Meyson Mauntun məsələsinə aydınlıq gəlib.
Onunla rəhbərlik arasında aparılan danışıqlar müsbət nəticələnib. Yarımmüdafiəçi tezliklə “Çelsi” ilə müqaviləsini yeniləyəcək. Hələ ki yeni anlaşmanın detalları haqda rəsmi məlumat verilmir. Mauntun klubu ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.