İngiltərə klubu bombardirini itirdi

21.08.2023 16:27 180
Dünya futbolu
“Əl-Hilal” və “Fulhem” arasında aparılan danışıqlar sona çatıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu bombardirini satıb.

“Fulhem”in Aleksandar Mitroviçə görə 45 milyon funt sterlinq irəli düşdüyü xəbər verilir. Bu, London klubu üçün rekord satışdı.

Serb hücumçu “Fulhem”də 2018-ci ildən çıxış edirdi. O, bu komandada İngiltərə çempionatının ilk divizionunda keçirdiyi 190 oyunda 109 qol vurub.