• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Adil Mahmudov: “Gürcüstandan qayıdandan sonra məni AFFA-ya çağırdılar, dedilər ki...” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

17-09-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimizlə söhbət xeyli maraqlı alındı. Azərbaycan futbolu ilə maraqlanan hər kəs Adil Mahmudovun adını eşidib. Uzun illər müxtəlif klublarda çalışan Adil bəy bir müddət Gürcüstanda və İranda da məşqçi kimi fəaliyyət göstərib. Onunla söhbətə keçmişə körpü salmaqla başladıq, futbolumuzun bugününə də toxunduq.

- Adil bəy, layihəmizin ənənəsinə uyğun olaraq, əvvəlcə sizi daha yaxından tanıyaq. Futbola ilk addımlarınızı harda, hansı məşqçinin rəhbərliyi altında atdız? İlk məşqçinizi və komandanızı necə xatırlayırsız?
- Əvvəlcə sizin redaksiyaya minnətdarlığımı bildirirəm ki, biz futbol mütəxəssislərini axtarırsız, bizimlə maraqlanırsız. Mən futbolla məşğul olmağa Sumqayıtda başlamışam. Orda Ağamusa Bağırovun rəhbərliyi altında futbolun sirlərini öyrənmişəm. Bilirsiz ki, Ağamusa müəllim ölkə miqyasında yetərincə tanınmış mütəxəssisdi. Onun rəhbərliyi altında bizim qrupda məndən başqa Kamal Quliyev, İsmayıl Məmmədov, Şahin Şükürov, Zaur Hidayətov, Seymur Rəhimov, Zahir Əsgərov, Rəşad Mustafayev kimi futbolçular məşq edirdi. İndi onların əksəriyyəti məşqçi kimi fəaliyyət göstərir. Bu qrup 1975-76-cı il təvəllüdlü uşaqlar idi. Biz birlikdə məşq etməyə başlamışıq. Eyni zamanda Sabir Əliyev də bizə futbolun sirlərini öyrədirdi, Allah ona rəhmət eləsin. Bu iki mütəxəssisin üzərimizdə böyük zəhməti var.

Adil Mahmudov: “Gürcüstandan qayıdandan sonra məni AFFA-ya çağırdılar, dedilər ki...”


- Hər bir idman növünü idmançılara sevdirən xüsusiyyətlər olur. Sizdə necədi? Futbolu sizə sevdirən məhz hansı tərəfi oldu? Sizin üçün futbolu başqa idman növlərindən fərqləndirən cəhət hansıdı?
- Çox maraqlı məqama toxunduz. Futbolda emosiyalar hər saniyə dəyişir, başqa idman növlərində belə deyil. İdmanın digər növlərinin xüsusiyyətləri burda cəm olub. Fərdi idman növlərində idmançılar bir-biri ilə mübarizə aparırlarsa, burda həmin mübarizə kollektiv şəkildədi. Yüngül atletikada qaçış var, burda da futbolçu topla qaçır. Voleybolda idmançı topa əllə zərbə vurmalıdı, futbolda isə qapıçı topu əli ilə qaytarır, onu ram edir. Bir sözlə, futbolda hər bir idman növündən hansısa element tapmaq mümkündü. Bu elementlərin birlikdə cəmlənməsi və emosiyaların sürətlə dəyişməsi futbolu izləyənlərlə yanaşı, elə idmançıların özləri üçün də cəlbedici edir. Futbolçunun yaşadığı emosiyaları sözlə izah etmək də çox çətindi. Onları təsvir edə bilməsən də, inanılmız emosiyalar yaşayırsan. Bu sevgini izah etmək mümkün deyil. Bir növ insan birini sevəndə ona olan sevgisini etiraf edə bilmir, amma o hissi yaşayır. Bax, futbol da belədi.



- Məşqçi kimi də böyük təcrübəyə sahibsiz. İstərdik ki, məşqçi kimi keçdiyiniz yola nəzər salaq. İndiki işinizdən də bizə məlumat verə bilərsiz?
- Bir vaxtlar Bakı çempionatı indiki Azərbaycan premyer-liqası səviyyəsində keçirilirdi. Mənim çalışdırdığım komandalar dəfələrlə bu birinciliyin qalibi olub. Bununla yanaşı, bir çox beynəlxalq turnirlərin də qalibi olmuşuq. Həmin nəticələrimi həmişə qürurla xatırlayıram. Müxtəlif yaş qrupları ilə dəfələrlə həm Bakı birinciliyində, həm də Azərbaycan çempionatında qalib olmağın sevincini yaşamışam. 1998-ci ildə “Dinamo-Bakılı”da oynayırdım. Elə həmin il də oynayan məşqçi kimi fəaliyyətə başladım. Mənim çalışdırdığım komandada çox istedadlı futbolçular cəmləşmişdi. Onların bəziləri sonradan həm futbolda, həm də futzalda milli səviyyəsinə qədər yüksəldilər. Hətta cüdo və samboda uğur qazananlar da oldu. Məşqçi kimi ilk addımlarımı Təhsil İdman Məktəbində atmışam. Ondan sonra da müxtəlif klublardan təkliflər almağa başladım. Şükür Allaha ki, işlədiyim hər yerdə nəticə qazanmağı bacardım. Mənim çalışdırdığım komandalarda yetişən 6-7 futbolçu əsas millimizə qədər yüksəlib. Bir müddət Türkiyədə, Ukraynada, İranda və Gürcüstanda çalışdığım üçün Azərbaycan futbolundan da uzaq düşmüşdüm. Azərbaycana qayıdandan sonra Respubluka Olimpiya Futbol Məktəbində baş məşqçi kimi fəaliyyəta başladım. Hazırda da orda fəaliyyətimi davam etdirirəm.



- Yeni mövsümdən Azərbaycanda əvəzedicilərin çempionatı və birinci liqa ilə yanaşı, ikinci liqa da keçirilir. Çempionatların sayının çoxalması bizim futbola nə qazandıracaq? Ümumiyyətlə, bu yarışların səviyyəsi barədə nə düşünürsüz?
- Bu suala cavab verməyə başlayarkən bir məqamı vurğulayım ki, əvəzedicilərin çempionatının ayrılması çox vacib və düzgün qərardı. Birinci liqada limitin götürülməsi yerli futbolçuların daha çox oynamasına, onların inkişafına şərait yaradacaq. İkinci liqanın yaradılmasına görə AFFA və PFL rəhbərliyinə xüsusi minnətdarlıq edirəm. Çünki bu liqanın varlığı böyük bir futbolçu nəslinin oynamasına, onların ustalığının artmasına imkan verəcək. Böyük bir futbolçu kütləsi var idi ki, müəyyən səbəblərdən futboldan uzaq düşürdü, oynamağa komanda tapmırdı. İndi isə onlar üçün bu şərait yaradılıb. Daha bir vacib məqam isə futbolun bölgələrə qayıtmasıdı. Bir çox rayonlarımız var idi ki, oralarda 10 ilə yaxındı futbol yox idi. Sizə Gürcüstandan bir misal çəkmək istəyirəm. Onlarda 8-9 il bundan əvvəl bu təcrübədən istifadə edirlər. Bunun da nəticəsində çox sayda gürcü futbolçu üzə çıxıb, Avropanın müxtəlif klublarında çıxış edirlər. İnanıram ki, bizdə də belə olacaq. Hazırda İspaniyaya istedadlı futbolçuların göndərilməsinə çalışırıq. Bir neçə futbolçu var ki, ispan məşqçilərin diqqətini cəlb edib. O ki qaldı səviyyə məsələsinə, səviyyəni müəyyənləşdirən elə orda oynayan futbolçuların səviyyəsidi. Artıq bir neçə oyunu izləmişəm. Deyə bilərəm ki, inkişaf meylləri var. Azarkeş marağını unutmaq olmaz. Bəzi bölgələrdə azarkeşlər futbola ac idi. Onlar tribunaya qayıtdıqca futbolçularda da məsuliyyət yaranacaq. Bu məsuliyyət də inkişafa kömək edəcək. Bölgələrdə infrastruktura diqqət yetirməliyik. Süni meydançalarla yanaşı, təbii meydanlara diqqət yetirmək lazımdı. Futbolçu təbii ot örtüyündə yetişir.



- Son sualımız Azərbaycan futbolunun bugünü ilə bağlıdı. İndiki vəziyyəti necə qiymətləndirmək olar? Xüsusən də uşaq futbolunda hansı problemlər var və onların həlli üçün nə tələb olunur?
- Təkcə futbol oynamaqla, məşq etməklə inkişaf əldə olunmaz. Gənc və yeniyetmə futbolçular daha çox beynəlxalq turnirlərdə iştirak etməli, təcrübə qazanmalıdı. Bəzən bizim çempionatlarda elə bir təsəvvür oyanır ki, futbolçular meydanda “piyada gəzə-gəzə” oynayırlar. Avropada isə hər şey tam fərqlidi. Futbolçularımız bunu görməli, hiss etməlidilər. Bəlli məsələdi ki, ölkə futbolunun vəziyyəti onun milli komandasının nəticələri ilə ölçülür. Bizim millinin vəziyyəti göz qabağındadı, mən əlavə nəsə demək istəmirəm. Uşaq futbolunun problemləri ilə bağlı isə çox danışmaq mümkündü. Mən 2004-cü ildə “Futbol+” qəzetinə müsahibə vermişdim, demişdim ki, bizdə U-15 millisinin yaradılmasına ehtiyac var. Sonradan bu təklifim tətbiq olundu. U-15 millisi yaradıldı, bir müddət o komanda mənə tapşırıldı. Novruz Məmmədov, Amit Quluzadə kimi futbolçular üzə çıxdı. O vaxtkı potensiallı futbolçular indi tapılmır. Oyunlara baxıram ki, uşaqların hamısının boyu balacadı. Bizim futbolçular beynəlxalq təcrübəni millidə oynayanda qazanmağa başlayırlar. Onda da gec olur, futbolçular dolu tribunalar qarşısında özünü itirir. Bizim ROFM komandası öz yaş qruplarında rəqiblərinin qapısına çoxlu qollar vurur. Bizim komandalar öz yaş qrupunda ölkənin ən güclüləridi. Halbuki klubların imkanları daha çox, onların aşağı yaş qrupları daha güclü olmalıdı. Ona görə də deyirəm ki, uşaq futboluna daha çox diqqət ayrılmalıdı. Gürcüstandan qayıdanda sonra məni AFFA-ya çağırdılar, milli komandalarda çalışacağımı dedilər. Ondan sonra da unuduldum. Dünyanın 4 ölkəsində çalışmışam, nəticələr qazanmışam. Məni çağırıb, heç olmasa, U-19 komandasında işləməyimə şərait yaratmırlarsa, nə deyə bilərəm?! Hazırkı işim heç də pis deyil, öz məşqlərimi keçirəm, Avropa ilə də əlaqələrim var. Heç reklam olunmağı da arzulamıram. Amma istəyirəm ki, Azərbaycan futboluna xidmət edim.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

6-08-2023, 23:0

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər” - LAYİHƏ

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

İdman / Layihə / Manşet

16-07-2023, 23:0

Polad Həsənov: “Azərbaycanda basketbola maraq hazırda yüksək səviyyədədi” - LAYİHƏ

Aktual
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Son xəbərlər
  • Bu gün, 20:56
    “İkinci hissəyə əsasən demək olar ki, 2 xal itirdik” – Kaxaber Sxadadze
  • Bu gün, 20:45
    “Komandanı mən qurmamışam” - Andrey Demçenko
  • Bu gün, 20:42
    5 aylıq həsrəti sona çatdı
  • Bu gün, 20:20
    "Sumqayıt" qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
  • Bu gün, 19:59
    Qvardiola da biletlərin qiymətinə etiraz etdi
  • Bu gün, 19:28
    Cinsiyyətini dəyişdiyi deyilən futbolçu nəhayət, ortaya çıxdı!
  • Bu gün, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Bu gün, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Bu gün, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Bu gün, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Bu gün, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Bu gün, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Bu gün, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Bu gün, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Bu gün, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
  • Bu gün, 14:06
    “...elə komanda olacaq ki, bütün ölkə onunla fəxr edəcək” – Ruy Jorje
  • Bu gün, 13:43
    "Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?
  • Bu gün, 13:26
    PSJ-yə kömək edə bilməyəcək
  • Bu gün, 12:55
    “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
  • Bu gün, 12:14
    “Final görüşünün Azərbaycanda keçirilməsini istəyirik” - Sərxan Hacıyev qarşıdakı dünya çempionatı haqda
  • Bu gün, 11:54
    Ulduz futbolçu klubu ilə anlaşdı
  • Bu gün, 11:23
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 11:13
    Azərbaycan derbisi Rəhim Həsənovun ifşa etdiyi referiyə tapşırılacaq?
  • Bu gün, 10:52
    ''Trabzonspor''un zədəli müdafiəçisi geri dönmək əvəzinə əməliyyat olunacaq
  • Bu gün, 10:31
    Klubu ona qiymət qoydu
  • Bu gün, 10:00
    ''Sivasspor'' və ''Beşiktaş''da oynamış sabiq nigeriyalı futbolçu dünyasını dəyişdi
  • Bu gün, 00:07
    Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?
  • Dünən, 23:26
    Milli komandada yeni təyinat
  • Dünən, 22:55
    Uğur qazandı, ən yaxşı məşqçi seçildi
  • Dünən, 22:24
    Haci yenidən yığmanın başına keçdi
  • Dünən, 21:53
    Çoxları gedəcək, amma Rüdiger qalacaq
  • Dünən, 21:24
    Jalə Əliyeva bürünc medal qazandı
  • Dünən, 21:22
    Ronaldodan növbəti qol
  • Dünən, 20:50
    Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
  • Dünən, 20:37
    “Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi - İCMAL
Daha çox
Oxunub: 648
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 238
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Oxunub: 175
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 174
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə