"Qəbələ" - "Sumqayıt" oyununun fasiləsində ev sahibi komanda qəbul imtahanlarında yüksək bal toplayan qəbələli abituriyentləri mükafatlandırdı. Tələbə adını qazanacaq şəxslərə klub prezidenti Fariz Nəcəfov pul və qiymətli hədiyyələr verdi.
"Football-plus.az" olaraq məsələylə bağlı klubun mətbuat katibi Anar Hacıyevdən bilgi aldıq:
"Qəbələ"nin daim qayğı göstərdiyi şəxslər arasınsa yüksəl bal topmamaqla tələbə adını qazanan abituriyentlər də var. Son oyunda 10 abituriyentdən qayğımızı əsirgəmədik. Bunlar Xatun Həşimova, Nurgül Əhmədova, Cabir Qurbanov, Günel Umudalıyeva, Gülnur Abdullayeva, Səbinə Abdullayeva, Əli Umarov, Rövşən Ağayev, Xədicə İbrahimova, Sami Şirin idilər. Hər bir tələbə adını qazanan məzunumuza gələcəkdə uğurlar arzulayırıq".
ABDULLA İSMAYILOĞLU