Şimali makedoniyalı futbolçu Azərbaycan klubunun maraq dairəsində - ÖZƏL

27.06.2023 13:51 688
Aktual / Ölkə futbolu
2023/24 mövsümü üçün yaxşı komanda formalaşdırmaq istəyən "Kəpəz" futbolçu axtarışlarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"ə daha bir legioner təklif olunub. Bu, şimali makedoniyalı Petar Petkovskidi. 26 yaşlı futbolçu hazırda azad agentdi. O, son olaraq Rumıniyanın "Konkordiya" klubunda çıxış edib. Vinger 2022/23 mövsümündə komandasının heyətində 20 matçda meydana çıxıb. Bu görüşlərdə 2 qol vurub.

Qeyd edək ki, Petar karyerası ərzində "Vardar", "Rabotniçki, "Botaşani" kimi klublarda çıxış edib.

İLKİN SULTANLI