• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş” sensasiyaya imkan vermədi - REPORTAJ

Reportaj / Konfrans Liqası

19-08-2023, 12:0

İlk oyundakı nəticədən sonra əksəriyyət “Neftçi”nin mərhələni keçə bilməyəcəyini düşünürdü. Əslində haqlıydılar, çünki həm “Beşiktaş”ın gücü, həm də hesab qorxudurdu. Lakin Mutu hər imkanda söyləyirdi ki, İstanbula qələbə arxasınca gedirik.

Möhtəşəm azarkeş dəstəyi altında qarşılaşma start götürdü. Günəş heyətdə dəyişikliklər etmişdi. Bir sıra əsas futbolçulara istirahət verən türkiyəli mütəxəssis güc balansını qorumağa çalışırdı.

“Neftçi”də isə vəziyyət fərqli idi. Mutu sərəncamındakı bütün güclü oyunçuları meydana buraxmışdı. Təsadüfi deyil ki, “ağ-qaralar”ın heyətində 9 legioner, 2 yerli statusda olan futbolçu var idi. Lakin “Neftçi” adına mübarizə aparan şəxslərdən heç biri Azərbaycan futbol məktəbinin yetirməsi deyildi. Üzücü məqam olsa da, Mutunun başqa variant yox idi. İlk oyundakı səhvini anlayan rumıniyalı mütəxəssis qələbəyə oynaya biləcək kollektiv formalaşdırmışdı.

Bütün bunlara baxmayaraq, oyuna “Beşiktaş” daha yaxşı başladı. Meydan sahibləri topu özündə saxlamaqla müdafiənin arxasına ötürmələr verirdi. Lakin arxa xəttimiz etibarlı oynayırdı. Xüsusən də Sayeflə Matias. “Neftçi” isə uzun ötürmələrə və sürətli əks-hücumlara bel bağlamışdı. Mutu “Beşiktaş”ın müdafiəsinin mərkəzində problemin olduğunu anlamışdı. Həm Şinyaşikini, həm də Olanareni uzun ötürmələrlə təmin edərək hücum qurulması planın bir parçası idi. Bu da 36-cı dəqiqədə işə yaradı. Müdafiənin arxasına verilən topu ələ keçirən Olanare bir qədər irəlilədikdən sonra Emini gördü. Kapitanın zərbəsinin qarşısını Mərt ala bilmədi.
İstanbulda hesabı açmaq “Neftçi” üçün möhtəşəm hadisə idi. Həm azarkeşlər, həm də yerli jurnalistlər şokda idi. Bu təəccüb bir qədər də arta bilərdi. Lakin künc zərbəsindən sonra Matiasın başla qapıya göndərdiyi topun qarşısını Mərt çətinliklə ala bildi. Bu qol olsaydı, oyunun axarının tam fərqli olacağını əminliklə söyləyə bilərik.

İşin qəlizləşdiyini görən Günəş fasilədən sonra əsas heyət üzvlərini meydana buraxdı. Bundan sonra meydan sahiblərinin oyunu birəbeş gücləndi. Bu da hesaba əksini tapdı. Əvvəlcə Abubakar, daha sonra Muleka “Neftçi”nin müdafiədəki səhvlərindən yararlandılar. Flaqmanın heyətində Koffinin çıxışını tam biabırçılıq adlandırmaq olar. Demək olar ki, sağ cinah müdafiəçinin səhvləri bakılılara baha başa gəldi. Düzdü, Mutu dəyişikliklərlə nəticəyə təsir etməyə çalışdı. Lakin səviyyə fərqi sözünü dedi. Beləliklə, ilk oyunda “Beşiktaş”a məğlub olan “Neftçi”də səfərdə də qələbəyə həsrət qaldı. Bununla da flaqman üçün Konfrans Liqası macərası bitdi.

Gözdən qaçmadı
* Oyundan öncə azərbaycanlı azarkeşləri polislər müşayiət edirdi. Asayiş keşikçiləri “Neftçi” fanatlarını dairəyə alaraq onların təhlükəsizliyini təmin edirdi. Bu arada polislər azərbaycanlı fanatları oyunun başlamasına 15 dəqiqə qalmış stadiona buraxdılar.
* Türkiyədə yaşayanlardan başqa Bakıdan gələnlər də var idi. “Forza Neftçi”nin və “Neftçi” Azarkeşlər Dərnəyinin üzvləri də tribunada yerini almışdı.
* Mutu yenə ənənəsinə sadiq olaraq 90 dəqiqə, demək olar ki, oturmadı. O, tez-tez futbolçulara qışqıraraq tapşırıqlar verirdi.
* 44-cü dəqiqədə azərbaycanlı azarkeşlər “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirdi. Yerli publika isə onları alqışlayaraq dəstək oldu.
* Matç bitəndən sonra “Neftçi” azarkeşləri futbolçuları alqışladılar. Fanatlar komandalarının adı ilə birgə “Ən böyük yox, tək böyük “Neftçi” şüarını səsləndirdi.
* Türkiyəli jurnalistlər azərbaycanlı futbolçulara o qədər də fikir vermədilər. Sadəcə, “Haber Global”ın əməkdaşları Emin Mahmudovu gözləyərək ondan müsahibə aldılar.
* Günəş mətbuat konfransında 24 jurnalistin Bakıdan İstanbula gəlməsini xüsusi dəyərləndirdi. Təcrübəli mütəxəssis qələm əhlinə xüsusi təşəkkürünü bildirdi: “Gördüyüm qədəri ilə Azərbaycanda bura çoxlu jurnalist gəlib. Komandanızı tək qoymamısız. Bu gözəl bir prosesdi. Bilmirəm bu gün qalırsız, ya yox. Gedirsizsə, sizə yaxşı yol demək istəyirəm. Qalırsızsa, xoş istirahətlər diləyirəm”.

İLKİN SULTANLI[b][/b]

Paylaş:
Digər xəbərlər

Reportaj / Konfrans Liqası

12-08-2023, 17:0

"Ağ-qaralar"ın duelində İstanbul təmsilçisi sevindi - REPORTAJ

Aktual / Konfrans Liqası

17-08-2023, 13:0

Mahir Şükürov “Neftçi”yə inanmır

Ölkə futbolu / Manşet

24-07-2023, 16:0

Adrian Mutu tələsmək istəmir

Ölkə futbolu

29-07-2023, 20:0

Mutu: "Oyun intellektini inkişaf etdirməliyik"

Aktual / Konfrans Liqası

5-08-2023, 17:0

“Düşünürəm ki, "Neftçi" bir qədər də “artırsa”, "Beşiktaş"ı da keçə bilər”

Aktual / Ölkə futbolu

10-08-2023, 12:0

Mutu “Fiorentina”nı çalışdırmaq istəyir!

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə