“Bizim fanklubda kütləvi halda söyüş olmayıb” - AÇIQLAMA

8.09.2023 18:51 263
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 5-ci turunun "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması boyunca yerli azarkeşlər hakimlər briqadasının ünvanına təhqirlər səsləndirdi.

Oyundan sonra ədalət təmsilçiləri polislərlə birlikdə meydanı tərk edəndə "sarı-göylər"in fanatları onları uğultu və söyülərlə yola saldılar. "Kəpəz" azarkeşlərinin belə reaksiyasının səbəbi nədi? Doğrudanmı, onlar uğursuzluqların yeganə günahkarı kimi hakimləri görür? Bu sualları aydınlaşdırmaq üçün "Xəmsə" fanklubunun rəhbəri Müşfiq Məmmədovun fikirlərini öyrəndik:
"Bizim fanklub kütləvi halda söyüş söyməyib. Fərdlərin və digər azarkeşlərin yerinə də nəsə deyə bilmərəm. Hərçənd bu da normal haldı. Dünya futbolunda tez-tez belə hallara rast gəlirik. Yox, hakimə görə uduzduğumizu düşünmürəm, eləcə də uğursuzluqların günahını referilərdə görmürük. Birinci hissədə oyun, ümumiyyətlə, alınmadı".


ABDULLA İSMAYILOĞLU