• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Prandelli: “Biz illəri və istedadları itiririk”

Dünya futbolu

22-09-2023, 20:0

Karyerasını 2021-ci ildə başa vuran Çezare Prandelli jurnalistlərə müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, İtaliya yığmasının 66 yaşlı sabiq baş məşqçisi daha çox hücumçularla bağlı sualları cavablayıb və yerli oyunçuların uzun illərdi üzləşdiyi problemi qabardıb.

- Hazırda A seriyasında “İnter” 4 oyuna maksimum nəticə ilə liderlik edir...
- Eh... Bu məsələdə hər şey aydındı. “İnter” meydanda yaxşı hərəkətlər edir, 20 nəfərlik keyfiyyətli və geniş heyəti var. Komandada Frattezi ilə Türamdan Mxitaryana qədər gəncliklə təcrübənin düzgün vəhdəti formalaşdırılıb. Milanlılar mövsümün əvvəlində təravətli və fiziki cəhətdən güclü görünürlər. Onlar ilk turlardan imkanlarına yaxşı bələd olduqlarını göstərirlər.

- “İnter”dən sonrakı yeri “Yuventus” tutur. Turinlilər bu mövsüm skudettoya real namizəd ola bilərlər?
- Alleqri vəziyyəti yalnız dekabrın sonunda düzgün dəyərləndirə biləcəyini deməklə doğru düşünür: “Yuventus”un inkişaf prosesində çox maraqlı nüanslar gözə dəyir. Komanda meydanda yaxşı mövqe tuta bilir, bunun sayəsində oyun planında əminlik getdikcə artır. Və hücum cütlüyü effektli oyununu davam etdirə bilsə...

- Vlahoviç ilə Kyeza komandasının uğurlu çıxışını böyük ölçüdə təmin edirlər. Necə ki, “İnter”də Lautaro Martineslə Türam belə funksiyanı yerinə yetirirlər. Osimhenin “Napoli”nin hücumundakı rolunu da qeyd etməliyik. Bu mövsüm hansı komanda dominantlıq edəcək? İndi meydanda hər şeyi hücumçuların müəyyən etdiyini əminliklə söyləmək olar?
- Onsuz da futbol tarixində həmişə belə olub: yaxşı oynamaq, təşkilatlanmış komandaya malik olmaq mümkündü, amma heyətdə qol imkanlarını reallaşdıra biləcək oyunçular yoxdusa, hədəfə çatmaq çətin olacaq. Mən futbolumuzun bu yönündən çoxdan danışıram: biz illəri və istedadları itiririk, ona görə ki, oyunçulara uşaq yaşlarından meydanda öz instinktləri və istedalarını sərbəst göstərmək imkanı vermək əvəzinə onları taktikaya daha çox diqqət yetirməyə məcbur edirik. Bizim futbolda gənc futbolçuların hücum qurmaq keyfiyyətlərini sərbəst şəkildə sərgiləməsi üçün, demək olar ki, heç bir şansı yoxdu.

- Vlahoviçin “Latsio”ya vurduğu ilk qolun istedad və instinktin vəhdəti olduğunu hesab edirsiniz?
- Sözsüz ki, hə: həmin qolu improvizasiya etmək mümkün deyil, bu, oyunçunun daxilində formalaşmalıdı. Özüm uşaq olarkən yarımmüdafiəçi kimi oynamışam. Rəqibin cərimə meydançasına yaxınlaşarkən özümüzü itirilmiş kimi hiss edirdik, boş zonalara meyl etməyi bacarmırdıq. Onda komandamızda bir hücumçu vardı. Həmin oyunçu hətta qapıya baxmasa belə, onu “hiss edirdi”. Bu, insan doğulduğu andan qazanılan istedaddı, onu qorumaq və belə istedadın sahibi olan hücumçuya sərbəstlik vermək lazımdı. Bu, bizdə heç də həmişə alınmır.

- Bu, futbolumuzun əsas problemlərindən biridi. Luçano Spalletti milli komandada Raspadoriyə üstünlük verir. Bu gediş haqqında nə düşünürsünüz?
- Mən bu oyunçuya həmişə bir qədər geri çəkilmiş yox, mərkəz hücumçusu gözü ilə baxmışam. Onun bu rolu üzərinə götürmək üçün hər cür imkanı var. Məni dinləyin, məgər Raspadori sizə Paolo Rossini xatırlatmır? Bunu bəzi hərəkətləri, komanda yoldaşlarını düzgün istiqamətləndirmək bacarığı baxımından deyirəm. Hərçənd onları müqayisə etmək çox çətindi: Raspadoridə rəqib qapısı qarşısında soyuqqanlılıq çatışmır. Bu səbəbdən böyük klubun əsas heyətində müəyyən müddətdə oynamağa ehtiyacı var. Yalnız bundan sonra hansısa müqayisəyə baş vurmaq olar. Bununla belə, Cakomo mərkəz hücumçusu kimi lazımi xüsusiyyətlərə malikdi.

- Vlahoviçin bu mövsüm “Yuventus”da dəyişdiyi göz qabağındadı. Deyəsən, özünəəminlik qazanmağa başlayıb...
- Duşan böyük istəyə malikdi və ilk növbədə sakitliyini qorumağı öyrənməlidi. O, yüksək keyfiyyətləri olan futbolçudu. Vlahoviç yalnız topu hər dəfə qəbul edərkən ətrafdakılara nəyisə sübut etmək üçün ondan nə tələb olunmadığını anlamalıdı. O, sakit oynamağa davam etməlidi, çünki yolu artıq müəyyən edilib: Vlahoviç böyük komandada çempion olmalıdı.

- İndi Kyeza ilə çox yaxşı anlaşır. Bu, “Yuve” üçün əlavə üstünlük sayıla bilər?
- Onlar bir-birini meydanda daha çox axtarmalıdılar! Keyfiyyətinə, xarakteristikasına və yaş amilinə əsasən ən güclü hücum cütlüyünə namizəddilər. Federiko bir qədər geri çəkilmiş hücumçudu? Alleqri ona daha çox sərbəstlik verir və Kyeza buna böyük intensivliyi ilə cavab verir. Əlbəttə, bu mövsüm meydanın dərinliyindən hücuma atılması baxımından daha yaxşı görünür. Hərçənd ən maraqlı qərarlarını sağ cinahla hərəkət edərkən nümayiş etdirir: bu planda Kostiçlə əlaqəsi maraqlı mənzərə formalaşdırır.

- Hazırda çempionatda hansı hücum xəttini daha güclü sayırsınız?
- Çətin sualdı... Hər şey konkret məqamdan asılıdı, oyunçuların keyfiyyəti bizə yaxşı məlumdu. Osimhen meydanın dərinliyindən oynaması ilə göz oxşayır, Lautaro komandanın lideri kimi daha çox inkişaf edir, Türamın Milan derbisinin ilk hissəsindəki çıxışı fiziki gücü və qərarlarının müxtəlifliyi ilə yadda qaldı. Onlardan sonra təbii ki, Kyeza ilə Vlahoviçi də qeyd etməliyəm. Qeyri-adi perspektivləri olan gənc futbolçular bu mövsüm “Yuve”nin aqibətini müəyyən etməlidilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-03-2023, 16:0

Prandelli karyerasını başa vurdu

Dünya futbolu

23-04-2022, 14:0

Alleqri şayiələrə son qoydu

Dünya futbolu

29-09-2022, 11:0

Mövsümün sonunda “İnter”dən gedəcək

Dünya futbolu

24-04-2022, 20:0

Mövsümün sonunda “İnter”i tərk edəcək

Dünya futbolu

10-05-2022, 16:0

“Yuventus” finalda “İnter”ə uduzsa belə...

Dünya futbolu

20-04-2022, 11:0

"İnter" 11 illik həsrətə son qoydu

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 470
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 194
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə