Premyer-liqanın püşkü bu tarixdə atılacaq

8.07.2022 17:32 416
Premyer-liqa
Azərbaycan premyer-liqasında 2022/23 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Football-plus.az xəbər verir ki, mərasim 15 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15.00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidi.

Azərbaycan premyer-liqasının yeni mövsümü 5 avqustda start götürəcək.