• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

4 komanda ilə yola davam!

Konfrans Liqası

19-08-2023, 12:0

“Fənərbaxça” və “Adana Dəmirspor” ilk oyundakı inamlı qələbədən sonra, gözlənildiyi kimi, mərhələni əldən vermədi.

Düzdü, “Adana Dəmirspor” Xorvatiyada məğlubiyyətlə üzləşdi. Bu, adanalıların Patrik Klyuvertin dönəmində 5-ci rəsmi oyunda ilk məğlubiyyəti oldu. Amma komanda “Osiyek”dən ümumilikdə 7:3 üstün olaraq adını pley-offa yazdırdı.

Adanalılar pley-offda AL-in 3-cü təsnifat mərhələsində “Olimpiakos” səddini aşa bilməyən Belçika təmsilçisi “Genk” ilə qarşılaşacaq. “Fənərbaxça” isə bu mövsüm hələ ki rəqib tanımır. Güclü heyət quran İstanbul nəhəngi üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Evdəki 3:1-lik qələbədən sonra “Fənər” bu dəfə “Maribor”u səfərdə darmadağın etdi. Oyun qalmaqalsız ötüşmədi. Özlərini çox aqressiv aparan və matçboyu “türklərə ölüm”, “türkləri öldürün” kimi şüarlar qışqıran yerli fanatlardan birinin qonaqlar üçün ayrılmış sektora daxil olaraq pankartı oğurlaması çaxnaşmaya səbəb oldu.

Oyunda təxminən yarım saatlıq fasilə yarandı. Maraqlıdı ki, UEFA nümayəndələri vəziyyətdən çıxış yolunu qonaq azarkeşləri stadiondan çölə çıxarmaqda gördü. Özü də yerli polislər tərəfindən kobud davranışa məruz qalmaları azmış kimi, “Fənər” fanatlarının üzərinə gözyaşardıcı qaz da sıxıldı. Oyun bərpa olunandan sonra “Fənər” daha 2 qol vuraraq yerli fanatları susdurdu. Qapıçı İrfan Can Eğribayatın 32-ci dəqiqədə penaltini dəf etdiyini də bildirək. “Sarı-lacivərdlilər” pley-offda Niderland təmsilçisi “Tvente” ilə qarşılaşacaq.
Beləliklə, Türkiyənin hər 4 təmsilçisi yoluna davam edir. Əmsallar cədvəlində 10-cu pillədə qərarlaşan və 9-cu pillədəki Şotlandiya ilə fərqi bir qədər də azaldan Türkiyə bu mövsüm Polşa ilə birlikdə ən çox (3,5) əmsal toplayan ölkədi! Xatırladaq ki, qardaş ölkə 2023/24-də bu sıralamanı ilk “10-luq”da tamamlasa, Türkiyə çempionu 2025/26-da birbaşa ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaq.

3-cü təsnifat mərhələsi, cavab oyunları
Maribor (Sloveniya) – Fənərbaxça 0:3 (ilk oyun – 1:3)
İrfan Can Kahveci, 17. Şimanski, 77. Tadiç, 79.
Fənərbaxça: İrfan Can Eğribayat, Fərdi Kadıoğlu (Mərt Müldür, 67), Samet Akaydın (Ciku, 46), Peres, Oostervolde, Zayts (Bartuğ Elmaz, 82), İsmayıl Yüksək, Şimanski, İrfan Can Kahveci (Kinq, 77), Tadiç, Batşuayi (Umut Nayır, 67).

Osiyek (Xorvatiya) – Adana Dəmirspor 3:2 (1:5)
Neyasmiç, 43. Saktaş, 59. Qrjan, 82-p. – Yusuf Sarı, 31. Yusuf Ərdoğan, 90+1.
Adana Dəmirspor: Karaçiç, Svensson, Qravilyon, Semih Gülər, Rodriges, Stambuli (Dorukhan Toköz, 75), Əmrə Akbaba, Yusuf Sarı (Əbdurrəhim Dursun, 90+3), Belhanda (Nani, 64), Akintola (Yusuf Ərdoğan, 63), Ş.Ndiaye (Nianq, 46).

Beşiktaş – NEFTÇİ 2:1

Faktlar
* “Fənərbaxça” avrokuboklarda 258-ci oyununda 99-cu qələbəsini qazandı (55 heç-heçə, 104 məğlubiyyət, top fərqi – 341:368).
* “Fənərbaxça” avrokuboklarda uğurlu seriyasını davam etdirir. Komanda Avropa səhnəsində keçirdiyi son 16 oyunun yalnız birində məğlub olub (12 qələbə, 3 heç-heçə). Yeganə məğlubiyyət ötən mövsüm AL-in 1/8 finalında “Sevilya” ilə səfər oyununda qeydə alınıb (0:2).
* “Fənərbaxça” bu mövsüm ideal şəkildə yoluna davam edir: 5 rəsmi oyun, 5 qələbə.
* İsmayıl Kartal Aykut Kocamandan sonra “Fənərbaxça”nın başında avrokuboklarda 4 oyunluq qələbə seriyası yaxalayan ikinci yerli mütəxəssis oldu.
* Tadiç “Fənərbaxça”nın heyətində avrokuboklarda keçirdiyi hər 4 qarşılaşmada nəticəyə təsir etməyi bacarıb (3 qol, 1 məhsuldar ötürmə). Onun karyerasında sonuncu dəfə belə seriya 2021-in fevral-martında “Ayaks”ın heyətində olub.
* İrfan Can Eğribayat karyerasındakı ilk avrokubok matçında penalti dəf etməyə müvəffəq oldu. 25 yaşlı qapıçı oyunu 4 seyvlə tamamladı.

Oyundan sonra
Damir Krjnar, “Maribor”un baş məşqçisi:

“Matçın qırılma anı ilk yarının ortalarında qaçırdığımız penalti oldu. Penaltini qola çevirsəydik, bəlkə də psixoloji cəhətdən ruhlanıb ikinci yarıda nəyəsə ümid edə bilərdik. Görüşdə uzun müddət fasilə yaranması da hər iki komandanın oyununa təsir etdi. Sonlara yaxın artıq riskə getmək məcburiyyətində qaldıq. Risk heç də həmişə özünü doğrultmur. Xüsusilə də belə güclü rəqiblərlə oyunlarda. “Fənərbaxça” müdafiəmizdəki boşluqlardan maksimum faydalanaraq rahat qələbə qazandı”.

İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:

“İstanbuldakı ilk oyundan sonra rəqibi daha yaxşı tanımaq fürsətimiz oldu. Nəticə göstərdi ki, onları doğru təhlil etmişdik. Oyunçularım verdiyim tapşırıqları gözəl şəkildə yerinə yetirdilər. Həm inamlı qələbə, həm də əmsallar cədvəlində ölkəmizə fayda verdiyimiz üçün sevincliyik. İstər yerli, istərsə də əcnəbi oyunçularda inkişaf hiss olunur. Komandada çox gözəl və sağlam rəqabət var. Bu da komandanı irəli daşıyır. Zaman ötdükcə hər kəs bir-birini daha yaxşı tanıyır. 3-4 gündən bir oynadığımız üçün bəzən rotasiyadan istifadə etməli oluruq. Ceko, təbii ki, bizim üçün önəmli oyunçudu. Amma hər 3 gündən bir meydanda olmalıdı deyə bir qayda yoxdu. Bütün oyunçulara ehtiyacımız olacaq. İrfan Can Eğribayatın oyundan öncə çox istəkli, enerjili olduğunu gördüm. Əla performans ortaya qoydu. Tribunadakı hadisələr bizim fanatların əlindən pankartın alınması üzündən başladı. Həmin gərginlikdə fanatlarımızın çölə çıxarılması düzgün olmadı. Haqzılığa uğrayan biz olduq. Yönəticilərimiz bu məsələni araşdıracaq. Pley-offda bizi “Tvente” kimi güclü və köklü bir rəqib gözləyir. Amma əvvəlcə “Samsunspor”la oyuna hazırlaşmalıyıq”.


Stepan Tomas, “Osiyek”in baş məşqçisi:

“Kaş ki, ilk oyunu öz meydanımızda keçirəydik. Səfərdə 1:5 uduzandan sonra mərhələni keçməklə bağlı o qədər də böyük ümidlərimiz qalmamışdı. Hərçənd səfərdəki oyunda əleyhimizə kobud hakim səhvləri olmuşdu. Amma yenə də bu matçda xarakter nümayiş etdirdik. Hesabda geri düşdükdən sonra 3 qol vurduq. 3-cü qoldan sonra rəqib mümkün qədər vaxtı uzatmağa çalışdı. Hər şeyə rəğmən, “Adana Dəmirspor”u təbrik edirəm. Başqan Murat Sancak yaxşı pullar xərcləyib və gözəl heyət qurub. Bu mövsüm avrokuboklarda 4 oyunda 3 qələbə qazandıq. Bu komandanın potensialı böyükdü. Bu potensialdan yararlanıb ölkə çempionluğunu qazanmağa çalışacağıq”.

Patrik Klyuvert: “Adana Dəmirspor”un baş məşqçisi:

“Osiyek” oyuna daha yaxşı başladı. Bizim qolumuzdan sonra 3 top vurdular. Bu cür qollar buraxmaq üzücüdü. 1 penaltidən və 2 standart vəziyyətdən qollar buraxdıq. Oyunun çətin keçəcəyini bilirdik və özümüzü buna hazırlamışdıq. Məğlubiyyət heç vaxt insana xoş hisslər aşılamır. Amma digər tərəfdən əsas hədəfimizə çataraq mərhələni adladıq. “Genk” daha ciddi rəqibdi. Onları keçmək üçün bugünkü səhvlərimizi təhlil etməliyik. Avropada bacardığımız qədər irəliləməyə çalışacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-08-2022, 15:0

Onyekuru ilə Belhanda ''4'' göstərdi, ''Fənər'' ''4'' vurdu

Konfrans Liqası

12-08-2023, 19:0

Türkiyə klubları üçün qələbəli cümə axşamı

Dünya futbolu

7-01-2023, 21:0

Superliqada maraqlı tur

Aktual
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
“Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Son xəbərlər
  • Bu gün, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Bu gün, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • Dünən, 23:59
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • Dünən, 23:38
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • Dünən, 23:00
    "Şamaxı"nın legioneri millidə
  • Dünən, 22:58
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • Dünən, 22:52
    Marseldən Milana qayıdacaq
  • Dünən, 22:01
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • Dünən, 20:58
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
  • Dünən, 20:27
    Mövsümü “qızıl dubl” ilə başa vurdular!
  • Dünən, 19:56
    La Liqanı tərk edənlər müəyyənləşdi
  • Dünən, 19:33
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:02
    Zakariya Savo "Qarabağ"da - RƏSMİ
  • Dünən, 18:55
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 18:55
    “10 yaşlı övladım var, onun üçün darıxmışam” – Jorj Kaşkilya
  • Dünən, 18:34
    “Son bir həftədə futbolçuları toparlamaq çətin idi” – Fizuli Məmmədov
  • Dünən, 18:31
    Noyerin şansı yoxdu?
  • Dünən, 18:02
    Mövsümün son oyunu heç-heçə bitdi
  • Dünən, 17:38
    Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
  • Dünən, 17:30
    Ölkə çempionatında 21 ildən sonra 500 qol
  • Dünən, 17:01
    “Araz-Naxçıvan”: 30-cu ev qələbəsi
  • Dünən, 15:42
    "Qəbələ" ev sahibi olacaq, pley-off oyunu süni örtükdə oynanılacaq
  • Dünən, 15:36
    "İmişli" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Dünən, 15:04
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:44
    Ayxan Abbasovun köməkçiləri də "Şamaxı"dan ayrıldı - RƏSMİ
  • Dünən, 14:12
    “Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
  • Dünən, 13:13
    Ozancanın komandası elitanı tərk etdi
  • Dünən, 12:43
    "Zirə"nin premyer-liqada 400-cü qolu
  • Dünən, 12:12
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 11:41
    “Portu” karyerası yarım il çəkdi
  • Dünən, 11:10
    Yaşıl meydanı tərk edəcək
  • Dünən, 10:48
    “Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
  • Dünən, 10:31
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:00
    Yunanıstan karyerası 7 ay çəkdi
Daha çox
Oxunub: 274
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 209
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 201
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə