Reytinq turnirində gümüş medal

14.07.2023 12:37 1 797
İdman
Sərbəst güləşçimiz Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində gümüş medal qazanıb.

"Football-plus.az" xəbər verir ki,, 97 kq çəki dərəcəsində çıxış edən idmançı topuğundan zədə aldığı üçün ABŞ-dan olan olimpiya və dünya çempionu Kayl Snayderlə final qarşılaşmasında iştirak etməyib.

Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçiləri turnirdə iştirak edəcək.