəyişir. Aşağı-yuxarı AFFA-nın bütün layihələrində yer alan Şahin Diniyev indi qurumun iş mexanizimdən narazılıq edir? Əslində bu məqam sevindiricidi. Deməli, futbol mütəxəssisləri problem barədə düşünür. Həqiqətən sistemdə çatışmazlığın olduğunu hamı bilir. Lakin ağsaqqal futbol veteranları bunu dilə gətirmirdilər. Hamısının özünə görə səbəbləri var. İndi isə “Səbail”in baş məşqçisi bununla barışmaq istəmir.

Bəli, Şahin Diniyev düz buyurursuz, problem avtomobildədi. AFFA-nın iş sistemində köklü problemlər var idi, ancaq yenilər gəlib və nəsə etməyə çalışırlar. Amma sizə nə oldu? İllərlə Məşqçilər Komitəsində yer aldız, oyunlara, səfərlərə yollandız. Sizin qurum məqsədli şəkildə yaradılmışdı. Məşqçilər Komitəsi millinin uğursuzluğu barədə raport hazırlayaraq AFFA-ya təqdim etməli, problemin həlli istiqamətində işlər görməli idi. Hazırda formal cəhətdən fəaliyyətini davam etdirən qurum nə ilə yadda qaldı? Bir dəfə də mediada açıq-aşkar Yurçeviçin, De Byazinin səhvlərini dilə gətirmədiz. İndi anlayırsız ki, sistemdə səhv var.

Bildiyimə görə, əvəzedicilərin çempionatının ləğv olunaraq 1-ci divizionla birləşdirilməsi təklifini Məşqçilər Komitəsi vermişdi. Sizin də üzvü olduğunuz qurumun fikrinin hansı fəsadlara yol açdığını hamı gördü. Düşünürdüz ki, belədə gənc futbolçuların oyun praktikası artacaq. Amma alınmadı. Hətta nə qədər oyun alğı-satqısı halları yaşandı. Premyer-liqa təmsilçiləri çempionatın son turlarında əsas heyət üzvlərini əvəzedici komandaya göndərirdilər ki, mükafatçılar sırasına düşə bilsinlər. Bu da gənc futbolçuların motivasiyasını öldürdü, bir çoxunun inkişafına mane oldu.

Ötən mövsümün ikinci yarısından “Səbail”ə rəhbərlik edirsiz. Baş məşqçi təyin olunandan sonra mətbuat konfranslarında daim deyirdiz ki, elitanı hansısa komanda tərk etməməlidi. Amma başa düşmürdüz ki, çempionatın maraqlı keçməsinin səbəbi elə bu sistemin tətbiq olunması ilə bağlı idi.
İndi sizin də iştirakınızla baş verən uğursuzluqlardan sonra federasiyadakı dostlara söz atmaq nədi? Amma yenə də sizi təbrik edirəm. Cəsarətinizi toplayaraq dostlarınızın – AFFA-nın fəaliyyətində probleminin olduğunu dilə gətirirsiz.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-10-2023, 19:0

“Bəlkə sürücünü yox, avtomobili dəyişək?”

Premyer-liqa

28-12-2022, 19:0

Şahin Diniyevlə bağlanan müqavilənin detalları açıqlandı

1-ci liqa

7-02-2023, 16:0

Şahin Diniyevin istəmədiyi azərbaycanlı futbolçu hardadı? - AÇIQLAMA

Premyer-liqa / Manşet

17-09-2023, 13:0

Gəncəli azarkeşlər Şahin Diniyevə ağız açdı: "Ayıbdı! Bizi biabır etmə!" - VİDEO

Ölkə futbolu / Manşet

26-06-2023, 16:0

"Səbail" bu komanda ilə qarşılaşacaq

Ölkə futbolu / Manşet

3-09-2022, 22:0

Şahin Diniyevin "Kəpəz"lə bağlı həqiqətləri - AÇIQLAMA

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə