Sercinyo Dest “Barselona”nı tərk edib.
"Football-plus.az" xəbər verir ki, o, karyerasını Niderlandda davam etdirəcək. PSV müdafiəçini birilliyə icarəyə götürüb. Eyndhoven klubu mövsümün sonunda Desti dami əsasda sıralarında saxlamaq hüququna malikdi. Bunun üçün “Barselona”ya 10 milyon avro ödəmək lazım gələcək.
“Ayaks”ın yetirməsi olan Sercinyo İspaniya klubunda üç mövsüm çıxış edib. O, göy-qırmızı formada 72 matç keçirib.