• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yuventus” daha heç yerə şikayət edə bilməyəcək

Dünya futbolu

1-09-2023, 19:0

Son günlər “Yuventus”la az-çox bağlı olan iki qərar verilib.

“Football-plus.az” xəbər verir ki, qərarlar İtaliya klubunun qalmaqallı fəaliyyətinin acı nəticələrini əks etdirir. Onlardan biri sırf klub, digəri isə “Yuventus”un sabiq rəhbəri ilə bağlıdı.

Anyellinin şikayəti qismən təmin edildi
“Qoca sinyora”nın son mövsümdə üzəşdiyi əhvalatlar tragikomediyanı xatırladır. Əvvəlki rəhbərliyin bir neçə il əvvəl maliyyə sənədlərini saxtalaşdırmasının futbolçu və məşqçi heyətinin mövsümlük əziyyətini heçə endirdiyi hamıya məlumdu. Yanvarda hesabından 10 xal çıxılan “Yuventus” bir aydan sonra İtaliya Milli Olimpiya Komitəsinə müraciət etməklə xallarını geri qaytara bildi. Lakin maliyyə fırıldaqçılığı ilə bağlı növbəti faktların aşkarlanması “ağ-qaralar”ın yenə 10 xaldan məhrum edilməsinə səbəb oldu. Nəticədə mövsümü 7-ci yerdə başa vuran komanda Çempionlar Liqasına yox, Konfrans Liqasına vəsiqə ilə təsəlli tapdı. Amma UEFA mövsüm başa çatandan sonra “Yuve”ni bu turnirdən də kənarlaşdırdı. Nəticədə “qoca sinyora” 2011/12 mövsümündən sonra ilk dəfə Avropa arenasında görünməyəcək.
Koronavirus pandemiyasının qızğın dövrü sayılan 2020-21-ci illərdə maliyyə pozuntularına yol verən rəhbərliyin bəd əməllərinin üstü 2022-ci ildə açıldı. Vəziyyətin ciddiliyini nəzərə alan Direktorlar Şurası noyabrda tam heyətlə istefaya yollanmalı oldu. Əlbəttə, Andrea Anyellinin prezident postundan gedişi klub üçün ciddi itki sayılırdı. Hər halda, “Yuventus” onun rəhbərlik etdiyi illər ərzində İtaliyanın maliyyə cəhətdən öncül klubuna çevrilmişdi. Amma pandemiya dövründə bu sahədə geriləmə qaçılmaz oldu və indi 47 yaşında olan funksioner vəziyyətdən qeyri-qanuni yollarla çıxmaq variantına üstünlük verdi. Nəticəsi isə həm özü, həm də komanda üçün çox pis oldu.

İtaliya məhkəməsi martda Anyellini 16 aylığa futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmişdi. Üstəlik ona 60 min avro cərimə də kəsilmişdi. Bu qərarlardan şikayət etmək imkanı olan funksioner hüququndan yararlanmağı lazım bilmişdi. Bir neçə ay sürən araşdırmalardan sonra onun şikayəti qismən təmin edilib. İtaliya Federal Apellyasiya Məhkəməsi Mario Luici Torsellonun sədrliyi ilə keçirilən iclasda ona kəsilən cəzanın müddətini 16 aydan 10-a, cərimənin məbləğini isə 60 mindən 40 min avroya endirib. Məhkəmə sabiq prezidentin 2019/20 mövsümündə futbolçuların məvacibi ilə bağlı manevr əməliyyatlarında Anyellinin müəyyən dərəcədə rol oynadığını bir daha təsdiqləyib. Bu səbəbdən ona tam bəraət verilməyib.
Xatırladaq ki, Turin klubu 2020-ci ilin mayında futbolçuların mövsümün son 4 ayının məvacibindən imtina etdikləri ilə bağlı rəsmi məlumat yaymışdı. Sonradan bunun həqiqəti əks etdirmədiyi və əsas məqsədin vergidən yayınma olduğu aşkarlanmışdı. “Yuventus”un ofisində aparılan yoxlamalar nəticəsində sabiq rəhbərliyin bütün maaşları gizli şəkildə ödədiyi müəyyən edilmişdi.
Yerli mənbələr Anyellinin bu planda mübarizəni davam etdirəcəyini xəbər verir.

Başıbəlalı skudetto geri qaytarılmayacaq!
Digər apellyasiyaya isə mənfi cavab verilib. Başqa sözlə, “Yuventus”un 2005/06 mövsümündə qazanılan ölkə çempionluğunu geri qaytarmaq üçün etdiyi növbəti cəhd də uğursuz alınıb. İtaliya Dövlət Şurası klubun bu planda sonuncu şikayətini də əsassız sayıb.

Xatırladaq ki, 2006-cı ilin yayında ölkə futbol tarixinin ən böyük qalmaqallarından biri baş vermişdi. Əsasını danışılmış oyunların təşkil etdiyi və “Kalçopoli” adı verilən qalmaqalda bir çox klub müxtəlif cəzalar alsa da, əsas günahkar məhz “Yuventus” sayılmışdı. Hakimlərin işinə müdaxilə etməkdə təqsirkar bilinən klub ən ağır cəlara layiq bilinmişdi. 2004/05 və 2005/06 mövsümlərində qazanılan ölkə çempionluqlarından məhrum edilən turinlilər B seriyasına göndərilmişdi. Rəhbərlik uzun illər idi komandadan alınan sonuncu skudettonun “İnter”ə verilməsi ilə barışa bilmirdi. Anyellinin prezidentliyi dövründə bu planda bir neçə cəhdə əl atılmış və federasiyanın qərarından şikayət edilən bütün qurumlardan mənfi cavab alınmışdı. Nəhayət, İtaliya Dövlət Şurası da turinlilərə “yox” deyib. Beləliklə, bu orqan da “İnter”i 2005/06 mövsümünün qanuni çempionu kimi təsdiqləyib. Yerli mənbələr “Yuventus”un artıq bu məsələ ilə bağlı ölkədə heç bir quruma şikayət ünvanlaya bilməyəcəyini vurğulayır. Deməli, başıbəlalı skudetto geri qaytarılmayacaq!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-07-2023, 11:0

UEFA “Yuventus”u Konfrans Liqasından kənarlaşdıracaq

Dünya futbolu

2-03-2023, 17:0

“Yuventus” İFF-nin qərarından şikayət etdi

Dünya futbolu

1-08-2023, 15:0

“Yuventus”dan alınan vəsiqə “Fiorentina”ya verildi

Dünya futbolu

7-08-2023, 23:0

ÇL-in finalçısı ilk “3-lük”dən kənarda

Dünya futbolu

2-06-2023, 17:0

“Yuventus” taleyi ilə barışdı

Dünya futbolu

3-07-2023, 14:0

“Yuventus” UEFA ilə nəyi razılaşdırmaq istəyir?

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 147
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə