• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yaxşı oynadıq, amma yenə uduzduq - REPORTAJ

Yığma / Reportaj

12-09-2023, 12:0

Oyundan əvvəl az qala hər kəs Belçikanın rahat qələbə qazanacağını düşünürdü.

Düzdü, rəqibin heyətində itkilər var idi. Xüsusən də qitə futbolunun ulduzlarından De Bruynenin adını çəkə bilərik. Buna baxmayaraq, “qırmızı iblislər”in qələbə qazanacağı daha çox proqnozlaşdırılırdı. Gözlənilən kimi də oldu. Oyun qonaqların təzyiqi ilə başladı. 5-ci dəqiqədə Trossarın zərbəsindən sonra qapı tirinə dəyən top çölə çıxdı. Bundan sonra millimiz özünə gəlməyə başladı. Sol cinah olduqca fəal idi. Ramil belçikalı müdafiəçilərə problem yaradırdı. 7-ci dəqiqədə isə biz qol vurmağa yaxın olduq. Sol cinahdan qurulan hücum zamanı Dadaşovun zərbəsini Kastels qaytardı. Topa özünü yetirən Emin fərqlənməyə borclu idi. Amma onunz zərbəsinin qarşısını müdafiəçilər ala bildi. Belçikalılar yığmanın təzyiqini dəf etməkdə çətinlik çəkirdi. De Byazinin komandası yaxşı oyun sərgiləyirdi. 31-ci dəqiqədə yenə fərqlənməyə yaxın olduq. Şeydayevin asmasını Dadaşov başla qapıya göndərsə də, Kastels yenə topun qapıdan keçməsinə imkan vermədi. 2 dəqiqə sonra qapıçı yenə diqqət mərkəzinə düşdü. Bu dəfə Kastels Şeydayevin qüvvətli zərbəsini dəf edə bildi. Bu təzyiqindən qurtula bilən Belçika 38-ci dəqiqədə hesabı açdı. Bakayokonun zərbəsindən sonra Karrasko topa toxunaraq Şahruddini çaşdıraraq tora daxil oldu. Qol vurularkən Coşqunun uşaq səhvi diqqəti çəkdi. Yarımmüdafiəçi Lukakunun sadə toxunuşundan sonra yerdə qaldı. Hücumun davamında isə top qapı xəttini keçdi. Qoldan sonra ilk hissənin sonuna kimi belçikalılar topa daha çox nəzarət etdi. Lakin hücumlar zamanı ya Şahruddin, ya da müdadfiəçilərimiz etibarlı oynayırdı.

Fasilədən sonra da qarşılıqlı hücumlar izlədik. Hər iki tərəf sözün əsl mənasında yaxşı mübarizə göstərdi. De Byazi 2-ci hissədə dəyişikliklər edərək hesabı dəyişmək istəsə də, mümkün olmadı. Beləliklə, oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatdı. Yığmamızın üzvləri daha çox əzmkarlıq hesabına normal oyun göstərdi. Lakin italiyalı mütəxəssisin taktiki cəhətdən zəif olması nəticəyə təsir etdi. Bu komandaya ümid bəsləmək olar. Sadəcə, yığmanın tək problemi var: baş məşqçi. AFFA rəhbərliyi indidən yeni çalışdırıcının axtarışına başlamalıdı.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında məşhur meyxanaçılar Baləli Maştağalı və Mehdi Masallı da var idi. Premyer-liqada çıxış edən legionerlər də stadiona təşrif buyurmuşdu. “Qarabağ”dan Julio Romao, Kevin Medina, “Sumqayıt”dan Oktavio Manteka və İsa Suliman da azarkeşlər arasında idi. “Kimyaçılar”ın üzvü hətta ailəsini də oyuna gətirmişdi.
* Azarkeşlər bir müddət öncə dünyasını dəyişən millimizin sabiq üzvü Şəhriyar Rəhimovun şəkli olan pankart açmışdı. Oyundan əvvəl müdafiəçinin xatirəsi birdəqiqəlik sükutla yad olund.
* Oyundan əvvəl bütün biletlərin satıldığı deyilsə də, tribunalarda boş yer çox idi.
* “Neftçi”nin baş məşqçisi Adrian Mutunun köməkçiləri Alin-Nikolaye Çita, Aurlean-Boqdan Patraşku və inzibatçı İlkin İbrahimov da qarşılaşmanı tribunadan izləyirdi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma / Reportaj

20-06-2023, 13:0

Estoniyada da Bakıdan xalla getdi, biz kimi udacağıq? - REPORTAJ

Premyer-liqa / Reportaj

24-05-2023, 16:0

Qolsuz heç-heçə “Zirə”yə ümid verdi - REPORTAJ

Manşet / Reportaj

17-11-2022, 12:0

Milli ardıcıl 4-cü qələbəsini necə qazandı?

Ölkə kuboku / Reportaj

27-04-2023, 13:0

"Neftçi" 11-ci dəfə finala adladı! - REPORTAJ

Reportaj / Çempionlar Liqası

20-07-2023, 13:0

"Qarabağ" darmadağınla Polşa çempionuna rəqib oldu - REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Aktual
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Son xəbərlər
  • Bu gün, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 166
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə