• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bu dəfə əksinə oldu: yaxşı oynamadıq, ancaq qalib gəldik - REPORTAJ

Yığma / Reportaj

14-09-2023, 13:0

Yoxlama oyununa maraq o qədər də böyük deyildi. Stadionda həm azarkeşlərin, həm də jurnalistlərin sayı az idi. Yığmamız isə meydana qələbə üçün çıxmışdı. Bu, ilk dəqiqələrdən hiss olunurdu. Amma ərəblər o qədər asan təslim olmaq istəmirdi. İordaniya yığması millimizin müdafiəçilərinə tez-tez problem yaradırdı.

Football-plus.az" xəbər verir ki, de Byazi Belçika ilə oyundan fərqli 4-lü müdafiə sistemindən istifadə edirdi. Bu da komandamızın sürətli hücumlar qurmasına şərait yaradırdı. Hücum xəttində Ozan Can, Mahir və Musanın yer alması rəqibi daim təzyiq altında saxlayırdı. Lakin kəmiyyəti keyfiyyətə çevirmək mümkün deyildi, nə qədər qəribə olsa da, qonaqlar daha çox hücum edirdi. Son 15 dəqiqədə isə yığmamız üstünlüyü ələ aldı. Ozan Can və Mahir daha çox fəallıq göstərirdi. Oyunda ilk qol uzatma dəqiqələrində vuruldu. Mahirin baş zərbəsindən sonra top tirə dəydi, özünü topa yetirən Eminin qarşısı isə kobudluqla alındı. Penaltini zərərçəkən özü dəqiq yetirdi.

De Byazi fasilədən sonra üç dəyişiklik etdi - Elvini Toral, Ozan Canı Rüstəm, Alekseyi Elvin əvəzlədi. Bu dəyişikliklər oyunumuzda bir qədər eniş yaşatdı. Rəqib ikinci hissədə daha çox hücum qururdu. Bunun da bəhrəsini 57-ci dəqiqədə gördü. Cinah ötürməsindən yararlanan Əl-Raşdan müdafiəçilərin və Şahruddinin səhvindən yararlanaraq hesabı bərabərləşdirdi. Qoldan sonra futbolçularımız toparlandı. De Byazi Musanı Renatla əvəzlədi, Coşqunu Emillə. Bununla da hücumların sürəti artdı. 80-ci dəqiqədə isə komandamız istəyinə çatdı. Eminin möhtəşəm ara ötürməsindən sonra topu ələ keçirən Toral Renata “al və vur” dedi. Forvard bəlkə də həyatının ən asan qolunu vurdu.

Oyunda başqa maraqlı hadisə yaşanmadı. Beləliklə, görüş 2:1 hesablı qələbəmizlə başa çatdı. Afişanı yazarkən qeyd etdiyimiz kimi, bu qələbə həm reytinq cədvəlində irəliləmək, həm də özümüzə gəlmək baxımından yaxşı oldu. Amma payizda seçmə oyunlarda uğurun davamını gətirmək, mümkün qədər çox xal yığmaq lazımdı. De Byazi qalsa da, getsə də!

Gözdən qaçmadı
* "Milli Holigans" fanklubu millimizi tribunadan dəstəkləyirdi.
* Az sayda qonaq azarkeş İordaniyanı dəstəkləmək üçün "Dalğa Arena"ya gəlmişdi. Onlar Nizar Əl Raşdanın qolunu böyük coşquyla qeyd etdilər.
* Oyundan öncə Mərakəşdə (rəqibin baş məşqçisi Ammuta mərakeşlidi - red.) baş verən zəlzələnin qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olundu. Maraqlıdı ki, qonaqların futbolçusu sükuta qoşulmadı. Rajaei Aued butsunun iplərini bağlamaqla məşğul idi.
* Matç təyin olunan vaxtdan 2 dəqiqə gec başladı.
* Azarkeşlər 44-cü dəqiqədə ənənəvi "Şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndirdi.
* De Byazi əvəzlədiyi futbolçular meydandan çıxarkən hər kəslə əl görüşdü. Maraqlıdı ki, Coşqun Diniyev başını aşağı salıb qıraqdan keçmək istəyirdi. Baş məşqçi onu özünə çəkib əlini sıxdı.

Paylaş:
Digər xəbərlər

Manşet / Reportaj

17-11-2022, 12:0

Milli ardıcıl 4-cü qələbəsini necə qazandı?

Yığma / Reportaj

20-06-2023, 13:0

Estoniyada da Bakıdan xalla getdi, biz kimi udacağıq? - REPORTAJ

Premyer-liqa / Reportaj

11-04-2023, 17:0

Üç qol, “qırmızı” və qalmaqal - REPORTAJ

Yığma / AÇ / Reportaj

28-03-2023, 13:0

Daha bir milli fiasko – bu dəfə 0:5! - REPORTAJ

Ölkə kuboku / Reportaj

27-04-2023, 13:0

"Neftçi" 11-ci dəfə finala adladı! - REPORTAJ

Premyer-liqa / Reportaj

29-08-2023, 13:0

“Kəpəz” səfərdə “Qarabağ”ı büdrətdi - REPORTAJ

Aktual
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Son xəbərlər
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 164
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə