• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin rəqibi “Jelezniçar” əks-hücumlara bel bağlayır - TƏHLİL

Aktual

24-07-2023, 16:0

Bakıda keçirilən görüş bizim üçün olduqca əhəmiyyətli idi. Çünki bu cütün qalibi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə üz-üzə gələcəkdi. Bu, “ağ-qaralar” üçün əla fürsət idi. Adrian Mutu da bundan tam yararlanmışdı. Rumıniyalı mütəxəssis qarşılaşmanı izləmək üçün analatik Aurelian-Boqdan Petraşkunu “Azərsun Arena”ya göndərmişdi.

Görüş sakit məcrada başladı. Komandalar topu özündə saxlamağa çalışaraq rəqibin səhvə yol verməsini gözləyirdi. Azarkeşlərin olmaması qarşılaşmanın marağını bir qədər öldürürdü. Sanki “Azərsun Arena”da premyer-liqanın ortabab klublarının yoxlama görüşünü izləyirdik. İlk dəqiqələrdən nominal meydan sahibləri topa nəzarət etməyə çalışırdı. Lakin onlar kəsərli hücumlar qura bilmirdilər. Qarşılaşmanın 23-cü dəqiqəsində “Jelezniçar” itki ilə üzləşdi. Qonaqların əsas mərkəz müdafiəçisi Kokaliç zədələnərək meydanı tərk etdi.

Oyunu izləyəndə elə təəssürat yaranırdı ki, bu qarşılaşmanın taleyini 1 qol həll edəcək. Lakin ilk hissənin sonlarında komandalar bir qədər fəallaşdı. “Jelezniçar”ın əks-hücum planı işə yaradı. Fasiləyə1 dəqiqə qalmış bosniyalılar toru silkələyə bildi. Daha doğrusu, İrfan Yasareviçin sol cinahdan ötürməsinə Aleksandr Saviçko ayağını qoyaraq topu öz qapısına göndərdi.

"Dinamo"nun baş məşqçisi Vadim Skripçenko 2-ci hissəyə bir əvəzləməylə başladı. Rilaç ilk hissədə o qədər də fəal deyildi. Onun əvəzinə meydana çıxan Sedko yarımmüdafiənin sağında daha yaxşı oyun sərgiləyirdi. Ümumiyyətlə, Minsk təmsilçisi daha çox cinahlardan hücumlar qurmağa çalışırdı. Onlar cərimə meydançasına asmalar edərək rəqibi cəzalandırmağa çalışırdı. Lakin bosniyalıların müdafiəçiləri etibarlı oynayırdı. Bununla belə, 64-cü dəqiqədə nominal meydan sahibləri istəyinə çatdı. Mulaliç topu başla qapıya göndərmək istəyən Bıkova zərbə endirdi. Hakim bunu penalti kimi dəyərləndirdi. Topun başına keçən “Dinamo”nun ən fəal üzvü Sedko dəqiq zərbə ilə hesabı bərabərləşdirdi.

Bundan sonra psixoloji üstünlük minsklilərin tərəfinə keçdi. Lakin son zərbəni vurmaq mümkün olmurdu. Bosniyalılar isə əks-hücumlarla nominal meydan sahiblərinin müdafiəçilərini narahat edirdilər. Əslində düşünmək olardı ki, oyunun taleyi əlavə vaxtda müəyyənləşəcək. Amma 79-cu dəqiqədə İrfan səhnəyə çıxdı. Müdafiəçi hücuma qoşularaq qapı önünə asma etdi. Nəzarətsiz qalan Krpiçin güclü zərbəsi qarşısıalınmaz oldu. Skripçenko bu gözlənilməz zərbədən sonra əvəzləmələrlə oyunu xilas etməyə çalışsa da, heç nə alınmadı. Beləliklə, Bakıda keçirilən oyunda “Dinamo”nu məğlub edən “Jelezniçar” 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi oldu.

Bu komandanın oyununa canlı şahid olmağımız Azərbaycan klubunun xeyrinə idi. İndi rəqib haqda müəyyən fikirlərimiz var. Bildik ki, “Neftçi”də işlər qaydasında olmasa belə, hazırda “Jelezniçar”dan güclüdü. Bunu bosniyalıların baş məşqçisi də etiraf etdi. Artıq Mutunun əlində rəqib haqda yetərincə məlumat var. Bundan istifadə edərək asanlıqla 3-cü təsnifat mərhələsinə adlamaq olar. “Dinamo” ilə oyunda onu da gördük ki, “Jelezniçar” əks-hücumlara belə bağlayan komandadı. Flaqman belə məqamlarda müdafiədə ehtiyatlı oynasa, həm səfərdəki, həm də Bakıdakı görüşdə qələbə qazanaraq mərhələ keçə bilər. Amma bunun üçün bir məsələyə diqqət yetirmək lazımdı. “Neftçi”nin hücum xəttində yer alan Saldanya dəqiq zərbələrlə rəqibi məyus etməlidi. Kilan Lebonla Kenni Sayef topla çox oynamalıdı. Filip Ozobiçlə Emin Mahmudov uzaqdan zərbələrlə şansını yoxlamalıdı. Mutu bu məqamlar üzərində işləsə, növbəti mərhələyə Azərbaycan klubu adlayacaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

22-06-2023, 17:0

"Dinamo" - "Jelezniçar" oyunu "Azərsun Arena"da keçiriləcək

Konfrans Liqası

20-07-2023, 17:0

“Neftçi”nin potensial rəqiblərinin bugünkü oyunu ilə bağlı vacib qərar

Ölkə futbolu

22-07-2023, 11:0

"Neftçi" "Jelezniçar"la matçın hazırlığına başladı

Manşet / Konfrans Liqası

20-07-2023, 22:0

"Neftçi"nin rəqibi müəyyənləşdi

Manşet / Konfrans Liqası

4-07-2023, 23:0

Bakıda keçiriləcək “Dinamo” – “Jelezniçar oyununu bu şəxs təşkil edəcək - ÖZƏL

Ölkə futbolu / Manşet

18-07-2023, 22:0

"Spartak" "Neftçi"ni məğlub etdi - YENİLƏNİB

Aktual
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Son xəbərlər
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 161
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə