İyulun 14-də “Şaxtyor”un düşərgəsinə qoşulan Aleksey Kaşuk bu gün “Ayaks”la yoldaşlıq oyunu keçirən komandasının start heyətində yer alıb.
“Football-plus.az” xəbər verir ki, Donetsk klubu meydandan böyükesablı məğlubiyyətlə ayrılıb – 0:3. O da maraqlıdı ki, bütün qollar ilk 34 dəqiqədə vurulub. Komandasının oyunundan narazı qalan Patrik van Leuven fasilədən sonra birdən-birə 5 futbolçunu, o cümlədən hücumun cinahında yer alan Kaşuku da əvəz edib. Amma “Şaxtyor” oyunun axarını dəyişə bilməyib.