• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir Emreli: Ən böyük ilham mənbəyim anamdı - MÜSAHİBƏ

Aktual / Müsahibə

9-09-2023, 16:0

Millimizin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli AÇ-2024-ün seçmə mərhələsinin Belçika ilə oyunu öncəsi AFFA-nın rəsmi saytına müsahibə verib.

"Football-plus.az" müsahibəni təqdim edir.

– Necə oldu ki, futbolu seçdiniz, bu sahəyə maraq göstərdiniz?
– Əksər uşaqlar kimi mən də kiçik yaşlarımdan futbola maraq salmışam. Daha dəqiq desək, bu maraq məndə 2002-ci il dünya çempionatında Türkiyə – Braziliya oyunundan sonra başladı. Anam futbola baxırdı, Türkiyə millisinə azarkeşik edirdi. Düzdür, heç nə anlamırdım. Futbolun yaratdığı həyəcan, anamın futbola marağı məni bu sahəyə yönləndirdi. Dayım uşaqları və qardaşlarım futbol oynayırdılar. Zaqatalada idilər, mən də onlarla məşq etməyə gedirdim və beləcə futbolu sevməyə başladım.

– Karyeranızda ən böyük ilham mənbəyi kim və ya nədi?
– Dediyim kimi, futbolçu olmağımda anamın böyük payı var. İlham mənbəyi anam, ailəm, onların sevinməyidir. Mən də onlar üçün oynayıram. Amma belə deyək, əsas ilham mənbəyim anamdır.

– Futbolda qarşılaşdığınız ən böyük problem nə olub və bunun öhdəsindən necə gəlmisiniz?
– Hər sahədə olduğu kimi, futbolda da çətinliklər olur. Əlbəttə, hər şey yaxşı gedəndə problemi hiss etmirsən. Lakin hər an çətinliklərlə qarşılaşa bilərsən: komandan məğlub olanda, oyunun alınmayanda, qol vura bilməyəndə. Oyun planında hər hansı çatışmazlıq olanda problemlər başlayır. Bu anlarda mental olaraq güclü olmalısan. Özünü mənəvi cəhətdən hazırlayanda hər şeyin öhdəsindən rahatlıqla gələ bilirsən. Ən əsası, sakit olmaq, öz üzərində daha çox çalışmaq lazımdır.

– Karyeranızda sizi ən çox sevindirən an hansı olub?
– İlklər heç vaxt unudulmur. Futbolda da belədir. Ən çox sevindirən, yəqin ki, ilk olanlardır. Bunun yerini heç nə vermir. Məsələn, yeni komandanda ilk qolun, vacib oyunda fərqlənməyin və ya ilk qələbə. Bir sözlə, hər şeyin ilki daha sevincli və yaddaqalan olur.

– Bacarıqlarınızı artırmaq və bu sahədə uğur qazanmaq üçün xüsusi olaraq nə edirsiniz?
– Getdiyim hər yerdə yeni nələrsə öyrənməyə çalışmışam. Bu, sadəcə, meydanda məşq etmək anlamına gəlmir. Meydandan kənarda da çox şeyləri öyrənmişəm. Həmişə psixoloji və fiziki baxımdan nələri daha yaxşı edə bilərəm deyə fikirləşirəm. Meydandan kənarda şəxsi fizioteropevtinlə işləməlisən, xüsusi yemək planın və günlük proqramın olmalıdır. Bu yolla bacarıqlar da artır.

– Özünüzü oyunlara və məşqlərə necə motivasiya edirsiniz?
– Hər oyuna fərqli şəkildə motivasiya oluram. Özümü oyunlara hazırlamağımın bir yolu var. Ən vacibi, yuxu rejimimə çox ciddi əməl edirəm. Doyunca yatdığımı hiss etməliyəm. Daha sonra artıq çəkimin olmaması psixoloji cəhətdən məni çox rahatladır. Peşəkarlıq baxımından bütün qaydalara, rejimə əməl etdikdə oyuna tam hazır olduğumu hiss edirəm. Bütün bunları reallaşdırmaq mənə motivasiya verir. Yoxsa, belə xüsusi motivasiyaya ehtiyac yoxdur. Futbolçu üçün oyun günü onsuz da bayramdı.

– Qarşılaşdığınız hər hansı problemi necə həll edirsiniz?
– Problemdən problemə fərq var. Bəzilərini şifahi həll etmək olur, bəzilərini fiziki. Düzdür, biz problemləri fiziki həll etməyin tərəfdarı deyilik. Bu suala cavab vermək bir az çətindir. Müxtəlif problemlərlə rastlaşa bilərsən. Həyatı problemsiz təsəvvür etmək mümkün deyil. Həyatın hər anı bizim üçün bir imtahandır. Hər bir çətinliyə hazır olmalısan. Əlbəttə, özümüz özümüzə problem yaratmamalıyıq. Bu, tamam fərqli bir şeydir.

– Səhvlərinizdən öyrəndiyiniz ən dəyərli dərs hansıdı?
– Səhvlər etmədən öyrənmək olmaz. Öyrəndiyim ən vacib dərs budur. Həm həyatda, həm meydanda, həm meydandan kənarda insan səhv edə bilər. Bəzən insanlar buna mane olmamalıdır. Düzdür, əgər geri dönülməyən bir səhvdirsə, bunu bildirməlisən. Deməlisən ki, bu səhvin geri dönüşü yoxdur. Amma geri dönüşü olan səhvlərdə bəzən insanı bir az rahat buraxmaq lazımdır ki, doğrunu görə bilsin. Həyatına mənfi təsir edə biləcək səhvlər etməməlisən. Dediyim kimi, xırda səhvlər sənə nələrsə öyrədə biləcəksə, o baş verməlidir.

– Eyni səhvləri təkrarlamaq istəməyən gənclərə nə məsləhət görərdiniz?
– Başqalarının səhvindən nəticə çıxarmağı məsləhət görərdim. Bunu bacaran insanlar müdrik hesab olunurlar. Bir də elə tip insanlar var ki, nə qədər izah edirsən, başa düşmürlər. Əgər başqasının səhvini görüb ondan dərs çıxara bilirsə, əlbəttə, o müdrik insandır. Ona görə çalışsınlar, başqalarının səhvindən dərs çıxara bilsinlər.

– Sizi ən çox motivasiya edən amil nədi?
– Həyatda qarşıma qoyduğum məqsədlər mənim üçün ən yaxşı motivasiyadır. Nail olduqlarım, nail olmaq istədiklərim hamısı motivasiyadır. Bir şeyə nail olanda daha çoxunu istəyirsən. Bu da istər-istəməz, adamı daha çox həvəsləndirir, ruhlandırır. Yəni, avtomatik özün-özünə bir motivasiya tapırsan. İnsan özü üçün bu cür istəklər axtarıb tapmalıdır.

– Karyeranızda hansı dövr sizi daha çox təkmilləşdirib, inkişaf etməyinizə səbəb olub?
– Bu suala cavab vermək çətindir. İnkişaf etmək zamanla əlaqədardır. Təcrübə qazandıqca daha da təkmilləşirsən. Bunu artıq meydanda siz hiss edirsiniz. Təkmilləşdikcə həm meydanda, həm də meydandan kənarda hər şeyin yaxşıya doğru dəyişdiyini görürsünüz.

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

20-06-2022, 13:0

Millinin baş məşqçisi Azərbaycanın futbola maraq göstərən ölkə olmadığını düşünür

Ölkə futbolu / Manşet / Günün xəbəri

25-12-2022, 16:0

Mahir Emreli Türkiyə klubunda?

Dünya futbolu

17-12-2022, 10:0

Mahir başladı

Dünya futbolu / Manşet

9-01-2023, 11:0

Mahir Emreli "Dinamo"ya problem yaratdı

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə