• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mutu: seytnotda mətanət - KÖŞƏ

Manşet / Yazarlar

18-07-2023, 15:0

Adrian Mutu iyulun 11-də “Neftçi” ilə müqaviləyə imza atdı, ertəsi Sankt-Peterburqa yollandı, 15-də “Neftçi”ni “Fənərbaxça” ilə oyuna çıxardı, bu gün də komandası “Spartak”la qarşılaşacaq və dərhal da “Dinamo” – “Jelezniçar” cütünün qalibi ilə oyuna hazırlaşmalı olacaq. Belə kəskin seytnot şəraitində rumıniyalı məşqçini sevindirə biləsi yeganə məqam Belarus çempionu mərhələnin qalibi olarsa, onunla hər iki oyunu Bakıda keçirmək imkanıdı.

Mənə elə gəlir ki, “Neftçi” azarkeşləri indi əlini göyə açıb Belarus klubunun qələbəsi üçün dua etməlidi. Yox, “Jelezniçar” Konfrans Liqasında 2-ci mərhələyə adlayarsa, “ağ-qaralar”ın durumu çətin, çox çətin olacaq. Onda artıq Mutunun mətanəti də işə yaramaya bilər...

“Neftçi”nin Sankt-Peterburqda keçirdiyi oyunların üçünə də baxmaq imkanım oldu. Yalnız və yalnız “Fənərbaxça” ilə oyunun ilk yarısında bakılılar özünə bənzədi, biz ənənəvi oyun üslubuna sadiq qalan, qısa ötürmələrlə rəqib müdafiəsini yarmağa çalışan, oyuna şərik olmaq istəyən komanda gördük. Qalan bütün bölümlərdə “Neftçi”ni izləmək əzab-əziyyət idi, adam televizoru söndürmək, başını başqa işlə qatmaq istəyirdi. “Fənər”lə oyunda, nəhayət, mübarizənin axarına müdaxilə etmək istəyən, daim qeydlər edən və oyunun həyəcanını yaşayan məşqçi gördük. İqor Getman, ona olan bütün hörmətimə və sadiqliyinə rəğmən, “Neftçi”nin ağır yükünü çiyinlərində daşıyası mütəxəssis deyil. Bəs Mutu bunu bacaracaqmı? Dediyi kimi, “Neftçi” titullar uğrunda mübarizə aparan komanda olacaqmı?

Burda artıq ehtiyatlı danışmaqda fayda var. İlk növbədə ona görə ki, “Neftçi”nin indiki heyəti nəinki Konfrans Liqasının qrupuna düşməyə, heç ölkədaxili turnirlərdə baş mükafat uğrunda mübarizə aparmağa da qadir deyil. Yerli futbolçular kütləvi şəkildə və dayanmadan səhvə yol verir, legionerlər güclü deyil, komanda böyük ölçüdə mövsümlərarası toplanışı da boşa verib. Əlbəttə, cismən Sankt-Peterburqdadılar, ideal şəraitdə bir araya gəliblər, sadəcə, toplanışın strukturu və məzmunu korlanıb, yeni mövsüm üçün komandanın təməli atılmayıb, kapitan yarıyolda oyundaşlarına qoşulub, Getmanın hazırlıq modeli yalnız “meydana çıx və oyna” prinsipi üzərində qurulub. Bir sözlə, Mutuya sələflərindən – onlardan biri də həmvətəni Regekampfdı – ağır miras qalıb. Bir məşqçi belə ağır mirasa yiyələnəndən sonra da iddialı danışırsa, “Neftçi”ni tam fərqli, özü də əvvəlkindən güclü komandaya çevirəcəyini deyirsə, ya hədsiz nikbin adamdı, ya da bildiyi nəsə var.

Gəlin, məsələni belə qoyaq. Nikbinlik hər adama xas keyfiyyətdi, amma bunun hesabına futbol meydanında irəli getmək, oyunları qazanmaq və hədəflərə çatmaq mümkün deyil. Mutunun önünə heç də zəifləməyən “Qarabağ”la “Sabah”, eləcə də iddiasını artıran başqa komandalar çıxacaq. Rumıniyalı məşqçi yalnız elə nikbinlik dalğasında Qurban Qurbanov və Murad Musayevlə baş-başa gələcəyini düşünürsə, yanılır; mütləq biri ona bu gerçəyi anlatsın.

Mənə elə gəlir ki, Mutuya güc-qüvvə verən, onu mətanətli olmağa məcbur edən şərtlər başqadı. O, yeni “Neftçi” layihəsinə sıfırdan başlamaq, fikir və düşüncələri, prinsipləri əsasında komanda formalaşdırmaq fikrindədi. Hətta ola bilər ki, gələn ay start götürəcək ölkə çempionatında indiki heyətdən cəmi 5-6 futbolçu qalsın. Çox güman, “Spartak”la bugünkü oyun, eləcə də Konfrans Liqasının qarşılaşmaları baş məşqçinin yekun fikrə gəlməsi üçün həlledici rol oynayacaq. Mutunun “Fənər”lə oyundan sonra mətbaut konfransında dediyi bu sözlər şəxsən mənim xoşuma gəldi: “Güclü heyətə malik güclü komandanı çalışdırmaq istəyirəm. Neçə futbolçu almaq istədiyimi deyə bilmərəm. Əlimin altındakı futbolçuların durumunu dəyərləndirmək istəyirəm. Bir həftədən sonra yeni transferlərlə bağlı fikrimi rəhbərliyə deyəcəm”.

Mutu hər nə qədər diplomatcasına danışmağa çalışsa da, əlinin altındakı futbolçuların “güclü heyətə malik güclü komanda” meyarına uyğun gəlmədiyi gün kimi aydındı. Heç şübhəsiz, rəhbərlikdən yeni heyət formalaşdırmaqla bağlı gen-bol səlahiyyət və transfer büdcəsi alıb. Zatən bu ölkədə futboldan az-çox xəbərdar olan istənilən şəxs anlayır ki, məhz bu “Neftçi” ciddi hədəflər uğrunda mübarizə aparmağa qadir deyil. Dəyişmiş, yenilənmiş və güclənmiş “Neftçi” Mutunu mutlu edə bilər. Bu gün isə o yalnız seytnotda mətanət göstərməyə məcburdu. Sadəcə, ona görə ki, başqa seçimi yoxdu. Təyinatı yubanıb, klub rəhbərliyi onu “sükan arxasına” gec gətirib və sərəncamına da sınıq-salxaq heyət verib. Üstəlik futboluna yaxşı bələd olmadığı, heç tanımadığı ölkədə çalışacaq. Vəziyyət çətindi, amma çıxılmaz deyil. Bu vəziyyətdən çıxış yollarını artıq Mutu tapmalıdı. Tapıb-tapmayacağını tezliklə biləcəyik. Onu da unutmayaq ki, Konfrans Liqasının oyunları qapıdadı. “Neftçi” cəmi 9 gün sonra ilk oyuna çıxacaq. Hələ yaxşı ki hər iki oyunun Bakıda keçirilməsi ehtimalı var...

ORXAN

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa

15-07-2023, 14:0

“Mutunun “Neftçi”yə fayda verəcəyini düşünürəm”

Ölkə futbolu / Manşet

18-07-2023, 22:0

"Spartak" "Neftçi"ni məğlub etdi - YENİLƏNİB

Aktual / Ölkə futbolu

15-07-2023, 17:0

Neftçi" azarkeşləri Mutunu bəyəndi - RƏYLƏR

Ölkə futbolu / Manşet

15-07-2023, 16:0

“Neftçi” “Fənərbaxça”ya uduzdu - YENİLƏNİB

Premyer-liqa

14-07-2023, 15:0

Adrian Mutu "Neftçi"nin düşərgəsinə qoşulub

Konfrans Liqası

21-06-2023, 10:0

“Neftçi”nin KL-də potensial rəqiblərinin sayı azalıb

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 273
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə