Azərbaycan premyer-liqasında VAR sistemi - RƏSMİ

3.08.2022 18:35 495
Ölkə futbolu / Premyer-liqa
Avqustun 5-də start götürəcək Misli premyer-liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən AFFA-ya göndərilib.

FIFA iyulun 13-14-də VAR sisteminin texnoloji hazırlığını, 22-24 iyul tarixlərində isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb