Berlin Avropa Kuboku turnirinin ikinci günündə 7 cüdoçumuz tatamiyə çıxacaq

30.07.2023 15:51 225
İdman
30 iyulda Almaniyanın paytaxtı Berlin şəhərində gənclər arasında Avropa Kuboku turnirinin ikinci yarış günü keçirilir.

"Football-plus.az" xəbər verir ki, yarışın ikinci günündə oğlanların arasında -90 kq. və +100 kq. çəki dərəcələrində, qızlar arasında isə -52 kq. və -57 kq. çəki dərəcəsində 7 cüdoçumuz medallar uğrunda güclərini sınayacaq.

Qızların mübarizəsində -52 kq. çəkidə Zeynəb Məmmədova və Aydan Vəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə tatamiyə çıxacaq. Oğlanlar arasında -90 kq. çəkidə Əjdər Bağırov, Vüqar Talıbov və İsmayıl Zamanov, +100 kq. çəkidə isə Kənan Nəsibov medallar uğrunda mübarizə aparacaq.