“Real” ilə müqaviləsini yenilədi

15.04.2023 23:30 244
Dünya futbolu
Luka Modriçin karyerasını “Real”da davam etdirmək şansı yüksəkdi.

"Football-plus.az" xəbər verir ki, onun artıq klub ilə müqaviləsini yenilədiyi xəbər verilib.

Bu məlumatı Nikola Skira yayıb. İtaliyalı jurnalist Modriçin yeni müqaviləsinin müddətinin 2024-cü ilin yayına qədər nəzərdə tutulduğunu bildirib.

37 yaşlı yarımmüdafiəçinin əvvəlki anlaşmasının vaxtı cari mövsümün sonuna qədər idi.