Kevin Medinanın ayrılmaq ehtimalını nəzərə alan "Qarabağ" müdafiə xəttini gücləndirməyi düşünür.
"Football-plus.az"a daxil olan məlumata görə, Ağdam təmsilçisi bu mövqeyə futbolçu axtarışlarını sürətləndirib. "Köhlən atlar"a müxtəlif oyunçular təklif olunur. Bunlardan biri nigeriyalı Junior Piusdu. 27 yaşlı müdafiəçi hazırda Rumıniyanın "Botaşani" klubunda çıxış edir. "Transfermarkt"a görə, Piusun sərbəstqalma dəyəri 450 min avrodu.
Qeyd edək ki, "Portu"nun yetirməsi olan müdafiəçi karyerası ərzində "Aveş", "Çesarense", "Sanxoanense", "Tondela", "Pasuş Ferreyra", "Antverpen", "Sent-Trüden" kimi klublarda çıxış edib.
İLKİN SULTANLI
"Qarabağ" afrikalı müdafiəçini transfer etmək istəyir
Premyer-liqa / Manşet






