• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çerçesov qovuldu, rusların fikri haçalandı

Dünya futbolu

24-07-2023, 22:0

Çempionlar Liqasının ilk təsnifat mərhələsinin iyulun 19-da keçirilən cavab görüşlərindən biri qeyri-adi hesabla bitdi. Evdə “Ferentsvaroş”la qolsuz heç-heçəyə razılaşan “Kİ Klaksvik” Macarıstan çempionu ilə səfər oyununda ilk yarıdaca üç qol vurdu və sona qədər bu hesabı qorudu. ÇL-dən uzaqlaşan “Ferentsvaroş” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Şemrok Rovers”lə qarşılaşacaq.

Yenə “Qarabağ”ı yada saldı
Təbii ki, Farer adalarının çempionu önündəki darmadağın reaksiyasız qala bilməzdi. “Ferentsvaroş”un prezidenti Qabor Qubadov oyundan dərhal sonra sosial şəbəkə hesabında bunları yazdı: “Hamımız kimi mən də çox utanıram. Bugünkü oyun “Ferentsvaroş”a layiq deyildi. Yaxın müddətdə tədbir görüləcək. Azarkeşlərə hər şeyə görə minnətdaram”.

Yəqin ki, komandanın rusiyalı çalışdırıcısı Stanislav Çerçesovun da şok məğlubiyyətlə bağlı izahatını dinləməyə dəyər:

“Çox pis oyun göstərdik. Komanda belə oynayırsa, bu yalnız ayrı-ayrı oyunçuların məsuliyyəti deyil, məşqçi də sonra nə olacağını düşünməlidi. Konsentrasiya ola bilməsən, belə oyunlar olur. Məşqlərdə hər kəs yaxşı çalışdı, ancaq futbolçular meydanda köklənə bilmirsə, belə nəticə alınır. Bizim üçün qorxunc gecədi, başverənləri təhlil etməli, vəziyyətdən çıxmaq üçün soyuq başla qərar verməliyik. Çox təəssüf, Çempionlar Liqası ilə bağlı arzulardan imtina etməliyik. Ötən il “Qarabağ”a məğlubiyyətdən sonra da buna oxşar vəziyyət yaşadıq, ancaq onda mən təslim olmadım, Avropa Liqasında 1/8 finala çıxa bildik. Onda təslim olmadım, indi də olmayacam. Qalib gəlmək istəyirdik, ancaq nə baş verdiyini təhlil etməliyəm. Bu vəziyyətdən birlikdə çıxa bilib-bilməyəcəyimiz haqda düşünməliyəm”.


Xatırladaq ki, “Qarabağ” ötən il ÇL-in 3-cü təsnifat mərhələsində evdə “Ferentsvaroş”la heç-heçə (1:1) oynamış, amma səfərdə qalib gəlmişdi (3:1).
Çerçesovun nə düşünmək, nə də təhlil etmək üçün vaxtı oldu. Klub prezidenti oyundan sonra onunla görüşdü və istefanın ən doğru yol olduğuna qərar verildi. Baş məşqçi səlahiyyətlərini isə yerli mütəxəssis Çaba Mate yerinə yetirəcək. Ədalət naminə onu da deyək ki, Çerçesov bu klubda yetərincə yaxşı nəticələrə nail olub. O, “sükan arxasına” 2021-ci ilin dekabrında keçib. Budapeşt klubu 59 yaşlı mütəxəssisin rəhbərliyi altında iki dəfə ölkə çempionu (2022, 2023), bir dəfə isə kubokun sahibi (2022) olub. Ötən il “Qarabağ” “Ferentsvaroş”u ÇL-dən uzaqlaşdırsa da, ardından komanda Avropa Liqasında 1/8 finala qədər irəlilədi və bu mərhələdə “Bayer-04”ə uduzdu (0:2, 0:2).

Lehinə
Çerçesovun qovulması Rusiya futbol ictimaiyyətini ikiyə parçaladı. Klub rəhbərliyinin qərarını dəstəkləyənlər də var, səhv olduğunu deyənlər də. MY-nin sabiq futbolçusu Andrey Kançelskisin fikirləri:
“Haqlı istefadı. Çerçesov evdə Farer adalarından olan komanda önündə darmadağın yaşadı. Qovulma qanunauyğundu, ona görə ki, nəticə çox gözlənilməz idi. Bəlkə də komandada münaqişə, hansısa sualtı cərəyanlar var. Düşünürəm ki, belə fiaskonun nə ilə bağlı olduğunu sonradan biləcəyik. Çerçesov Rusiyaya dönsə və bizdə işləsə, təəccüblənmərəm”.


Rusiya yığmasının sabiq oyunçusu Dmitri Bulıkin də “Ferentsvaroş” rəhbərliyinin qərarına haqq qazandırıb:
“Avropanın əksər klubları üçün Çempionlar Liqasından gələn pul büdcəyə önəmli artımdı. Bu üzdən baş məşqçinin qarşısında bu turnirdə bacardıqca irəli getmək vəzifəsi qoyulur. Təəssüf ki, Çerçesovda bu alınmadı. Klub hesab etdi ki, vəzifə yerinə yetirilməyib, Çempionlar Liqasının qrupuna düşməmək üzündən çoxlu pul əldən gedib, bu üzdən belə qərar verildi. Heç kimin tanımadığı, hansı dərəcədə peşəkar olduğunu bilmədiyi komanda ilə oyunda bu mərhələdə mübarizəni dayandırmaq... Odu ki, məşqçini qovmaq qərarı verildi, nəticəyə görə Çerçesov cavabdehdi”.


Macarıstan nəşrlərindən “Nemzeti”nin əməkdaşı Bens Borbolanın da mövzu ilə bağlı fikirləri maraqlıdı: “
Ferentsvaroş” prezidentinin rusiyalı məşqçi Stanislav Çerçesovun istefası ilə bağlı qərarını yaxşı saymaq olar. “Fradi”nin ev oyunlarını keçirdiyi stadionda nələr yaşandığını gördüzmü? “Ferentsvaroş”un bütün azarkeşləri “ruslar, evə” şüarını qışqırır və Salamoviçin getməsini tələb edirdilər. Belə şəraitdə işi davam etdirmək mümkünsüzdü. Belə biabırçı oyundan sonra artıq başqa komanda qurmaq, hansısa uğurlara nail olmaq olmaz. Çerçesovu yalnız Rusiya ilə bağlı olduğuna görə qovmaq istədikləri haqda fikirlər? Yox, əsassızdı. Bu qərar yalnız komandanın son nəticələrindən irəli gəlir, Stanislavın rusiyalı olmasından yox”.


Əleyhinə
Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov Çerçesovun vətəndə çalışmaq perspekitivini şərh edib:
“İndi bütün komandalar komplektləşib, məşqçiləri var. İki ay əvvəl vəziyyət başqa idi. Bəlkə də kimsə risk edər, ancaq cümə günü çempionat başlayır. Çerçesov səviyyəsində məşqçilər Rusiyada azdı. O, Rusiya futboluna fayda verərdi. Düşünürəm ki, 5-7 tur keçəndən sonra yerdəyişmələr ola bilər. İndi Çerçesova dincəlmək lazımdı, təkliflər alacaq”.


Rusiya yığmasının sabiq çalışdırıcısı Boris İqnatyevin fikirləri:
“Ferentsvaroş”un qərarı bir qədər gözlənilməz oldu. Zahirən nəticələrlə bağlı hər şey qaydasında idi və qəfil belə hadisə... Əlbəttə, sarsıdıcı məğlubiyyətdi, ancaq bəlkə də baltanı kökündən vurmağa dəyməzdi. Hərçənd klubların həmişə ÇL ilə bağlı böyük maliyyə gözləntiləri olur, yəqin bu üzdən belə sərt qərar verildi. Düşünürəm ki, Çerçesov bir qədər futboldan dincəlmək istəyər. Onun iş yeri tapmaqla bağlı problemi olmayacaq. Çerçesov Rusiyanın ən yaxşı məşqçilərindən biridi, premyer-liqanın istənilən klubu onun xidmətində maraqlıdı”.
Rusiyalı məşqçilərdən Aleksandr Tarxanov isə filosof kimi danışıb: “İstənilən qovulma həmişə ədalətsizdi. O, bütün yarışlarda – çempionatda, kubokda uduzsaydı... Belədə isə daxili arenada hər şey qazanıb. Ancaq elə oyunlar olur ki, heç nə alınmır”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

20-07-2023, 17:0

Çerçesov qovulsa da, yenə "Qarabağ"dan danışdı

Dünya futbolu

20-07-2023, 22:0

Rusiyalı məşqçi istefaya göndərildi

Çempionlar Liqası

2-08-2022, 12:0

"Ferentsvaroş" Bakıya yola düşdü

Çempionlar Liqası

11-08-2022, 10:0

"Qarabağ”ı “Ferentsvaroş”dan üstün hesab etmək olmaz" - Rus mütəxəssis

Çempionlar Liqası

29-07-2022, 23:0

"Düşünürəm ki, “Ferentsvaroş” 100 faiz “Qarabağ”ı üstələyəcək" - Vladimir Ponomaryev

Manşet / Çempionlar Liqası

28-07-2022, 13:0

Stanislav Çerçesovun çalışdırdığı “Ferentsvaroş” nəyə qadirdi? - TANITMA

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə