Çərşənbə axşamı 1-ci liqanın növbəti mövsümünün püşkü atıldı.
Çempionatın iddialılarından olan "Karvan"ın baş məşqçisi Kənan Kərimovun püşaktma və oyunların həftəiçinə salınmasıyla bağlı fikirlərini "Football-plus.az" saytı ilə bölüşdü:
"Püşkatma keçirildi, rəqibimiz bəllidi. İlk turda səfərdə "Mingəçevir"ə qarşı oynayacağıq. Könül istəyərdi ki, birinci oyunumuzu doğma publika önündə keçirək. Çempionat görüşlərinin vaxtına gəlincə, arzumuz, gözləntimiz matçların həftəsonu olması idi. Çünki dolu tribunalar qarşısında və dəstək altlnda oynamaq istəyirdik. Amma oyunların həftəiçi keçirilməsi qərara alınıbsa, deyiləsi nəsə yoxdu".
ABDULLA İSMAYILOĞLU