MBA üzrə ABŞ yığması Yunanıstan, Yeni Zelandiya və İordaniya ilə birgə C qrupunda yer alıb (kəsişən kvartetdə Litva, Monteneqro, Meksika və Misir var).
“Football-plus.az” xəbər verir ki, amerikalılar ötən dünya çempionatındakı fiaskoya görə bəraət almaq niyyətindədilər (Donovan Mitçell və kompaniyası 2019-da 1/4 finalda Fransaya bütün komponentlərdə uduzmuşdu). Bankero ilə yanaşı, MBA-nın daha 10 oyunçusu, o cümlədən Fred Vanvlit, Kem Conson, Brendon İnqrem və Entoni Edvards da dünya çempionatında oynamaq arzusunda olduğunu bildirib.
ABŞ yığması DÇ-2023-ə hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək. Avqustun 7-də Las-Veqasda Puerto-Riko ilə oyun olacaq. Ardından Qreqq Popoviçin komandası İspaniyanın Malaqa şəhərinə yollanacaq və avqustun 12-də Sloveniya, ertəsi meydan sahibləri ilə qarşılaşacaq. Nəhayət, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə yollanacaq amerikalılar orda Yunanıstan (18 avqust) və Almaniya (20 avqust) ilə yoxlama oyunu keçirməyi planlaşdırır.