MBA-da şok: 304 milyon dollarlıq müqavilə

15.07.2023 11:13 239
İdman
“Boston”un müdafiəçisi Ceylen Brauna dəyəri 304 milyon dollar olan 5 illik müqavilənin təklif olunması gözlənilir.

"Football-plus.az" xəbər verir ki, bu MBA tarixinin ən nəhəng sövdələşməsi olacaq.

26 yaşlı oyunçunun qüvvədə olan müqaviləsinin vaxtı 2023/24 mövsümünün sonunda bitir. 2016-cı ildən “Boston”un şərəfini qoruyan Braun ötən mövsüm hər oyunda orta hesabla 26,6 toplayıb.

2022/23 mövsümündə Ulduzların oyununa dəvət olunub, həmçinin MBA-nın 2-ci rəmzi yığmasına düşüb.