• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Montella Türkiyə yığmasında görəcəyi işlərdən danışdı

Dünya futbolu

29-09-2023, 21:0

Xəbər verdiyimiz kimi, ötən həftə Türkiyə yığmasında baş məşqçi dəyişikliyi yaşandı.

"Football-plus.az" xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) Ştefan Kuntsla yollarını ayıraraq son 2 ildə “Adana Dəmirspor”u çalışdırmış Vinçentso Montella ilə üçillik razılıq əldə olunduğunu açıqladı. Təcrübəli italiyalı mütəxəssis dərhal işə başlayaraq Türkiyə klublarının oyunlarını stadiondan izləməyə başladı. Amma rəsmi şəkildə Montella ilə yalnız dünən müqavilə imzalandı. 49 yaşlı çalışdırıcı TFF-nin binasında türkiyəli həmkarlarımızın önünə çıxdı.

Montella Türkiyədə yaşayacaq!
Montellanın sözlərinə keçməmiş onunla bağlı maraq doğuran bəzi yeni xəbərləri diqqətinizə çatdıraq. Məsələn, TFF müqaviləyə xüsusi bir maddə əlavə edib. Həmin maddə ondan ibarətdi ki, Montella yığmanın başında yer aldığı müddətdə yalnız Türkiyədə yaşamalı olacaq! O, vətəninə yalnız TFF-nin xüsusi icazə ilə yollana biləcək. Bu şərti qəbul edən Montella artıq İstanbulda özünə ev axtarmağa başlayıb. Dünənki tədbirdə yer alan TFF prezidenti Mehmet Büyükekşi də müqavilədə belə bir maddənin olduğunu təsdiqləyib. Əvvəlki məşqçi Ştefan Kuntsla bağlı əsas narazılıqlardan biri məhz bu idi. O, ilin böyük hissəsini vətəni Almaniyada keçirərək yalnız oyundan-oyuna Türkiyəyə gəlirdi. Türkiyə çempionatının oyunlarını isə əsasən televizordan izləyirdi. Bundan başqa, Büyükekşi daha iki məqamı dilə gətirdi. Birincisi, Türkiyənin U-21 yığması da Montellanın nəzarəti altına keçəcək. İtaliyalı mütəxəssis gənclər yığmasını da yaxından təqib edəcək. Digər məqam isə odu ki, Montellanın köməkçiləri arasında iki türkiyəli məşqçi yer alacaq. TFF-nin məşqçilər korpusuna Nuri Şahini gətirmək arzusu davam edir. Baxmayaraq ki, gənc mütəxəssis federasiyanın ilk təklifini geri çevirmişdi. Amma Türkiyə mətbuatının yazdığına inansaq, Nuri Şahin sonradan özü TFF rəsmiləri ilə əlaqə quraraq onlara öz şərtini irəli sürüb. Şahin “Antalyaspor”dakı işini itirməmək şərti ilə yığmanın məşqçilər korpusunda işləməyə razılıq verib. TFF hazırda bu təklifin üzərində baş sındırır. Büyükekşi qeyd edib ki, bu məsələdə Montellanın fikri də böyük rol oynayacaq. Eyni zamanda Büyükekşi əvvəlki məşqçi Kuntsun Yaponiya ilə oyundan sonrakı açıqlamalarının, Türkiyədə onu heç kimi dəstəkləmədiyi və yalqız qalması haqda sözlərinin, eləcə də futbolçuları günahlandırmasının yanlış olduğunu bildirdi. O, həmin ana qədər daim almaniyalıya dəstək verdiyini, amma bu açıqlamalardan sonra komandada ab-havanın yaxşı olmadığını, məşqçi ilə futbolçular arasında uçurum yarandığını gördüyü üçün Kuntsla vidalaşdıqlarını xatırlatdı. Onu da bildirək ki, Almaniya mətbuatının iddiasına görə, Kunts Almaniyanın qadınlardan ibarət yığmasının yeni baş məqçisi olacaq...


“Bu ölkənin duyğuları və mədəniyyəti ilə tanışam”
İndi isə keçək Montellanın açıqlamalarına. Mətbuat konfransına qatılanlara təşəkkür edən məşqçi “üzürlü sayın, amma türkcə danışa bilmirəm. Hələ o səviyyəyə çatmamışam. Ona görə də qarşınıza tərcüməçi ilə çıxmağa üstünlük vermişəm. Amma türk dilində danışmağı öyrənmək istərdim” açıqlaması ilə sözə başladı. Montellanın həm öz fikirlərinin, həm də jurnalistlərin suallarına verdiyi cavabların ümumi məğzi belə səslənir: “Bu ölkə və bu federasiya naminə gözəl işlər görə biləcəyim üçün sevincliyəm. Fanatlarımıza, eləcə də AÇ-2024 zamanı Almaniyadakı vətəndaşlarımıza sevinc və xoşbəxtlik bəxş etmək istəyirik. TFF-dən təklif alarkən bir an da tərəddüd etmədim. Yaxşı tanıdığım gənc bir komandaya sahibik. Son iki ili Türkiyədə keçirmişəm. Buranın duyğuları və mədəniyyəti ilə tanışam. Bu duyğular mənə uşaq vaxtı yaşadıqlarımı xatırladır. İtaliyanın cənubunda, Neapola yaxın ərazidə doğulub böyümüşəm. Ordakı insanlar da çox duyğusal və istiqanlı idi. Necə məsuliyyətli bir işin altına girdiyimi və üzərimdəki təzyiqi anlayıram. Təbii ki, məni və qərarlarımı tənqid edənlər də olacaq. Öz futbol anlayışım və öz qərarlarım ilə birlikdə Türkiyə futbolu üçün ən yaxşısını etməyə çalışacam. Hər oyunu izləyərək, eləcə də həm Türkiyədə, həm də xaricdə hər şeyi ən yaxşı şəkildə təhlil edərək öz futbol fəlsəfəmə uyğun qərarlar verəcəm. Komanda ruhu futbolda çox önəmlidi. İlk növbədə böyük bir ailə olmalı və bunu meydanda sərgiləməliyik. O ruhu, həyəcanı oyunçularım yaşamalıdı. Əlavə olaraq komanda üçün nə edə biləcəklərini də düşünməlidilər. Biz də buna yardım etmək üçün burdayıq. Yığmanın formasını geymək hədiyyə deyil, çox böyük qürurdu. Çox önəmli bir milləti təmsil edirik. Az öncə dediyim kimi, üzərimdə böyük bir məsuliyyət var. Bunun öhdəsindən ən yaxşı şəkildə gəlməyə çalışacam. Biz sistem yox, bir oyun metodu üzərində çalışacağıq. Bununla bağlı düşüncələrim var. Bunu inkişaf etdirəcəyik. Üzərinə yeni fikirlər əlavə olunacaq. Son 2 ildə burda çalışmağım və oyunçuları tanımağım mənim üçün əlavə üstünlükdü. Matçları, təbii ki, izləyirdim. Hər məşqçinin gördüyü şeylər var. Hər məşqçi daha yaxşısına nail olmaq istəyir. Özündənrazılıq kimi səslənməsin, amma mən də daha yaxşısına nail olmağa çalışacam. Ştefan Kuntsa böyük hörmətim var. Ona görə də nəyi doğru, nəyi yanlış etməsi barədə danışmaq istəmirəm. Komanda oyununun gücləndirilməsi ilə bağlı bəzi meyarlar müəyyənləşdirmişik. Planımızı məhz bunun üzərində qurmuşuq. Yığma ilə klubu çalışdırmaq arasında böyük fərq var. Yığmada işləmək tam fərqli duyğudu. Nə üçün burda olduğumu bilirəm. Oyunçuların bir-biri ilə qaynayıb-qarışmasına nail olmaq və komandada pozitiv ab-havanı artırmaq istəyirəm. Mənim ilk hədəfim gələcəyə baxmaqdı. Bugünün reallıqlarını və nə etməli olduğumuzu bilirik. Eyni zamanda komandanın keçmişini də bilirik. Amma əsas hədəf gələcəyə baxmaqdı. Bura gəlməmiş federasiya başqanıə, eləcə də Həmit Altıntop və başqa yönəticilər ilə söhbətim oldu. Həm meydanda, həm də meydandan kənarda nələr görmək istədiyimlə bağlı görüşlərimiz oldu. İlk mərhələdə taktika, geridən oyun qurmaq, düzgün mövqe seçimi, kollektiv müdafiə kimi məqamların üzərində çalışacam. Amma hər şeydən öncə oyunçular bir ailə olduğumuzu və bir ölkəni təmsil etdiyimizi bilməlidi. Türkiyədən kənarda da belə desək, mini bir Türkiyə var. Xaricdə yaşayan türklərin sayı çoxdu. Yığma üzvləri onların da duyğularını tanımalıdı. Mən zatən oyunları, məşqləri izləməyi sevən bir məşqçiyəm. Yığmanın məşqçisi kimi bundan sonra bunları daha tez-tez edəcəm. Eyni zamanda klubların baş məşqçiləri ilə də görüşüb onlarla da fikir mübadiləsi aparacam. Başa düşürəm ki, hər klubun öz özəlliyi var və hər kəs bunu qoruyub saxlamağa şalışır. Amma yığma komanda hər şeydən öndə gəlir! Yığmanın tək bir bayrağı var və hər birimiz o bayrağın altındayıq. Yığmanın nəticəsi, oyunu milyonlarla insana sevinc bəxş edə bilər. Bunu unutmamalıyıq. Bir neçə ay öncə zəlzələ faciəsində gördüyüm insanların gözünə baxarkən hiss etdiyim duyğuları unutmamışam. Onlar da daxil olmaqla hər kəsi xoşbəxt etmək istəyirəm. Fiziki və psixoloji cəhətdən ən hazırlıqlı oyunçuları yığmaya dəvət edəcəyik. Tək yüksək liqaları yox, aşağı liqaları da təqib edəcəyik. Orda da istedadlı futbolçular olur”.

“Ay-ulduzlular”ın oyunu nə üçün Adanadan alındı?
Yeri gəlmişkən, Türkiyə yığması barədə son xəbəri də diqqətinizə çatdıraq. Məlum olduğu kimi, “ay-ulduzlular” AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Xorvatiyanın qonağı olacaq. Montella məhz bu önəmli qarşılaşma ilə debüt edəcək. Oktyabrın 15-də isə Türkiyə Latviyanı qəbul edəcək. TFF hələ iyunda bu qarşılaşmanın Adanada keçiriləcəyini açıqlamışdı. Bu şəhər 10 illik fasilədən sonra ilk dəfə yığma komandanın oyununa evsahibliyi edəcəkdi. Eləcə də Montella üçün yığmanın başında ilk ev oyununu ona doğma olan Adanada keçirmək əlavə motivasiya ola bilərdi. Amma TFF srağagün sürpriz şəkildə Latviya ilə oyunun Adanadan alındığını və Konyaya verildiyini açıqladı! Çox keçmədən bu dəyişikliyin səbəbi bəlli oldu. TFF Türkiyə - Ermənistan oyununu Əskişəhərə saldığı üçün ciddi tənqid atəşinə tutulmuşdu. Çünki Əskişəhərdəki “Atatürk” stadionunun ot örtüyü bərbad durumda idi. TFF bu dəfə də ot örtüyünün yaxşı durumda olmaya biləcəyini düşünərək özünü “sığortalamaq” qərarına gəlib. Məsələ burasındadı ki, “Adana Dəmirspor” ardıcıl üç oyunu evdə keçirməlidi. Dünən komanda 3-cü turdan təxirə salınmış matçda “Beşiktaş”ı qəbul etdi. Oktyabrın 1-də Adanada “Alanyaspor”a, oktyabrın 8-də isə “Trabzonspor”a qarşı oyunlar nəzərdə tutulub. Əslində TFF “Adana Dəmirspor”a yığma naminə bu 3 oyundan ikisini başqa şəhərdə keçirməyi təklif edibmiş. Amma adanalıların rəhbərliyi bununla razılaşmayıb. Bu faktı dünən “Adana Dəmirspor”un prezidenti Murat Sancak da təsdiqlədi: “Təəssüf ki, stadionumuzun ot örtüyü yaxşı durumda deyil. Otda xəstəlik var. Bizə “Beşiktaş” və ”Adana Dəmirspor”a qarşı oyunları başqa şəhərdə keçirməyi təklif etdilər. Amma razılaşmadım. İnciməsinlər, amma ardıcıl iki oyunu səfərdə keçirə bilmərəm. Öz meydanımızda oynamaq istədim. TFF-yə “hazırda stadionumuzu sizə verə bilmərik. Lazımdısa, siz başqa yerdə oynayın” dedik. Onlar da Konyanı seçdilər”.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-09-2023, 18:0

Məşqçilər korpusunda yerlilərdən kim olacaq?

Dünya futbolu

28-08-2022, 11:0

Komanda qalib gəldi, Montella ilə Balotelli dalaşdı!

Dünya futbolu

22-09-2023, 13:0

Türkiyə yığmasında Kunts dönəmi başa çatdı! - TƏHLİL

Dünya futbolu

1-09-2022, 22:0

Balotellinin Türkiyə macərası başa çatdı

Dünya futbolu

19-06-2023, 22:0

“Fənərbaxça”nın yeni baş məşqçisi bəllidi?

Dünya futbolu

17-06-2023, 18:0

''Adana Dəmirspor'' yenə əcnəbi məşqçiyə tapşırılacaq

Aktual
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
Son xəbərlər
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 11:10
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 495
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə