• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tural Cəlilov Region Liqasına sponsorlu “Şimal” ilə gəlir

Ölkə futbolu / Manşet

18-09-2023, 19:0

Azərbaycanın daha bir rayonu futbol ailəsinə qoşulub.

Bu, yeni mövsümdən Region Liqasında “Şimal” komandası ilə təmsil olunacaq Xaçmazdı. Komandanı “Simurq”, “Xəzər Lənkəran”, “Şahdağ”, “Kəpəz” və bir sıra başqa klubların, həmçinin millinin heyətində çıxış etmiş Tural Cəlilov çalışdıracaq. Dünən onunla əlaqə saxlayıb klubun yaranması və hədəfləri barədə söhbətləşdik.

- “Şimal”ı nə vaxt yaratmısız?
- Klubun yaradılması barədə söhbətlər bir neçə ay əvvəldən gedirdi. Ümumiyyətlə, Xaçmazı böyük futbola gətirmək üçün plan qururduq və sonda belə bir kollektiv yaratdıq. Region Liqasından başlanğıc kimi istifadə edəcəyik. İnşallah, sonrakı hədəflərimiz də böyükdü.

- Bəs bu ideyanın müəllifi kimdi?
- Mən və məşqçim Zöhrab müəllim. Zöhrab müəllim Xaçmazın uşaq futbolu üçün böyük işlər görüb. Hazırda bizim rayon uşaq yetişdirməkdə başqa bölgələrdən irəlidədi. “Səbail”ə, “Sabah”a, “Vətən”ə 40-a yaxın uşaq göndərmişik. Maşallah, bizdə uşaq futbolu inkişaf edir. Lakin stadion baxımından problemlərimiz var. Şərait o qədər də ideal deyil.

- Baş məşqçi kimi ilk sınağınız olacaq?
- Bəli. Həmçinin uşaq futbolunda da məşqçilik edirəm. Niyyətim Azərbaycan futbolunun gələcəyi üçün Xaçmazdn uşaqları yetişdirməkdi.

- Bildiyimə görə, ev oyunlarını SOCAR-ın Sosial İnkişaf İdarəsinin balansındakı Siyəzən şəhər stadionunda və Xaçmaz Olimpiya İdman Kompleksinin meydançasında keçirməyiniz nəzərdə tutulur. Hazırda bu arenalarfa vəziyyəti necədi?
- Xaçmaz Olimpiya İdman Kompleksinin futbol meydançası bərbad gündədi. Rayonumuzda futbol oynamaq üçün yeganə arena budu, lakin vəziyyəti ürəkaçan deyil. Yağış, qar olanda məşqləri dayandırmağa məcburuq. Siyəzəndəki stadion isə əladı. “Qusar”la neçə illərdi oyunlarımızı bu arenada keçirirdik.

- Region Liqasındakı hədəfləriniz nədi?
- Çempion olmaq məqsədimiz yoxdu. Əsas hədəf bu il Region Liqasında iştirak etməkdi. Lakin mənim də öz prinsiplərim var. Məsələn, uduzmamaq. Hədəflərimiz yaxşı kollektiv qurmaq və rayonumuzu uğurla təmsil etməkdi.

- Sizə sponsorluq edən, kənd təsərrüfatı məhsullarını ixracı və idxalı ilə məşğul olan “BestProdMMC” lazımı dəstəyi verəcəkmi?
- Bəli, bütün maliyyə dəstəyini qeyd etdiyiniz şirkət qarşılayacaq. Hər bir şərait də yaradır, yaradacaq da. Allahın köməyi ilə hər şey yaxşı olacaq.

- Ötən mövsüm “Qusar”ın heyətində Region Liqasının qalibi olan bəzi oyunçuları da heyətinizə qatmısız. Bunlar kimlərdi?
- “Qusar”la ötən mövsüm çempion olan oyunçulardan beşi xaçmazlı idi. Bizə rəhbərlik tərəfindən klubda qalmaq üçün çoxlu təklif oldu, lakin doğma rayonumuzun futboluna kömək etmək üçün ordan ayrıldıq. “Qusar”a öyrəşmişdik, həm də orda böyük əziyyətimiz olub. Ancaq bölgəmizin futbolu üçün bunu etdik.

- Heyəti tam komplekləşdirmisiz?
- Bəli, heyətimiz, demək olar ki, hazırdı. Kollektivin 95-97 faizi Xaçmaz uşaqları olacaq. Birinci liqada və uşaq futbolunda oynamış futbolçular da bizimlədi. Məqsəd rayonumuzun uşaqlarının inkişafıdı. İnşallah, hədəf gələcəkdə Xaçmazı premyer-liqaya çıxarmaqdı.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

23-10-2022, 19:0

Höccət Hacıyev AFFA-nın komandanı diviziona buraxacağına ümid edir

Aktual / Liqalar

13-05-2023, 18:0

AFFA "Xəzər Lənkəran 42"ni Region Liqasından niyə kənarlaşdırmayıb? - AÇIQLAMA

Ölkə futbolu

18-10-2022, 17:0

Region Liqasının püşkü atıldı

Ölkə futbolu / Manşet

15-10-2022, 10:0

Yenilənmiş "Xəzər Lənkəran" Region Liqasında

1-ci liqa / Manşet

9-03-2023, 12:0

Region Liqasından 1-ci diviziona gətiriləcək dörd komandadan üçü dəqiqləşib - ÖZƏL

Aktual
“Qarabağ”ın standartlarına uyğun yerli futbolçu yoxdu?
“İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
“Sabah”da daha iki yeni futbolçu – Dambrauskas onları da Tirola aparıb
“Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Son xəbərlər
  • Bu gün, 02:49
    Belçika geridönüşlə 1/8 finalda - DÇ gecəsi
  • Dünən, 23:51
    ''Beşiktaş'' ulduz futbolçuya görə ''Arsenal'' ilə anlaşsa da...
  • Dünən, 23:12
    “Zenit”dən “Zirə”yə qədər
  • Dünən, 22:42
    "Zirə"nin rəqibi superkuboku qazandı
  • Dünən, 22:31
    Keyn İngiltərəni 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:06
    “Qarabağ”ın standartlarına uyğun yerli futbolçu yoxdu?
  • Dünən, 21:53
    "Qarabağ" "Ferentsvaroş"a da uduzdu
  • Dünən, 20:58
    Türkiyənin ML-də ev oyunlarını keçirəcəyi stadionlar bəlli oldu
  • Dünən, 20:40
    Noqeyra "Rostov"la anlaşdı
  • Dünən, 20:11
    "Neftçi" səfər formasını təqdim etdi - FOTOLAR
  • Dünən, 19:53
    Mundialda 5-ci dəfə xəbərdarlıq aldı
  • Dünən, 19:22
    “Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
  • Dünən, 18:58
    Naqelsmann istefa verəcək?
  • Dünən, 18:27
    "Ümid edirəm ki, bu, vida deyil, tezliklə görüşənədək" - Kaşkilya
  • Dünən, 18:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:58
    "Şəfa" legioner transfer etdi
  • Dünən, 17:42
    PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı
  • Dünən, 17:36
    Millimizin oyunu Gəncədə - RƏSMİ
  • Dünən, 17:28
    “Mahir üçün sərfəli təklif olsa, danışıq aparmağa hazırıq” – “Kayzerslautern”in idman direktoru
  • Dünən, 16:57
    "Qarabağ" Ukrayna klubuna böyük hesabla uduzdu
  • Dünən, 16:37
    “İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
  • Dünən, 16:06
    Milli komandada ciddi itki
  • Dünən, 15:42
    "Qarabağ"la "Zirə"nin bilet satışı niyə başlamır? - rəqib azarkeşlərin sayı da bilinmir
  • Dünən, 15:28
    “Sabah”da daha iki yeni futbolçu – Dambrauskas onları da Tirola aparıb
  • Dünən, 14:57
    Neymar venesuelalılara yardım etdi
  • Dünən, 14:26
    “Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
  • Dünən, 14:00
    “Partizani”dən “Malişevo”ya keçdi: irəli, yoxsa geri addım?
  • Dünən, 13:56
    5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
  • Dünən, 13:25
    İlk oyunda moldovalı, ikincidə çex
  • Dünən, 13:01
    Altı legioner gəlib, yeddinci yoldadı!
  • Dünən, 12:58
    "Qarabağ" bu gün Avstriyada iki oyun keçirəcək
  • Dünən, 12:29
    Emin Cəfərov Konfrans Liqasının oyununa təyinat aldı
  • Dünən, 12:08
    Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
  • Dünən, 11:56
    "Zirə" üçüncü yoxlama oyununa çıxır
  • Dünən, 11:35
    PSJ-də yeni qapıçı
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 297
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 214
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə