• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azad agentlərin aqibəti necə olacaq? - SİYAHI

Dünya futbolu

14-07-2023, 18:0

Yay “transfer pəncərəsi”nin qızğın çağıdı.

“Football-plus.az” xəbər verir ki, artıq bir neçə böyük keçid reallaşıb. Qarşıda daha bir səs-küylü transfer (Kilian Mbappenin PSJ-dən “Real”a keçidi – red.) gözlənilir. Amma bu yazıda az-çox məşhur futbolçuların klubsuz qalmasından bəhs edəcəyik. Bəribaşdan artıq onlardan birinin özünə yeni komanda tapdığını bildirək.

David De Xea
“Mançester Yunayted”in ispaniyalı futbolçu ilə yeni müqavilə mövzusunda anlaşmaq üçün yetərincə vaxtı var idi. Baş məşqçi Erik ten Haq əvvəlcə Davidin komandada qalacağını, amma növbəti mövsümdən əsas qapıçı olmayacağını bəyan etdi. David klubun şərtlərini qəbul edəcəyi halda həftədə 200 min funt sterlinq alacaqdı. Onun son mövsümdəki maaşı isə 375 min funt sterlinq idi. Lakin 32 yaşlı ispaniyalı ilə müddəti iyunun 30-da başa çatan müqavilə yenilənmədi. Və o, 12 ildən sonra İngiltərə klubunu tərk etməli oldu. Qəribə taktika oldu. Axı məşhur futbolçuya yeni anlaşma təklifi əlverişsiz şərtlərlə edilmişdi. Bu baxımdan De Xeaya hardasa hörmətsizlik edildiyini də iddia etmək olar. O, MY-yə 2011-ci ilin yayında “Atletiko”dan transfer olunmuşdu. Zarafat deyil, əlcək sahibi artıq sabiq klubunda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.

Yeri gəlmişkən, artıq azad agent sayılan David fantastik təklif alıb. O, “Əl-Nəssr”in hədəfindədi. Səudiyyə Ərəbistanı klubunun ispaniyalıya həftəlik 250 min funt sterlinq məvacibi nəzərdə tutan təklif irəli sürdüyünü jurnalist Alan Nikson xəbər verib.

Samuel Yumtiti
Samuel Yumtiti isə artıq “Barselona”nın futbolçusu sayılmır. İspaniya klubu onunla yolları birdəfəlik ayırıb. Fransalı müdafiəçi ilə müddəti 2026-cı ilədək olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Samuel ötən mövsümü icarə əsasında “Leççe”də keçirib və A seriyasında 25 oyuna çıxıb. O, “Barselona”ya 2016-cı ildə “Lion”dan transfer olunmuşdu. Yumtitinin kataloniyalılarla 2 dəfə İspaniya çempionu olduğunu, 3 dəfə ölkə kubokunu və 2 dəfə ölkə superkubokunu qazandığını da bildirək. Dünya çempionunun hardan hara gəldiyini sonuncu klubunun B seriyasına düşməmək üçün çarpışdığını xatırlatmaqla anlamaq olar.

Serxio Ramos
Daha bir dünya çempionu işsizdi. Serxio Ramos “Real”dan Parisə böyük ümidlərlə dəvət edilmişdi. Lakin PSJ-nin müdafiə xəttinin lideri ola bilmədi. Zədə sindromundan heç cür qurtula bilməyən 37 yaşlı futbolçunun adı “İnter Mayami” ilə birgə hallanır. Kim bilir, bəlkə də tezliklə sabiq “Barselona”lılar Lionel Messi və Serxio Buskets ilə birgə oynadı...

Xuan Kuadrado
Kolumbiyalı yarımmüdafiəçi “Yuventus”u tərk edib. Xuan Kuadradonun Turin klubu ilə müqaviləsinin müddəti də iyunun 30-da başa çatıb. Rəhbərlik 35 yaşlı futbolçu ilə sözləşməni yeniləməmək qərarına gəlib. Bununla da Kuadradonun “Yuventus”dakı 8 illik (2015-23) çıxışı sona çatıb. Xuanın bu komanda ilə 10 titul (5 ölkə çempionluğu, 3 ölkə kuboku və 2 İtaliya superkuboku) qazandığını qeyd edək.
Son mövsümdə heç də pis oynamamışdı. Lakin indiki yaşında komanda üçün perspektiv vəd etmirdi. Növbəti mövsümdə Çempionlar Liqasında çıxış etməyəcək klub üçün maaş ödənişi cədvəlini “yüngülləşdirmək” isə Turin klubunun əsas planı idi.

Andres İnyesta
Gözlənildiyi kimi, Andres İnyesta iş yerini tərk edib. Məşhur futbolçu “Vissel Kobe”dən ayrılıb. Yaponiya klubu ilə müqaviləsinin müddəti sona çatan ispaniyalı yarımmüdafiəçi bir neçə gün əvvəl komandada vida matçına çıxmışdı. Qeyd edək ki, 39 yaşlı Andres “Vissel Kobe”yə 2018-ci ilin yayında “Barselona”dan ayrılaraq keçmişdi. O, ötən müddətdə kobelilərin heyətində 134 oyuna çıxıb, 26 qol vurub və 25 məhsuldar ötürmə edib.

Son xəbərlərə görə, İnyesta karyerasını “İnter Mayami”də davam etdirə bilər. “Mundo Deportivo” qəzetinin məlumatında Andresin “Barselona”dakı keçmiş komanda yoldaşları Messi və Buskets ilə yenidən birgə oynaya biləcəyi qeyd edilir. Onun təklif aldığı iki klubdan birinin “İnter Mayami” olduğu bildirilir. Yeri gəlmişkən, ABŞ komandasını artıq İnyestanın “Barselona”da 2013/14 mövsümündə sərəncamında olduğu argentinalı Xerardo Martino çalışdırır. Dünya və Avropa çempionuna Səudiyyə Ərəbistanından da təklif gəlib. Andres yaş amilinə baxmayaraq, hələ də yaxşı imicə malikdi və onun keçidi Asiya ölkəsi üçün maraqlıdı.

Anxel Di Mariya
DÇ-2022-nin qalibinin “Yuventus” karyerası yalnız bir il çəkdi. Hələ mayda Anxel Di Mariyanın sabiq klubuna qayıdacağı haqda xəbərlər dolaşırdı. Bu iddia artıq doğru çıxıb. Argentinalı yarımmüdafiəçi 13 ildən sonra yenidən “Benfika”da oynayacaq. Portuqaliya klubunun rəsmi saytının məlumatında azad agent olan dünya çempionu ilə 1 illik müqavilə imzalandığı bildirilib. Xatırladaq ki, 35 yaşlı Anxel 2007-10-cu illərdə də “Benfika”da çıxış edib. 2010-cu ildə “Real”a transfer olunan futbolçu Madriddə 4 il yaşayandan sonra bir mövsüm MY-nin formasını geymiş, 7 il PSJ-nin uğurları üçün tərk tökmüşdü.

Xordi Alba
İspaniya futbolunun veteranı bu yay “Barselona”dakı 11 illik futbolçu həyatını başa vurmalı oldu. Rəhbərliyin yüksək maaş alan oyunçularla vidalaşmağa məcbur olması Albanı göy-qırmızı formadan uzaq saldı. Maraqlıdı ki, beynəlxalq KİV onu da “İnter Mayami”yə “göndərir”. Yəqin ki, Messi ilə Buskets bu xəbərlərin doğru çıxması üçün Tanrıya dua edirlər.

Tyemue Bakayoko
“Monako”dakı çıxışı ilə tanınan yarımmüdafiəçinin “Çelsi”dəki karyerası alınmadı. Bu səbəbdən icarə əsasında “Milan”, “Monako” və “Napoli”də çıxış etməli oldu. Amma bu klublardan heç biri Bakayokonu daimi əsasda sıralarında saxlamağı lazım bilmədi. Nəhayət, Todd Boelinin London klubuna sahib çıxmasından sonra komandaya gərək olmayan futbolçuların siyahısına o da salındı. Fransalı ilə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub. Tyemue indi özünə yeni iş yeri axtarır.

Dayçi Kamada
O, bir neçə il bundesliqada uğurla çıxış edib. Frankfurt “Ayntraxt”ı ilə müqavilsəini yeniləməyən yaponiyalı da hələ ki işsizdi. 2017-ci ildə “Saqan Tosu”dan 1,6 milyon avroya alınan 26 yaşlı Kamadanın hazırkı qiyməti 30 milyon avro dəyərləndirilir. Amma yeni klubu ona görə xərcə düşməyəcək. Son xəbərlərdə adı “Milan”la hallanır. İtaliya nəhəngi onun “Nyukasl”a satılan yarımmüdafiəçi Sandro Tonaliyə layiqli əvəzləyici ola biləcəyinə ümid edir.

Aleks Oksleyd-Çemberleyn
İndi 29 yaşındadı, deməli, premyer-liqanın hər hansı komandasında hələ özünü göstərmək şansı var. Vaxtilə “Arsenal”da xoş təsir bağışlayan Oksleyd-Çemberleyn “Liverpul”da 6 il oynayandan sonra Yürgen Kloppa gərək olmadı. Son xəbərlərə görə, Aleks növbəti mövsümə Unay Emerinin çalışdırdığı “Aston Villa”da başlaya bilər.

Eden Azar
Vaxtilə 7 il “Çelsi”də xarüqələr yaradan belçikalı yarımmüdafiəçi 2019-cu ildə “Real”a 100 milyon avroya başa gəlmişdi. Amma İspaniya nəhənginə bu qədər xərcin heç 10 faizi qədər xeyri dəymədi. Səbəb də aydındı: 32 yaşlı Eden Madridə ayaq basandan sonra zədə sindromuna düşdü. Və 4 ili beləcə boşa verdi. Maraq üçün Azarın “Çelsi”nin formasında premyer-liqanın 245 oyununa çıxaraq 85 qol vurduğunu, La Liqadakı göstəricilərinin isə uyğun olaraq 54-ə və 4-ə bərabər olduğunu qeyd edək. Əlbəttə, böyük ümidlərlə transfer olunduğu klub üçün çox zəif nəticədi.

Nəhayət, rəhbərliyin “səbr kasası daşdı” və Eden ilə müqavilə qarşılıqlı razılıq əsasında pozuldu. Bir ara onun artıq butslarını mismardan asmaq haqda düşündüyü haqda şayiə yayılmışdı. Son günlər isə adı kiçik qardaşı Kilianın çıxış etdiyi “Molenbek” ilə birgə hallanır. Bu komandada gənc belçikalılara böyük təcrübəsi ilə fayda verə biləcəyi deyilir. Onun xidmətində Joze Mourinyonun maraqlı olduğu da iddia edilir. Başqa sözlə, “Roma”da peyda ola bilər. Hə, Eden üçün daha bir variant da var: DÇ-2018-in bürünc mükafatçısı avropalı veteranların sevildiyi ABŞ-də də oynaya bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-06-2023, 21:0

De Xea az maaşa qane olacaq?

Dünya futbolu

11-07-2023, 20:0

De Xea fantastik təklifi qəbul edəcək?

Dünya futbolu

9-07-2023, 22:0

“Mançester Yunayted” ona ehtiyac duymadı

Dünya futbolu

10-07-2022, 20:0

Sterlinq premyer-liqada 3-cü yerə yüksələcək

Dünya futbolu

25-04-2022, 14:0

Ten Haq 120 milyon funt sterlinqi kimlərə xərcləyəcək?

Dünya futbolu

1-07-2022, 14:0

“Mançester Siti”nin transfer əməliyyatları

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Bu gün, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Bu gün, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 235
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə