• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

ÇL-in finalçısı ilk “3-lük”dən kənarda

Dünya futbolu

7-08-2023, 23:0

A seriyasının 2023/24 mövsümünün startına iki həftə qalıb.

“Football-plus.az” xəbər verir ki, “Napoli” çempion titulunu yeni çalışdırıcı ilə qorumağa çalışacaq. Qızıl medallar uğrunda əvvəlki çempionlar “Milan” və “İnter” də yarışacaq. “Yuventus” hazırkı heyətinin potensialına əsasən bu “3-lük”dən bir qədər geri qalır. Yeni mövsümdə avrokuboklara ayrılan vəsiqələrə “Latsio”, “Atalanta”, “Roma”, “Fiorentina” və bir sıra digər komandalar da iddia edəcək.
Əlbəttə, rəqabət mühitində heyət amili vacib rol oynayır. Bu amil isə böyük ölçüdə futbolçuların qiyməti ilə dəyərləndirilir. Hələ ki yay “transfer pəncərəsi” açıqdı və heyətlərin dəyərinin avqustun sonuna qədər dəyişəcəyi dəqiqdi. Biz isə hazırkı məqamda A seriyasında hansı klubların heyətinin daha baha olduğuna nəzər salacağıq.

1. Napoli - 566,5 milyon avro
Neapolluların çempion heyətinin əsas lotu Viktor Osimhendi. Nigeriyalı hücumçunun bu yay İtaliyanı tərk edəcəyi haqda çox söz-söhbət dolaşıb. Amma bu ehtimal doğrulmayıb. Son xəbərlərə görə, Viktor “Napoli”də qalacaq. Üstəlik müddəti 2025-ci ilin yayına qədər olan müqaviləsi tezliklə yenilənəcək. A seriyasının son mövsümündə 26 qol vuran bombardirə layiqli xələf tapmaq heç də asan məsələ deyildi. Əvvəlcə Osimhenin adı PSJ, “Bavariya” və İngiltərənin bir neçə klubu ilə birgə hallanırdı. Amma prezident Aurelio De Laurentis afrikalı futbolçuya azı 120 milyon avro satış qiyməti qoymaqla potensial alıcıları hürkütdü. Və bu da nəticə: Viktor artıq klubu ilə müqaviləni yeniləmək ərəfəsindədi.
İtaliya çempionu Xviça Kvaratsxeliya, Cakomo Raspadori, Petr Zyelinski, Andre Zambo Angissa və Stanislav Lobotkanı da qoruya bilib. Yalnız aparıcı müdafiəçilərdən Kim Min Ce “Bavariya”ya satılıb. Hazırda 566,5 milyon avro olan “Napoli”nin dəyərinin ilin sonuna qədər çox da aşağı düşməyəcəyi güman olunur. Buna ilk növbədə komandanın növbəti mövsümdəki çıxışı təsir edə bilər. Luçano Spalletti Neapolu tərk edib, onun yerinə dəvət olunan Rudi Qarsiyanın təyinatı isə mübahisəli və bir qədər riskli addım kimi dəyərləndirilir. Hərçənd bu il “Əl-Nəssr”dən qovulan fransalı mütəxəssis vaxtilə “Roma” ilə A seriyasında 2-ci yeri tutub.

2. Milan - 561,25 milyon avro
“Milan” yay transferləri dövründə yetərincə fəallıq göstərir. Lombardiya klubu “Çelsi”dən iki oyunçu – Ruben Loftus-Çiklə Kristian Pulişiçi alıb. “Zaltsburq”dan potensial ulduz kimi qiymətləndirilən Noa Okafor, “Vilyarreal”dan Samuel Çukvueze, “Alkmaar”dan isə Ticani Reynders transfer edilib. İtaliya çempionatının ölçülərinə görə heyətin yetərincə gücləndiyini söyləmək olar.
Amma bunu da qeyd etməliyik. Rəhbərlik bu qədər keçidi xəzinəyə lazımi qədər pul axını olmadan reallaşdıra bilməzdi. Hər halda, “Milan” maliyyə imkanlarına əsasən nə “Mançester Siti”, nə “Real”, nə də “Arsenal”la bir sıradadı. Lombardiyalılar komandanın gələcəyini müəyyən edəcək oyunçu gözü ilə baxılan Sandro Tonalini itiriblər. 23 yaşlı italyan yarımmüdafiəçi 65 milyon avroya “Nyukasl”a satılıb. Ante Rebiç də qırmızı-qara forma ilə vidalaşıb. Şarl De Ketelare də yol üstədi: komandada möhkəmlənə bilməyən belçikalı yarımmüdafiəçi uğrunda “Leyptsiq”, PSV, “Lans” və “Aston Villa” mübarizə aparır. Hazırkı məqamda Stefano Pyolinin sərəncamında 561,25 milyon avroluq heyət var ki, bu da “Milan”ı A seriyasında 2-ci yerə çıxarır. “Qırmızı-qaralar” ehtiyat qüvvə sarıdan neapolluları üstələyirlər. Yeri gəlmişkən, onlar ötən mövsüm son çempiona İtaliya çempionatında (1:2, 4:0) və Çempionlar Liqasının (ÇL) 1/4 finalında (1:0, 1:1) üstün gəlmişdilər.

3. Yuventus – 494,5 milyon avro
“Qoca sinyora”nın son mövsümdə üzəşdiyi əhvalatlar tragikomediyanı xatırladır. Əvvəlki rəhbərliyin maliyyə sənədlərini saxtalaşdırması futbolçu və məşqçi heyətinin mövsümlük əziyyətini heçə endirdi. Yanvarda hesabından 10 xal çıxılan “Yuventus” bir aydan sonra xallarını geri qaytara bildi. Lakin maliyyə fırıldaqçılığı ilə bağlı növbəti faktların aşkarlanması “ağ-qaralar”ın yenə 10 xaldan məhrum edilməsinə səbəb oldu. Nəticədə mövsümü 7-ci yerdə başa vuran komanda ÇL-ə yox, Konfrans Liqasına vəsiqə ilə təsəlli tapdı. Amma UEFA artıq “Yuve”ni bu turnirdən kənarlaşdırıb.
Komandanın yaxın gələcəklə bağlı perspektivləri bir qədər dumanlı görünür. Turin klubu son mövsümü 120 milyon avro itki ilə başa vurub. Buna görə artıq iki argentinalı dünya çempionu - Anxel Di Mariya ilə Leandro Paredes İtaliyanı tərk edib. Xuan Kuadrado da ağ-qara forma ilə vidalaşıb. Duşan Vlahoviçin də Turini tərk etməsi gözlənilir. Rəhbərlik komandada özünü superbombardir kimi göstərə bilməyən serb hücumçunu Romelu Lukaku ilə dəyişmək istəyir. “Çelsi”yə qayıtmaq istəməyən belçikalının İtaliyada qalmağı arzulaması “Yuventus”un işinə yaraya bilər. Hələ ki komandanın heyətinin dəyəri 494,5 milyon avroya bərabərdi.
Bu planda ayın sonunadək dəyişiklik olması qaçılmazdı. Yerli mənbələr Voytsex Şçensnının “Bavariya”ya satılması halında Canluici Donnarummanın PSJ-dən İtaliyaya qayıda biləcəyini ehtimal edir. Turinlilərin heyətində bundan başqa səs-küylü dəyişiklik gözlənilmir.

4. İnter – 485,15 milyon avro
“İnter” Lukaku ilə Andre Onananı qoruyacağı halda heyətinin dəyəri indi daha yüksək ola bilərdi. ÇL-in son finalçısı hazırda 485,15 milyon avroluq göstərici ilə İtaliyada 4-cü yerdədi. Milanlılar Lukakunu sıralarında saxlamaq üçün əllərindən gələni etdilər. Belçikalı hücumçu hətta icarə əsasında çıxış etdiyi komandaya zədələnəndən sonra da çox xeyir vermişdi. “İnter” Romeluya görə “Çelsi”nin tələbini ödəmək üçün əsas qapıçısı Onananın “Mançester Yunayted”ə satılmasına razılaşmalı oldu. Nəticədə kamerunlu 52,5 milyon avroya İngiltərəyə yola salındı. Bu vəsait Lukakunun Milanda qalması üçün kifayət edəcəkdi. Amma londonlularla danışıqlar prosesinin uzanması lombardiyalıların planlarına zərbə oldu. Çünki bu arada “Yuventus” prosesə müdaxilə edərək belçikalı futbolçu ilə anlaşdı. Bundan sonra Romeludan əlini üzən “İnter”in “Çelsi” ilə danışıqları bərpa etmək ehtimalı azdı. Çünki futbolçunun Turində peyda olmaq şansı çoxdu.
Milanlılar Markus Türamla Kuadradonu azad agent kimi sıralarına qatıblar. Onların daha bir diqqətçəkən transferi Davide Frattezidi. Perspektivli yarımmüdafiəçi “Sassuolo”dakı çıxışı ilə artıq İtaliya yığmasında debüt edib. “İnter”in əsas çətinliyi qapıçı problemini həll etməkdi. Artıq Samir Handanoviç karyerasını başa vurub.

5. Atalanta – 375,75 milyon avro
Bəli, Avropa Liqası və Konfrans Liqasının son finalçıları olan “Roma” ilə “Fiorentina” və ötən mövsümü 2-ci yerdə başa vuran “Latsio” heyətinin dəyərinə görə ilk “5-liy”ə düşmürlər. Ona görə ki, “Atalanta”nın oyunçularının ümumi dəyəri 375,75 milyon avroya bərabərdi. Berqamo klubu son illər effektli transfer siyasəti ilə seçilir. Hər mövsümün sonunda bu şəhəri 3-4 futbolçunun yaxşı qiymətə tərk etməsi artıq ənənə halını alıb.
Amma tezliklə “Atalanta”nın dəyəri azalacaq. İş ondadı ki, Rasmus Heylunnun MY-yə transferi artıq həllolunmuş məsələ sayılır. 20 yaşlı danimarkalı hücumçunun İngiltərə nəhənginə azı 45 milyon avroya satılacağı gözlənilir. Berqamoya bu yay gələn oyunçulardan Əl-Bilal Ture ilə bağlı analoji vəziyyət yaranıb. Hələ heyətdə Ademola Lukmen də var. Bu üç oyunçu berqaoluların hücum xəttində “təzə qan” sayılır. Amma qeyd etdiyimiz kimi, Heylunn yeni mövsümə qara-göy formada başlamayacaq.
“Atalanta”nın, belə desək, qitə nəhənglərinin uğrunda amansız mübarizə aparacağı, brilyiant dəyərində oyunçusu yoxdu. Bu səbəbdən Berqamo klubunun tezliklə çox dəyər itirəcəyi gözlənilmir. Narahatlıq üçün yalnız bir səbəb var. Komandanı son illər tarixinin ən yüksək səviyyəsinə çıxaran baş məşqçi Can Pyero Qasperini oyunçulara münasibətdə çox tələbkardı. Bu səbəbdən yeni ifaçıları axtarmaq çətindi. “Atalanta”nın yaxın keçmişdəki liderləri Duvan Sapata ilə Luis Muriel isə son vaxtlar durğunluq dövrünü keçirirlər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Maraqlı

11-04-2023, 10:0

“Napoli” İtaliyada daha dəyərli heyətə malikdi

Dünya futbolu

19-06-2023, 15:0

Osimhen A seriyasında ən bahalı futbolçudu

Dünya futbolu

21-11-2022, 13:0

“Napoli” onu qorumağa çalışacaq

Dünya futbolu

25-03-2023, 22:0

“Napoli” ona görə 100 milyon avronu geri çevirdi

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Aktual
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Ayxan Abbassov Elvinə görə Qurban Qurbanova "savaş açdı"! - bəs, "Qarabağ" nə edəcək?
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Bu gün, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Bu gün, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Bu gün, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Bu gün, 15:05
    AFFA-da seminar keçirildi
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:15
    Ayxan Abbassov Elvinə görə Qurban Qurbanova "savaş açdı"! - bəs, "Qarabağ" nə edəcək?
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
Daha çox
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Oxunub: 143
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə