Günün sualı: Üçdəüç yoxsa üçdəiki? - Yunis Hüseynov cavab verir

17.08.2023 18:31 826
Manşet / Avrokuboklar
Klublarımızın avrokubok sınaqlarına saatlar qaldı. "Qarabağ" və "Sabah" ev oyunlarında müvafiq rəqibləri HİK və "Partizan"ı məğlub etdiklərindən meydana daha rahat çıxacaq. "Neftçi"nin "Beşiktaş" səddini keçib-keçməyəcəyi isə sual atındadı.

"Football-plus.az" saytı olaraq 3 oyunun üçdəüç və ya üçdəiki zəfərlə bitmə ehtimallarını araşdırdıq. Bu məqsədlə təcrübəli futbol mütəxəssisi Yunis Hüseynovu aradıq. Onun fikirlərinə keçid alaq:

"Qarabağ"ı çətin matçın gözlədiyini deməzdim. İlk oyundan sonra buna əmin oldum. "Köhlən atlar" rəqibini asanlıqla sıradan çıxaracaq. Bizimkiləri "Turan Tovuz"la oyunda tam hazır gördüm. İndiki "Qarabağ"ın qələbəsinə 100 faiz inanıram. "Sabah"ın işi qismən çətindi. Düzdü, çoxu "Partizan"ın əvvəlki formasını itirdiyini deyir. Lakin hər ehtimala qarşı diqqətli olmaq lazımdı. Deyərdim ki , hər iki komanda üçün şans eynidi. "Neftçi"nin aqibəti isə püşkün atıldığı gün bəlli oldu. Buna ilk oyunda da şahid olduq. Üstəlik, "ağ-qaralar" Misli premyer-liqasının hər iki turunda sübut etdilər ki, əvvəlki komandadan əsər-əlamət qalmayıb. Təəssüf ki, təmsilçimizi məğlubiyyət gözləyir. Dediklərim yanlış anlaşılmasın. Klublarımızın hər birinin qələbə qazanmasını arzu edirəm, amma reallıq xəyallarımız üçün ümid vermir..."

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul