"Kəpəz" digər ölkələrdən təklif alan futbolçunu necə razı salıb?

29.07.2023 17:53 630
Aktual / Ölkə futbolu
"Sabah"dan ayrıldıqdan sonra klubsuz qalan Bəxtiyar Həsənalızadə, nəhayət ki, özünə yeni iş yeri tapdı. Yığmamızın üzvü yeni mövsümdə "Kəpəz"in uğurları üçün çalışacaq.

Həsənalızadə "sarı-göylər"i seçməsinin səbəbini "Football-plus.az" saytına açıqladı:

"Sabah"dan ayrıldıqdan sonra ölkə xaricində karyeramı davam etdirmək istəyirdim. Bir neçə ölkədən təkliflərim vardı. Amma son anda alınmadı. Öz çempionatımızdan da məni heyətinə qatmaq istəyən klublar vardı. Amma mən "Kəpəz"i seçdim. Düşünürəm ki, Gəncə təmsilçisində yeni səhifə açacam və bir çox məsələdə rahat olacam. Baş məşqçi Azər Məmmədovu da tanıyıram. Kifayət qədər savadlı mütəxəssisdi. "Kəpəz"də istədiyim performansa yiyələnib, komandama faydalı olmağa çalışacam".

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul