"Qarabağ"ın rəqibi çempionata qələbə ilə başladı

23.07.2023 12:51 241
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Rakov"du.

"Football-plus.az" xəbər verir ki, klub Polşa çempionatına qələbə ilə start verib. Son çempion evdə "Yagelloniya" ilə qarşılaşıb. Görüş "Rakov"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasında ilk matç iyulun 26-da Polşada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.